Azərbaycanın ictimai həyatında gənclərin iştirakı



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix06.05.2018
ölçüsü0,55 Mb.
#42080
1   ...   14   15   16   17   18   19   20   21   22

Gənclər Parlamentinin iclası ölkənin bütün televiziya kanalları 

vasitəsilə yayımlanmışdır. 

2009-cu  il  aprelin  9-da  85  nəfərin  iştirakı  ilə  Azərbaycan 

Gənclər  Parlamentinə  yeni  seçkilər  baş  tutdu.  Gənclər 

Parlamentinin yeni sədri seçildi.

Uzunmüddətli layihə olan Azərbaycan Gənclər Parlamentinin 

fəaliyyətinin əsas məqsədləri gənclərin problemlərinin dövlət və 

cəmiyyət  ücün  aktuallaşması,  dövlətdə  baş  verən  proseslərdə 

g ə n c   v ə t ə n d a ş l a r ı n   i ş t i r a k ı n ı n     t ə m i n   o l u n m a s ı ,  

mədəniyyətlərarası  dialoqun,  beynəlxalq  əməkdaşlığın, 

mədəniyyət  müxtəlifliyinin təbliği, həmçinin şəxsi bacarıqların 

və fikir azadlığının inkişafına yardımdır.

Gənclər  Parlamenti  siyasi  debatlar,  mədəniyyətlərarası 

görüşlər,  təhsil  fəaliyyəti  və  ideya  mübadiləsi  üçün 

meydançadır.

Bu layihənin icrası bir neçə mərhələlərdən ibarət olacaq. Yeni 

tərkib  50  fəal  gənclərin  nümayəndələrindən  ibarət  olmalıdır. 

Onların  seçilməsi  2  mərhələdə  -  Azərbaycan  Respublikası 

Prezidenti  yanında  Dövlət  Qulluğu  Məsələləri  Komissiyası 

tərəfindən qəbul edilən test imtahanı və müsabiqə formasında 

keçiriləcəkdir. 

Gənclər Parlamentinin üzvlərini seçmək üçün təşəbbüs qrupu 

yeddi  Millət  vəkili  və  dörd  vəzifəli  şəxsdən  ibarət  tərkibdə 

formalaşmışdır.  Seçim  şurasında  qeyd  olunan  təşəbbüs  qrupu 

üzvlərindən  başqa  Azərbaycan  Respublikası  Prezident 

Administrasiyası  və  Gənclər  və  İdman  Nazirliyi  rəsmiləri  də 

təmsil olunmuşlar.

Gənclər parlamentinin üzvü olmaq üçün ərizə ilə yaşı 18-29 

66

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




arasında olan ictimai fəal gənclər, gənclər təşkilatlarının liderləri 

və  fəalları,  siyasi  partiyaların  gənclər  qanadlarının 

nümayəndələri,  ictimai  fəal  tələbələr,  beynəlxalq  təşkilatlarda, 

kütləvi informasiya vasitələrində, özəl və dövlət strukturlarında 

və elm sahəsində çalışan əməkdaşlar müraciət etmişlər.

Azərbaycan  Gənclər  Parlamentinə  14-28  may  2012-ci  il 

tarixlərində 1187 namizəd ərizə ilə müraciət etmişdir.

67

Gənclər və ictimai hərəkat




Siyasi  proseslərdə  gənclərin  iştirakı  siyasi  partiyalarda  və 

seçkili  orqanlarda  fəaliyyəti  özündə  ehtiva  edir.  Azərbaycan 

müstəqillik  qazandıqdan  sonra  gənclərin  seçki  proseslərində 

fəallığının  artması  tendensiyası    müşahidə  olunur.  Son 

parlament  və  bələdiyyə  seçkilərində  gənclərin  fəal  iştirakı 

onların bu orqanlarda nümayəndələrinin artmasına səbəb oldu. 

Belə ki, 2004-cü il bələdiyyə seçkilərində gənclər bələdiyyələrin 

tərkibində 2-2,5 faiz təmsil olunurdusa, 2009-cu il seçkilərində 

onların  təmsilçilik  faizləri  27  faizə  çatdı.  Bu,  gənclərimizin 

ictimai fəallığının artmasından irəli gəlir.

Gənclər  bələdiyyələrlə  yanaşı,  Azərbaycan  Respublikasının 

Milli Məclisində də təmsil olunur.

Azərbaycan qanunvericiliyi gənclərin parlament və bələdiyyə 

seçkilərində iştirakı üçün yaxşı imkanlar yaradır. 

İlk dəfə səs verən gənclər üçün Gənclər və İdman Nazirliyi və 

Azərbaycan  Respublikası  Mərkəzi  Seçki  Komissiyasının 

təşkilatçılığı  ilə  mütəmadi  olaraq  bir  sıra  maarifləndirici 

tədbirlər keçirilir. 18 yaşlı, daha doğrusu aktiv seçki hüququ olan 

gənclər  üçün  nəzərdə  tutulan  bu  tədbirlərin  məqsədi  seçki 

mədəniyyətinin artırılmasından ibarətdir. 

Gənclərlə iş, həmçinin ölkədə fəaliyyət göstərən partiyalarda 

da keçirilir.



Gənclər və siyasət

68



“Yeni Azərbaycan” Partiyası 

“Yeni Azərbaycan”  partiyası    bu  gün  nəinki Azərbaycanın, 

həmçinin  Cənubi  Qafqazın  ən  böyük  siyasi  təşkilatıdır. 

Partiyanın gənclər birliyi isə Azərbaycanın ən çoxsaylı və güclü 

gənclər təşkilatıdır. 

Son  illər,  gənclər  birliyi  gənclərlə  fəal  iş  apararaq  və   

beynəlxalq  əlaqələri  möhkəmləndirərək  öz  fəaliyyətinə  yeni 

layihələr  daxil  edir.  “Yeni  Azərbaycan”  partiyası  gənclərin 

potensialından maksimum istifadə edir və onların imkanlarının 

üzə çıxmasına əlverişli şərait yaradır. 

Gənclərin  intellektual  inkişafına  dəstək,  dövlətin  ictimai 

həyatında  onların  fəal  iştirakının  təmin  edilməsi,  ümummilli 

məsələlərin  həllinə  gənclərin  cəlb  olunması,  beynəlxalq 

əlaqələrin genişləndirilməsi - partiyanın gənclər siyasətinin əsas 

istiqamətləridir.

Yay  məktəbi  “Yeni  Azərbaycan”  partiyasının  ənənəvi  və 

uğurlu  layihəsidir.  O  ilk  dəfə  2007-ci  ildə  təşkil  olunmuşdur. 

Ölkənin müxtəlif bölgələrindən gənclərin yüzlərlə nümayəndəsi 

yay  məktəblərində  iştirak  edir.  Gənclərin  qonaqları  qismində 

partiya üzvləri, hökumət   və ictimaiyyət nümayəndələri iştirak 

edir.  Yay  məktəbləri  gənclərin  intellektual  səviyyəsinin 

yüksəlməsi  və  asudə  vaxtlarının  səmərəli  keçirilməsi 

baxımından əhəmiyyətli layihə kimi qiymətləndirilir.

Azərbaycanın inkişafı, onun vətəndaşlarının sosial rifahının,   

xarici ölkələrdə ölkənin imicinin yüksəlməsi və  Dağlıq Qarabağ 

münaqişəsinin ədalətli həlli   - “Yeni Azərbaycan” partiyasının 

gənclər birliyi üçün  əsas məqsədlərdir. 

69

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




1995-2005-ci  illərdə  gənclər  birliyinin  üzvlərinin  sayı  25 

mindən  135  min  nəfərə,  son  beş  ildə  isə  208  min  nəfərə  çatıb. 

2011-ci ildə “Yeni Azərbaycan” partiyasına üzv olmuş 30 mindən 

çox üzvün 45%-ni gənclər təşkil edib. 

“Yeni Azərbaycan”  partiyası  dünyanın  bir  çox  böyük  siyasi 

partiyaları  ilə  əməkdaşlıq  edir.  Bununla  yanaşı  partiyanın 

gənclər  birliyinin  də  beynəlxalq  əlaqələri  genişlənir.  Partiya 

rəhbərliyinin  dəstəyi  ilə  gənclər  digər  ölkələrin  partiyalarının 

gənclər  təşkilatları  ilə,  həmçinin  ikitərəfli  əməkdaşlıq 

çərçivəsində qarşılıqlı fəaliyyət göstərir. 

Türkiyə,  Ukrayna,  Rusiya  və  digər  ölkələrin  hakim 

partiyalarının  gəncləri  ilə  yaxşı  münasibətlər  qurulmuşdur. 

Partiyanın  gənclər  birliyi  müxtəlif  beynəlxalq  tədbirlərə  dəvət 

alır və onlarda fəal iştirak edir. 

“Yeni Azərbaycan” partiyası gənclərin ictimai-siyasi həyatda 

rolunun  artırılması,  gənc  nəslin  öz  ölkəsinin  layiqli  vətəndaşı 

kimi  yetişməsi,  onların  elmi  biliklərinin  təkmilləşdirilməsi, 

həmçinin asudə vaxtlarının səmərəli təşkili istiqamətində bir sıra 

layihələr  həyata  keçirmiş  və  bu  istiqamətlərdə  işləri  davam 

etdirməkdədir.  Bütövlükdə  partiyanın  yürütdüyü  siyasətdə 

gənclərə qayğı və onların potensialından istifadə üçün şəraitlərin 

yaradılması əhəmiyyətli yer tutur. Gənclərin nümayəndələri ilə   

mütəmadi olaraq müxtəlif görüşlər keçirilir. Partiyanın gənclər 

birliyi həmçinin seçki proseslərində də fəal iştirak edir. 

Gənclərin  siyasi  fəallığının  artırılması,  seçki  təbliğatının 

düzgün  keçirilməsi,  siyasi  liderliyin  formalaşması  məqsədilə 

“Yeni  Azərbaycan”  partiyası  paytaxtda  və  ölkənin  bütün 

regionlarında daim tədbirlər, treyninq və kurslar keçirir. 

70

Gənclər və siyasət




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə