Kamil Vəli NERİMANOĞLU
43
Türk Dünyası 34. Sayı
amma göz yaşı dərunidir, görünmür. Onun ağır damcıları ürəyin üstünə düşüb
onu dəlir, yaralayır...” (Firudinbəy Köçərli).
...Zaman keçəcək, bu komediyaiarın bətnindən “Yağışdan çıxdıq, yağmura
düşdük”, “Nadanlıq”, “Marallarım”, “Ölülər”, “Anamın kitabı”, “Dəli
yığıncağı”, “Hophopnamə”, “Məşədi İbad” və minlərlə örnəyi olan müasir
Azərbaycan ədəbiyyatı dünyaya gələçək. Azərbaycan dilinin əsl bayramı olan
bu altı komediya yalnız reallıq, dərinlik, sadəlik, aydınlıq, müdriklik salnaməsi
kimi tarixə yazılmadı, həm də tarixin özünü yaratdı.
Xalqın mənəvi problemlərini, daha çox ictimai fikirlərini aydın etmək
üçün Mirzə Fətəli yeni yollar arayırdı. Və bu yolların biri realist Azərbaycan
nəsrinin ilk nümunəsi olan “Aldanmış kəvakib”ə gətirib çıxardı. Zaman
Mirzəni ürək sözlərini demək üçün tarix yollarına çıxarmışdı. Amma o, tarix
deyil, müasirlərinə ibrət dərsi olan gözəl bir hekayə yazmışdı: “Mən məgər
tarix yazmışam ki, təkçə baş verən hadisələri yazmaqla kifayətlənim? Mən
kiçik bir məsələni əlimdə vasitə edib, öz təfəkkürümlə onu genişləndirərək”
o dövrün nazirləri və dövlət başçılarının puçbeyinliyini açıb göstərmişəm ki,
gələcək nəsillər üçün ibrət dərsi olsun və onlar səfih münəccimlərin sözlərinə
və xəbərlərinə inanmasınlar; özlərini bu kimi hərəkətlərlə əcnəbilərin
nəzərində məsxərə hədəfi etməsinlər”.
Mirzə Fətəlini həyat və tarix özü filosof elədi. Dünyanın zamanın və
insanın axtarış yolları olan, “Kəmalüddövlə məktubları”nı yaratdı.
Monteskye “Fars məktubları”nı yazanda onun məqsədi aydın idi. Ancaq
uzaqdan dərdin nə olduğu çətin bilinsin. Dərdin içində onun bir parçası kimi
dilə gəlmək, od tutub alışmaq, gizli-gizli yanmaq və “qan qoxuyan” mətləbləri
birər-birər açmaq çətin, olduqca məşəqqətli idi. Uzun yolun yolçusu,
ağsaçlı yorğun Mirzə Fətəli dinin kökünə gedir, qadın azadlığından, əlifba
inqilabından söz açır, təbiətin və cəmiyyətin Şərqdə misli görünməmiş səlis
və aydın mənzərəsini çəkir. Çoxmənalı və simvolik izahlar, siyasi eyhamlar,
ictimai problemlərlə zəngin olan bu məktubların böyük məntiqinə irad və
cavab qeyri-mümkündür. Bunu tarixin və zananın özü sübut edib.
Həsən bəy Zərdabinin ilk Azərbaycan qəzetini çap etməsi qoca Mirzə
Fətəliyə yeni ilham, inam gətirdi və enerjisi tükənməyən insan yenidən
çağladı: “Qoy bizim millətimiz də bir az gözü açılıb fanatiklikdən çıxsın, bəlkə,
patriot olsun, onda hər nə etsən, baş tutar”. İstər “Əkinci” qəzeti üçün, istərsə
də müasir Azərbaycan mətbuatı və ziyalısı üçün həmişə canlı və isti olan bu
sözləri bir daha xatırlatmaq istərdik:
“Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin
zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki, sizin
qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını düzgün olmayan
Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət
Türk Dünyası 34. Sayı
44
ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün
nümunə olmalıdır”
.
Mübarizə daha çox hərbi məntiqə söykənir. Müqəddəs olan, çox şey
mübarizə praktikasından zamana və məkana uyğun qiymət alır. Mirzə Fətəli bu
mübarizədə Füzuli sənətini belə inkar edirdi. Mirzə Fətəli Axundzadə dahi idi.
Və gözəl bilirdi ki, Füzulidən baxanda yer məntiqi, reallıq fəlsəfəsi, gündəlik
dərdlərin, işlərin mübarizəsi çox sönük, hardasa hətta maraqsız görünür. Bu
baxışı 300 il sonra qabaqlayan Mirzə Fətəli öz ideologiyası və mübarizəsi
xatirinə Füzuliyə elə baxmalı, onu inkar etməli idi.
Mirzə Fətəli Axundovun Füzulini inkarı səhv idi, amma dahinin səhvi idi.
Bu səhv milli oyanış, qurtuluş üçün buraxılmış səhv idi.
Nə qədər ağrılı, nə qədər faciəli olsa da, Mirzə Fətəli Füzulini inkar etməli
idi. Füzuli Azərbaycan dilində, azərbaycan mənəviyyatında əsaslı şəkildə
kök salmış qüdrətli sənətkar idi. Bədii sözün hər cür qüdrətini, nazikliyini və
böyüklüyünü yaratmaqda təbiət Füzulidən heç nəyi əsirgəməmişdi. İndi bu
bədii sözün tufanı qarşısında dayanmaq lazım idi.
“Füzulinin bir qəzəli yüzlərlə şairlər üçün ilham mənbəyi olur, şairlər öz
şeirlərini ona bənzətməyə çalışırdılar. “
Füzuliyanə”
qəzəllər yazmaq şairlərin
idealı olmuşdur. Bənzətmələr, təxmislər yol alıb gedirdi. Ədəbiyyat öz normal
yolunu itirmiş, həlqəvi bir gedişlə Füzulinin başına hərlənir, haraya getdiyini
özü də bilmirdi. Füzuli elə bir tilsim idi ki, ədəbiyyatımız ondan bir addım belə
olsun bayıra çıxmır və uzun illər yeni bir şəklə keçmirdi” (Cəfər Cabbarlı). Və
əslində özü yeni bir dinə çevrilmiş Füzulinin işğal etdiyi ürəyi real həyatın
ziddiyyətli real mübarizə və çarpışmalarına çağırmaq üçün o ilahi kəlmələri
unutmaq lazım idi. Azərbaycan xalqının mənəviyyatında elə bir inqilab lazım
idi ki, orada ilahi eşq, sözün sehri, real həyatın üstündə təsəvvür edilən xəyali
dünya unudulsun.
Və Axundzadə ürəyinin ən təmiz yerində Füzulinin kim olduğunu gözəl
bilirdi və inanırdı ki, arzuladığı sonra yaşayacaq xoşbəxt azərbaycanlılar
Füzuli ilə Axundovu heç bir vaxt bir-birindən ayırmayacaq və onların hər
ikisinin adını müqəddəs tutacaqlar.
Düşmənlərindən görünən Mirzə Fətəli.
Tələbə və davamçılarından görünən Mirzə Fətəli.
Oğlu Rəşiddən görünən Mirzə Fətəli.
Bizdən görünən Mirzə Fətəli.
Və sabahdan görünən Mirzə Fətəli.
Sən həmişə eyni adamsan, müdrik qoca, dodaqları bir-birinə sıxılı,
baxışları dərdli, üzü qətiyyət, iradə, əzm dolu, alnına öz taleyindən daha çox
xalqının taleyi yazılmış nurlu kişi, böyük insan...