17
1915-ci ildə general S.Mehmandarov korpus komandiri təyin edilmişdi.
1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərə,
Fransa və Rumıniyanın bir neçə hərbi ordeni ilə təltif edilmişdi.
1917-ci ilin fevral inqilabından sonra S.Mehmandarov Rusiyada hərbi
xidmətdən çıxaraq Azərbaycana gəldi.
General S. Mehmandarov Azərbaycan Xalq Cumhuriyyəti hökumətində
1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsində olmuş və müstəqil
Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu. 1919-cu
ilin yazında ingilis hərbi hissələri Azərbaycanda olduğu dövrdə Hərbi Nazir
S.Mehmandarov Azərbaycan Xalq Cumhuriyyəti hökuməti başçısı Nəsib bəy
Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirmişdi ki, İngilis hərbi hissələri
Azərbaycanda məskun olduqları yerlərdə talanlar edir, kəşfiyyat işi aparırlar.
Bunlara etiraz olaraq S.Mehmandarov İngiltərə hökumətinin I Dünya müharibəsi
illərində ona verdiyi ordenləri İngiltərə hökumətinə qaytarmağı Azərbaycan
hökumətindən xahiş etmişdi.
Müstəqil Azərbaycan dövlətinin ərazisi Rusiyanın XI Ordusu tərəfindən
zəbt edildikdən sonra S.Mehmandarov öz xalqının müqəddəratına biganə
olmayaraq, Nəriman Nərimanovun şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini
davam etdirmiş və Azərbaycanda yaradılmış hərbi komandirlər məktəbində 1921-
1928-ci illərdə müəllimlik etmişdir. Qafqaz ordusunun komandiri olmuş Birinci
dərəcəli Ordu komandiri İ.Ç.Yakir 1925-ci ildə yazmışdı: “Mehmandarov nadir
artilleriyaçıdır
”.
General Səməd bəy Mehmandarov 1924-1927-ci illərdə Azərbaycanda
hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmişdir.
1928-ci ildə general S.Mehmandarov səhhətinə görə orduda xidmətdən
tərxis olunmuş və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilmişdi.
General-polkovnik S.Mehmandarov dövrünün görkəmli şəxsiyyətlərindən
bir olmuşdur. O, türk və fars dillərini yüksək səviyyədə bilirdi. Ömrünün son üç
ilində islam tarixi və fəlsəfə ilə məşğul olmuşdur.
Dostları ilə paylaş: