A z ə r b a y c a n d a m u l t i k u l t u r a l i z m
14
Məhz Azərbaycanda dini sahəyə münasibətdə yürüdülən müdrik siyasətin
nəticəsidir ki, dünya ictimaiyyəti, o cümlədən nüfuzlu beynəlxalq təĢkilatlar,
habelə dünya miqyasında tanınmıĢ dini liderlər ölkəmizin sülhpərvərliyini, tole-
rantlığını, baĢqa dinlərə dialoqa hazırlıq ruhunu etiraf edir, bunu yüksək dəyər
kimi qiymətləndirirlər.
ġeyxülislam Hacı AllahĢükür PaĢazadə,
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Bu gün Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada ayrı-ayrı
millətlərin, xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaĢayır. Ölkəmizdə
dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir və tarixən formalaĢan
bu tolerantlıq Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib...
Elmira Süleymanova,
Azərbaycan Respublikasının İnsan hüquqları
üzrə müvəkkili
(
Ombudsman)
Dözümsüzlüyün artması, tolerantlığın azalması və ksenofobiyanın nələrə
səbəb olduğunu görməyimiz üçün dünyada bir çox örnəklər var və biz onlardan
dərs almalıyıq. Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların
birgə mehriban yaĢadığı bir ölkə, ġərqlə Qərb, Qərblə islam dünyası arasında
bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir.
Bu gün Azərbaycan əsl dialoq məkanına çevrilir. Bütün bunlar mənim ölkəmin
bütün dinlərə və mədəniyyətlərə yüksək ehtiram bəsləməsindən xəbər verir və
dövlətimiz bu istiqamətdəki fəaliyyətini gələcəkdə də davam etdirəcəkdir.
Qənirə PaĢayeva,
millət vəkili
Yəhudilərə münasibətdən, onların yaĢamından deyə bilərəm ki, Azərbaycan
dövləti qədər nə MDB məkanında, nə də bütövlükdə dünya miqyasında tole-
rantlıq nümunəsi ola biləcək dövlət yoxdur. Həm konstitusiya yolu ilə, həm də
cəmiyyətin özünün ənənələri ilə bütün millətlərə bir dözümlülük nümayiĢ etdi-
rilir. Bütün millətlərin nümayəndəsi Azərbaycanda özünü doğma hesab edə
bilir.
Yevda Abramov,
millət vəkili
Azərbaycanda dini zəmində qarĢıdurma heç vaxt olmayıb və olmayacaq.
Ona görə ki, dinc-yanaĢı yaĢamaq bizim qanımızdadır. Bildiyiniz kimi, ölkə-
mizdə müxtəlif konfessiyaların və millətlərin nümayəndələri bir ailə kimi yaĢa-
yır. Bu gün dünyada qəddarlıq və nifrət müĢahidə edirik. Eyni bir dinin nüma-
B i b l i o q r a f i y a
15
yəndələri yalnız həmin dinin müxtəlif məzhəblərinə mənsub olduqlarına görə
bir-birini öldürür. Azərbaycan isə bütün dünya birliyi üçün gözəl nümunədir.
Milix Yevdayev,
Azərbaycan dağ yəhudiləri dini icmasının başçısı
Bu gün Azərbaycanda müxtəlif dinlərin hamısı bərabər hüquqlara malikdir-
lər. Bu, sənədlərdə deyil, əməllərdə də təsdiq olunur. Bir sıra ölkələrlə müqayi-
sədə Azərbaycanda dini münaqiĢələr baĢ vermir. Biz buna görə ölkə prezidentə
minnətdarıq, bütün bunlar onun sayəsində baĢ tutur. Azərbaycanda indiyədək
hər hansı dini problem, münaqiĢə olmayıb. Bütün bunlar ölkədə multi-
kulturalizmin olmasına bir nümunədir.
Aleksandr ĠĢein,
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan
Yeparxiyasının arxiyepiskopu
Azərbaycan dünyəvi dövlətdir. Respublikada din dövlətdən ayrıdır. Prezi-
dent bu dövlətin və respublikanın bütün əhalisinin baĢçısıdır. Onun vəzifəsi
ölkənin bütün vətəndaĢlarına - həm dindarlara, həm də ateistlərə qayğı göstər-
məkdir. Fikrimcə, bütün cəmiyyət üçün xeyirlidir ki, Azərbaycan Prezidenti
müasir cəmiyyətdə dini və ənənəvi dəyərlərin rolunu nəzərə alır. Dövlət baĢçısı
bilir ki, əsl din təkcə ayrı-ayrı Ģəxslərə kömək etməklə yanaĢı, həm də bütün
cəmiyyətin inkiĢafına öz müsbət töhfəsini verir. Ölkədə elə Ģərait yaradılmıĢdır
ki, dini icmalar öz fəaliyyətlərini maneəsiz həyata keçirir, dindarlar isə ehtiyac
duyduqları mənəvi dəstəyi ala bilirlər. Ölkəmizdə katoliklər üçün də münbit
Ģərait yaradılmıĢdır. Mən milliyyətcə slovakam. Bir neçə ildir ki, Azərbaycanda
yaĢayıram və iĢləyirəm. Buna görə də Azərbaycandakı ümumi və dinlərarası
münasibətlər barədə rəy bildirə bilərəm.
Vladimir Fekete,
Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol
prefekturasının ordinarisi
Tolerantlıq – dözümlülük və multikulturalizm – çoxmədəniyyətlilik haq-
qında Azərbaycan modeli bütün dünyaya örnək və nümunədir. Sözügedən sahə-
lərdə çox dərin məna, məzmun və mündəricə kəsb edən, kəlam xarakterli,
mahiyyətli bu fikirlər Azərbaycan xalqının dünya Ģöhrətli ictimai, siyasi və
dövlət xadimləri olan Ulu Öndərimiz Heydər Əliyevin və dövlətimizin baĢçısı,
möhtərəm Prezidentimiz Ġlham Əliyevin çoxcəhətli, çoxĢaxəli, titanik fəaliyyət-
lərində mühüm yer tutmuĢ və bu gün də tutmaqdadır.
Mixail Zabelin,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
Himayəçilik Şurasının üzvü, millət vəkili
A z ə r b a y c a n d a m u l t i k u l t u r a l i z m
16
Azərbaycan qədim zamanlardan müxtəlif dinlərin, dini cərəyanların qovuĢ-
duğu, sülh və əmin-amanlıq Ģəraitində yaĢadığı bir məkandır. Azərbaycan xalqı-
nın digər din və mədəniyyətlərə dözümlü münasibət bəsləməsinin bir çox
səbəbləri var. Bu yanaĢma Azərbaycan xalqının təbiətindən, insanpərvərliyin-
dən və xoĢ məramından irəli gəlir. Bu humanist ənənə bu gün də qorunub saxla-
nılır, respublikada sinaqoq və kilsələr məscidlərlə yanaĢı fəaliyyət göstərir,
insanlar dini ayinlərini sərbəst yerinə yetirirlər. Odlar yurdunda bu gün azəri
türkləri ilə bərabər, dağ yəhudiləri, tatlar, talıĢlar, kürdlər, molokanlar, saxurlar,
avarlar, ləzgilər, qrızlar, udilər kimi etnik qruplar yaĢayır. Mən udi xalqının
nümayəndəsiyəm. Azərbaycanda tarixən bərqərar olmuĢ tolerant cəmiyyət, milli
və dini ayrı-seçkiliyə yol verilməməsi burada məskunlaĢmıĢ azsaylı xalq və
etnik qruplara, o cümlədən udilərə öz varlığını qoruyub saxlamağa əlveriĢli
mühit yaradılıb. Udi xalqı Azərbaycanın köklü, aborigen azsaylı xalqlarından
biridir. Bu etnos qədim Qafqaz Albaniyasının Uti əyalətində, XIX əsrdə isə
Nuxa (indiki ġəki rayonu) bölgəsinin bir neçə yaĢayıĢ məskənində məskunlaĢıb.
Hazırda isə Qəbələ rayonunun Nic kəndində və qismən də Oğuz rayonunda udi
xalqının minə yaxın nümayəndəsi yaĢayır.
Robert Mobili,
Alban-udi xristian icmasının sədri
TalıĢlar ad günlərini, toyları, bayramları öz ana dillərində, doğma musiqi
sədaları altında keçirir. Toylarda Azərbaycan türkləri və digər xalqlar məmnu-
niyyətlə talıĢ musiqisinin sədaları altında oynayır. Ləzgi və digər xalqların
toyları da eynilə.
Amma dövlətin ölkədə yaĢayan etnosların mədəniyyətinin və dilinin inkiĢa-
fında rolu vacibdir. Etnik münasibətlər dövlətin onurğasıdır. 2000-ci illərin
əvvəllərində etnik məsələlərə özbaĢına buraxıldı. Ötən ay Kamal Abdullanın
rəhbərliyi altında Azərbaycan Prezidenti yanında millətlərarası münasibətlər,
multikulturalizm və din üzrə müĢavir institutunun bərpa olunması böyük ümid-
lər yaratdı. Əvvəl etnik məsələdən bir qorxu vardı. K.Abdulla isə məsələnin
üstünə cəsarətlə gedir. Məsələn, Kamal müəllim “Cənub” TV-də talıĢ dilində
veriliĢlərin olmasını dəstəkləyib.
Mehdibəy Səfərov,
Azəri-talış ictimai birliyinin sədri
Dostları ilə paylaş: |