Azərbaycanda kənd təSƏRRÜfati kooperasiyasi: Problemlər və Perspektivlər



Yüklə 220,81 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix27.10.2017
ölçüsü220,81 Kb.
#6954
1   2   3   4   5   6   7

 

11 


istədikləri  kimi  əkib-becərirlər.  Onların  qarşılarına  qoyduqları  məqsəd,  malik 

olduqları  torpaq  və  əmlaklardan  başqa,    kiçik  torpaq  payçılarının,  eləcə  də, 

dövlət və bələdiyyə  torpaqlarını ya uzunmüddətli icarəyə götürmək və ya daha 

ucuz  qiymətə  almaqdır.  Onlar  birgə  və  könüllü  fəaliyyət  göstərməyə  meylli 

deyillər.  Səbəb  kimi,  özlərinin  əmlaklarının  yetərincə  olmasını,  eləcə  də,  digər 

payçılara qarşı olan inamsızlığı qeyd edirlər. Ancaq bütün bunlara baxmayaraq 

həmin  fermerlərin  də  əksəriyyətinin  idarəçilik  sistemi  ilə  bağlı  problemləri 

çoxdur  və  müasir  inkişaf  modellərindən  məlumatsızdırlar.  Digər  əsas  amil  isə 

ondan  ibarətdir  ki,  onların  əksəriyyəti  dövlətin  ayırdığı  dotasiyalar  hesabına 

fəaliyyətlərini  davam  etdirə  bilirlər.  Nəticə  etibarı  ilə,  onların  da  yaratdığı 

təsərrüfat  sistemi  müəyyən  obyektiv  və  subyektiv  amillərdən  asılı  olaraq 

davamlı inkişafa nail olmağa imkan vermir. 

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin apardığı araşdırmalar isə 

göstərir ki, bu qrupa aid edilən, yəni “Kooperasiyalar Haqqında” yeni Qanunun 

qəbul edilməsinin əleyhinə gedən insanların ən böyak narahatlıqları ondadır ki, 

yeni Qanuna əsasən Kooperasiyalar yaratmaq məqsədi ilə dövlət və bələdiyyəyə 

aid  olan  torpaqlar  icarədarlardan  dövlətin  ərzaq  təhlükəsizliyinin  təminatı 

baxımından  məcburi  qaydada  geri  alına  bilər  (Torqaq  Məcəlləsinin  73-cü 

maddəsinə  istinadən).  Belə  hal  da,  təbii  olaraq  bu  insanlara  sərf  etmir. 

Araşdırmalarda  məlum  olub  ki,  bəzi  fermerlər  dövlət  və  bələdiyyəyə  məxsus 

olan  yüz  hektarlarla  torpaq  sahələrini  uzun  müddətə  və  ucuz  qiymətə  icarəyə 

götürsələr də, səriştəsizlik və maliyyə sıxıntılzrı səbəbindən həmin sahələri əkib 

becərə bilmirlər. Özlərinin maliyyə ehtiyaclarını qismən ödəyə bilən bu insanlar 

böyak  torpaq  sahələrini  istifadəsiz  qoymaqla,  ölkənin  ərzaq  təhlükəsizliyinə 

ciddi zərbə vururlar. 

Kənd  təsərrüfatı  üzrə  ekspert  Vahid  Məhərrəmov  yeni  Qanuna  ehtiyacın 

olmadığını  qeyd  edir.  Onun  fikrincə,  əvvəlki  Qanuna  bəzi  yeniliklər,  əlavələr 

etməklə  daha  yaxşı  nəticələrə  nail olmaq olardı.  Köhnə  Qanundan  fərqli olaraq 

yenisində 

fermerlərin, 

pay 

torpağı 


almış 

sahibkarların 

birləşməsi 

məsələsini  həvəsləndirmə, stimullaşdırma  siyasəti  ilə  həyata  keçirmək  nəzərdə 

tutulur.  Qanunun  işləməsi  siyasi  iradə  ilə  bağlı  məsələdir.  Əgər  siyasi  iradə 

yoxdursa, ən yaxşı Qanun belə işləməyə bilər. 

Xatırladaq  ki,  hələ  1996-cı  ildə  “Kooperasiya  haqqında”  9  fəsildən  və  35 

maddədən ibarət Qanun qəbul olunub. Sonradan bu Qanun qüvvədən düşüb və 

dövrün tələbiə uyğun olaraq yeni Qanun hazırlanması zərurəti yaranıb. 

 

3.  Aqrar  sektorun  davamlı  inkişafına  nail  olmaq  üçün  mütərəqqi  modellərin 



tətbiqinin vacibliyini düşünənlər; 

 

Aqrar  sahədə  çalışan  bir  qrup  insanlar  isə  anlayırlar  ki,  kənd 



təsərrüfatındakı  müvafiq  durum  çox  gərgindir  və  gələcək  inkişaf  perspektivi 

yoxdur. Onların gəldiyi qənaət budur ki, vəziyyətin belə davam etməsi ölkənin 

aqrar  sektorunu  daha  da ağır vəziyyətə  salacaqdır. Bu  sahədə  idarəçiliklə  bağlı 

mövcud  olan  sistemsizlik,  pay  torpaqlarının  azlığı  üzündən  rentabelsiz  olması, 

məhsulun  maya  dəyərinin  baha  başa  gəlməsi,  bazar  əlaqələrinin  lazımi 

səviyyədə  qurulmaması,  daha  şaxəli  fəaliyyət  göstərməklə  daha  çox  gəlir  əldə 




 

12 


etmək imkanının olmaması, rəqabətliliyin olmaması və digər hallar inkişaf etmiş 

ölkələrin modellərinin tətbiqinin vacibliyini zəruri edir. 

Dünyada  əhali  sayının  sürətlə  artması  ilə  əlaqədar  insanların  ərzaqla 

təminatında  yaranacaq  problemləri  dərk  edən  professional  mütəxəssislər  belə 

qənaətdədirlər 

ki, 


kənd 

təsərrüfatının 

inkişaf 

etdirilməsinə 

və 

modernləşdirilməsinə  böyük  ehtiyac  vardır.  Birləşmiş  Millətlər  Təşkilatının 



Parlament  Assambleyasının  iclaslarında  durmadan  aqrar  sektorun  inkişafı 

məsələləri  ön  plana  çəkilir.  Bir  sıra  beynəlxalq  əhəmiyyətli  təşkilatlar,  donorlar 

kənd  təsərrüfatının  modern inkişaf  mexanizmi  yollarının  araşdırılması  üçün  iri 

layihələr  həyata  keçirir,  tədqiqat  işlərini  genişləndirirlər.

 

Banklar,  sığorta  və 



lizinq şirkətləri tərəfindən aqrar sahəsinin inkişafına dair güzəştli paketlər təklif 

olunur.  Əlbətdə  ki,  hazırda  dünyada  baş  verən  iqtisadi  böhran,  qlobal  işsizlik, 

ərzaq  təhlükəsizliyi  problemi  ölkəmizdə  də  təsirsiz  ötmür.    Ölkədə  neft,  neft-

kimya sənayesi və s. sahələr sürətlə inkişaf edir və Azərbaycan iqtisadiyyatında 

əhəmiyyətli dərəcədə rol oynayır. Çoxlu sayda iri həcmli sosial-iqtisadi, tikinti və 

arxitektura  və  s  yönümlü  layihələr  həyata  keçirilir.  Azərbaycan  iqtisadiyyatı 

sürətlə  Avropaya  inteqrasiya  edir.  Belə  olduğu  halda  Azərbaycan  Hökuməti 

qarşısında şərtlər ağırlaşdırılır, tələblər çoxalır.  

Bütün bunları nəzərə alaraq Hökumət rəhbərləri, Qanunverici orqan, yerli 

ekspertlər  və  aqrar  sahədə  çalışan  təbəqə  Azərbaycanın  artıq  yeni  müasir 

tələblərə  uyğunlaşdırılmış  prinsiplərə  əsasən  inkişaf  etdirilməsi  metodlarından 

istifadə  olunmasının  vacibliyini  bildirirlər.  Ölkə  rəhbəri  də  öz  çıxışlarında 

gələcəkdə kənd təsərrüfatının inkişafına yeni proqramların əlavə edilməsinin və 

bu  sahəyə  maksimum  dərəcədə  diqqət  göstərməyin  vacibliyini  qeyd  etməklə 

bildirmişdir  ki,  bu  həm  təhlükəsizlik,  həm  iqtisadi,  həm  də  sosial  məsələdir. 

Çünki, Azərbaycan əhalisinin demək olar ki, yarısı kənd təsərrüfatı bölgələrində 

yaşayır. 

Milli  Məclisin  aqrar  siyasət  komissiyasının  sədri  Eldar  İbrahimovun 

fikrincə  istehaslçıdan  istehlakçıya  qədər  davam  edən  bir  prosesi  təmin  edəcək 

yeganə  sistem  kooperasiyaların  yaradılmasıdır.

 

Onun  fikrincə,  bu  Qanunun 



qəbul edilməsi ölkəmizin aqrar bölməsində yeni dövrün başlanmasının təməlini 

qoyacaq.  

Deputat  Əli  Məsimli  qeyd  edib  ki,  bu  Qanunun  qəbulu  nəticəsində 

yaradılacaq  Kooperasiyalar  kənd  təsərrüfatında  gəlirlərin  artırılmasına,  az 

xərclərlə  böyük  mənfəət  əldə  edilməsinə,  kənd  təsərrüfatı  işçilərinin  işinin 

effektivliyinə kömək edəcək. 

Mütəxəssislərin  real  vəziyyətə  obyektiv  yanaşması,  onlarda  qəti  şəkildə 

fikirlər formalaşdırır ki, zaman itirmədən ABŞ, Qərb və İsrail kimi inkişaf etmiş 

ölkələrin  təcrübələrinin  öyrənilməsinə  və  yerlərdə  tətbiqinə  böyük  ehtiyac 

vardır.        

 

 

4.  Yerli kənd əhalisinin kooperasiyalar haqqında məlumatsızlığı; 



 

Bu  sahəyə  aid  edilən  insanlar  ümumi  tərəddüd  içəsrisindədirlər. 

“Kooperasiyalar”  barədə  məlumatları  yox  dərəcəsindədir.  Hansı  istiqamətdə 



Yüklə 220,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə