Kamil Vəli NERİMANOĞLU
57
Türk Dünyası 34. Sayı
pafos, mübarizə motivləri, sağlam tənqid hər şeydən çox maraqlandırırdı.
“Drama sənətinin məqsədi insanların əxlaqını yaxşılaşdırmaq, oxucu
və qulaq asanları ibrətləndirməkdir” - deyən Axundzadə səhnə imkanlarını
aydınlaşdırır, oxu dramı ilə tamaşa dramını fərqləndirir, səhnə etikasından söz
açır və nəhayət, bu böyük və şərəfli yolun qururlu gələcəyindən inamla bəhs
edir; millətin o dərəcədə təzim və təqdirini qazanmışlar ki, öldükdən sonra
millət onların hünəri müqabilində təşəkkür əlaməti olaraq qəbirləri üzərində
uca imarətlər, yəni abidələr tikmişlər: Molyer və Şekspir bu kimi təzimə layiq
şəxslərdəndirlər ki, bir-bir saymağa ehtiyac yoxdur.
“Fehristi-kitab” yazısında Axundzadədini tamaşaları - şəbihləri tənqid
edir, “nəqli-behcət” (komediya) və “nəqli-müsibət” (façiə) arasındakı fərqi
şərh edir. Bədii yaradıcılıqda olduğu kimi, nəzəri müddəalarında da komediya
janrına daha çox meyl edən Axundzadə xalqı tərbiyələndirmək üçün, əxlaqı
saflaşdırmaq üçün “tənqiddən faydalı heç bir vasitə ola bilməz” deyirdi ki, bu
tənqidin də əsas ruporu məhz komediya janrı idi. “...mən türkcə “təmsilat”ımda
iranhların yaramaz əxlaq və rəftarım pisləmişəm. Bu isə dramnəvisliyin əsas
şərtlərindəndir”. (Kursiv bizimdir - K.V.)
M.F.Axundovun ədəbi tənqid sistemində ən mühüm komponentlərindən
biri dil və üslub məsələləridir. Bu, təsadüfi deyil. Müasir Azərbaycan milli
ədəbi dilinin banisi M.F.Axundzadə dil məsələlərinə qətiyyən biganə qala
bilməzdi.
Milli özünü idrak prosesində ana dilli ədəbiyyatın varlığı mühüm
şərtdir. Və belə bir ədəbiyyat qabaqcıl qayələrin ifadəsinə çevrildikdə, xalqın
duyğrularını real şəkildə əks etdirəndə öz yüksək vəzifəsini həyata keçirmiş
olur. Axundzadə ürək yanğısı ilə yazır: “Ərəblər bizə qələbə çaldıqdan sonra
dinlərini bizə qəbul etdirdikləri kimi, dillərini də bizim dilimizə qatmışlar və
bizi məcbur etmişlər ki, öz dilimizdə yazılan kitablan oxuyub başa düşmək
üçün ərəb dili və onun qaydalarını da bilək. Buna görə də biz məcburuq ki,
farsca yazılmış əsərləri anlamaq üçün iki dil və türkcə yazılmış əsərləri başa
düşmək üçün üç dil öyrənmiş olaq”.
Ərəb əlifbasına qarşı Axundovun ömrünün sonuna qədər apardığı ciddi,
ağır, üzüntülü mübarizə ideal uğrunda, həqiqət uğrunda mübarizənin timsalı
kimi xalqımızm tarixinə yazılmışdır.
Babalarımızın dili də ərəblər tərəfindən qarət edilmiş və indi ancaq adı
qalmışdır” (III c, səh. 446) deyən Mirzə Fətəli “Xitab bər katib” və “Xitab
bər naqil” (III c, səh. 200-201) adlı yazılarında böyük inam və qətiyyətlə
Azərbaycan orfoqrafıya və orfoepiyasının ilk prinsiplərini irəli sürmüşdür.
M.F.Axundzadə dilin saflığı uğrunda böyük mübariz olsa da, o, dillər
arasındakı canlı əlaqəni, zənginləşmə yollarını qəbul edirdi.
Mirzə Fətəli yeri gəldikçə bədii dil və üslub məsələlərinə də toxunmuş,
Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət
Türk Dünyası 34. Sayı
58
xalq dili zəminində yaranan ədəbi dilin müxtəlif məsələlərini işıqlandırmışdır:
“
Bütün bu əhvalat şirin və təsirli ibarələrlə ifa edilməlidir”; “
Əgər əslində
fars olub, türkcəni lazımınca bilən Tehran ziyalılarından biri bu “
Təmsilat”
ı
kitabda göstərilən şərtlər və qaydalar üzrə, bir şey əksiltmədən, sözçülüyə
və qafıyəpərdazlığa yol vermədən (kursiv bizimdir - K.V.)
, farsların yazı
qaydalarına deyil, danışıq qaydalarına əsasən, sadə bir şivə ilə türk dilindən
fars dilinə tərcümə və çap edib yayarsa, həm xalqa böyük xidmət etmiş olar,
həm də özü bu kitabı satmaq yolu ilə çoxlu qazanc əldə edə bilər”
.
Mirzə Fətəlinin müdrik məsləhətləri, elmi göstərişləri Azərbaycan ədəbi
dilinin sonrakı bütün tarixi dövrlərdəki fəaliyyəti üçün, eləcə də bu gün üçün
əsl elmi proqramdır. Onun Həsən bəy Zərdabiyə yazdığı məktub diqqəti cəlb
edir: “Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi ibarələrin
zərifliyi və aydınlığı, orfoqrafıyanın düzgünlüyü olmalıdır. Çünki sizin qəzetiniz
başqa məsələlərlə yanaşı Azərbaycan yazısını düzgün olmayan ifadələrdən
təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır.
Orfoqrafiyaya gəlincə, sizin gələcəkdə təyin etdiyiniz mühərrir mənim
Azərbaycan dilində olan komediyalarımın orfoqrafiyasına riayət etməlidir”.
İlk qəzetimiz haqqında ilk elmi-tənqidi söz daha çox ana dili problemləri
ilə bağlı idi. Və Mirzə Fətəli “Təmsilat”ı yazmaqla əslində, Azərbaycan ədəbi
dilinin sonrakı taleyini həli etmişdi. Ancaq böyük maarifçi Azərbaycan dilinin
zənginliyini saflığını, gözəlliyini bir içtimai xadim kimi, bir qələm əhli kimi
bütün ömrü boyu qorumuşdu. Ana dilinə Vətən kimi baxan böyük Mirzə Fətəli
elə bir məktəbin müəllimi idi ki, orada ana dilinin böyük ustadları və fədailəri
yetişəcəkdi: Nəcəfbəy, Mirzə Cəlil, Əbdürrəhimbəy, Sabir, Üzeyirbəy,
Firudinbəy...
Mirzə Fətəlinin tənqid üslubu ardıcıllığı, dəmir məntiqi, cəsarəti və yeri
gəldikcə sərtliyi ilə seçilir. O, Şərq filosoflarının “qorxaqlıq və cəsarətsizlik”
etdikləri üçün xalqdan uzaq düşdüklərini göstərir. Axundzadə “Kəmalüddövlə
məktubları”nı nəzərdə tutaraq yazır: “Hicrətdən bu günə qədər bu sərtlikdə
(kursiv bizimdir - K.V.) bir əsər yazılmamışdır. Lakin bu əsər çap edildikdən
sonra dünyanın hər tərəfində biri digərinin ardınca, bundan daha sərt (kursiv
bizimdir - K.V.) əsərlər yazılacaqdır”. Süruşun şeirlərini tənqid edərkən
Mirzə Fətəli qələmi sərt və amansızdır, yeni əlifba düşmənlərinə qarşı Mirzə
Fətəli sözü bıçaq kimi iti və kəskindir. Sənətin və elmin ictimai-əxlaqi, siyasi-
məfkurəvi rolunu ön planda görüb götürən dahi yazıçının sərt ifadə tərzi
apardığı əməliyyatın düzlüyünə, doğruluğuna qəti inanan cərrahı xatırladır:
çürümüş hər şeyi kəsib atmalı, orqanizmi qoruyub saxlamalı!
Özünə qarşı da tələbkar olan Mirzə Fətəli mübarizə meydanına cəsarətlə
girirdi. O, məktublarının birində yazır: “...etiqadımızca elmdə qüvvətli olanlara
təklif etməlisiniz ki, bacarsalar Kəmalüddövlənin, istər politika işlərinə və