Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə13/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   9   10   11   12   13   14   15   16   ...   52

33
aparılır. “Sözlük” və “Söz ehtiyatı”nda olan söz və ifadələrin köməyi ilə mətn 
tərcümə edilir. Şagirdlərin öyrəndikləri yeni sözləri qrup üzvləri cümlələrdə 
işlədirlər.
Müəllim  2-ci  çalışmadakı  sualları  3  qrup  arasında  bölür  və  şagirdlərə 
vaxt  ayırır.  Şagirdlər  suallara  cavab  hazırlayaraq  1.1.1.  alt-standartını  real-
laş dırırlar.  Sonra  qruplar  3-cü  çalışmanı  yerinə  yetirəcək  fakt  və  hadisələri 
ümumiləşdirərək plan üzrə mətni danışırlar və bu zaman 1.1.2 alt-standartını 
reallaşdırırlar.  Müəllim  qiymət  meyarlarına  əsasən  şagirdləri  qiymətləndirə 
bilər.  Sonra  4,5,6-cı  çalışmaları  yerinə  yetirirlər.  Qrup  üzvləri  hekayədən 
xoşlarına gələn hissəni danışaraq 2.1.4. alt-standartını reallaşdırırlar. Mətndə 
kursivlə yazılmış sözlərin kontekstə uyğun qarşılığını taparaq yerində işlədir 
və 4.1.2 alt-standartını reallaşdırırlar. Qrup üzvləri obrazları müqayisə edərək 
oxşar və fərqli cəhətlərini təhlil edir. 3.1.3. alt-standartını reallaşdırırlar.
Müəllim şagirdləri qiymətləndirə bilər. Sonra 7,8,9-cu çalışmaların icrası 
nitq hissələrinin yazılışı ilə bağlı bacarıqların tətbiqinə yönəldilir. Mətndəki 
əsas nitq hissələrinin qrammatik mənalarının mənimsənilməsi 2.1.1 alt-stan-
dar tının reallaşması vasitəsilə həyata keçirilir.
Məlumat mübadiləsi:
  Şagirdlər partizan Daşdəmirov obrazı haqqında 
öyrəndiklərini müzakirə edir, tədqiqat sualı ətrafında fikir mübadiləsi aparırlar.
Nəticə: 
Mətnin  oxusu,  çalışmalar  üzərində  işləməklə  şagirdlər  əldə 
etdikləri faktlar əsasında fikir yürütmək, fikirlərini oxuduqları mətnin hissələrinə 
müvafiq  qruplaşdırmaq  bacarıqlarını  inkişaf  etdirirlər.  Mətnin  məzmunu 
ilə tanışlıq şagirdlərdə tarixi keçmişə dair biliklərinin  zənginləşməsinə təsir 
göstərir. Şagirdlər Vətənimizin cəsur, qorxmaz, düşmən qarşısında əyilməyən, 
lazım  gələrsə,  həyatı  bahasına,  heç  nədən  çəkinmədən  düşməni  yerində 
oturtmağı bacaran qəhrəman oğlunun həyatı ilə bir daha yaxından tanış olurlar.
Yaradıcı tətbiqetmə:
 Böyük Vətən müharibəsi iştirakçısı olan qəhrəman 
övladlarımız haqqında nə bilirsiniz? Məlumatınızı genişləndirmək üçün axtarış 
aparın və fikirlərinizi yoldaşlarınızla bölüşün.
Qiymətləndirmə: 
Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı: 
Mətn üzrə plan tərtib edib məzmununu danışın.
Çap üçün deyil


34
§7. Partizan Daşdəmirov 
(II hissə – 1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
1.1.2
Az.t. – 
1.2.2.; 
4.1.1.
Əd. – 3.1.2.
2
Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir.
Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim 
edir.
2.1.1
2.1.2
2.1.3
3 Mətndəki  söz və ifadələrin mənasını sintaktik 
vəzifəsinə görə dəqiqləşdirir.
3.1.1
Dərsin tipi: 
İnduktiv
Dərsin forması: 
Böyük və kiçik qruplarla iş
Dərsin üsulu:
 Beyin həmləsi, müzakirə, BİBÖ
Resurslar:
 Dərslik, proyektor, internetə qoşulmuş kompyuter
Motivasiya:
  Müəllim  şagirdlərə  elektron  lövhədə  “Uzaq  sahillərdə” 
filmindən bir neçə fraqment nümayiş etdirir. Sonra şagirdlərə müraciət edir.
– Böyük Vətən mübaribəsinin  iştirakçısı olmuş partizan oğullarımızdan 
kimləri tanıyırsınız? 
Şagirdlər  öz  fərziyyələrini  söyləyirlər.  Onların  cavabları  dinlənilir  və 
tələffüzlərindəki qüsurlar düzəldilir.
Tədqiqat sualı:
  Sizcə, partizan Daşdəmirovun I hissədə planlaşdırdığı 
hərbi əməliyyat II hissədə alınacaqmı?
Tədqiqatın aparılması:  
Mətnin  II  hissəsi  ilə  tanış  olmaq  üçün 
müəllim  mətni  şagirdlərə  oxutdurur.  Oxu  prosesində  şagirdlərin  nitqlərində 
məntiqi  vurğudan  yerində  istifadə  etmələri  izlənilir,  səs  tonunun  düzgün 
tənzimlənməsinə  diqqət  yetirilir,  nitq  qüsurları  düzəldilir.  “Sözlük”  və 
“Söz ehtiyatı”nda verilmiş çətin sözlər izah edilir. Şagirdlər həmin sözlərin 
qarşılıqlarını taparaq cümlələrdə işlədirlər.
Şagirdlərin  mətn  haqqında  biliklərinin  möhkəmləndirilməsi  və  mətnin 
hissələrinin  müəyyənləşdirilməsi  məqsədilə  1-ci  çalışma  yerinə  yetirilir. 
Müəllim  şagirdlərin  müxtəlif  mövqeli  fikirlərini  ümumiləşdirərək  2-ci 
çalışmadakı suallara cavab vermələrini tapşırır. Bu zaman 2.1.3 alt-standartı 
reallaşdırılır.  Danışıq  zamanı  sözlərin  düzgün  tələffüzünə  fikir  verilir. 
Tələffüzlərindəki qüsurlar düzəldilir.
Şagirdlər  Böyük  Vətən  müharibəsi  haqqında  fakt  və  hadisələri 
ümumiləşdirərək öz fikirlərini söyləməklə 1.1.2 alt-standartını reallaşdırırlar.
Çap üçün deyil


35
Müəllim  şagirdlərə  yazı  bacarıqlarını  inkişaf  etdirmək  və  yazılarını 
zənginləşdirmək məqsədilə 7,8,9-cu çalışmaları yerinə yetirməyi və 2.1.1 və 
4.1.2 alt-standartlarını reallaşdırmağı tapşırır.
Məlumat mübadiləsi: 
Şagirdlər  mətn  üzərində  işləyərək  tədqiqat 
sualına cavab tapmış olurlar. Onlar mərdlik, qoçaqlıq, igidlik, düzgünlük kimi 
keyfiyyətlərin insan üçün nə qədər faydalı olduğunu müzakirə edirlər.
Nəticə:
 Şagirdlər fikirlərini mətndəki fakt və hadisələrlə əsaslandırırlar. 
Onlar partizan Daşdəmirov obrazı vasitəsilə öyrənirlər ki, Azərbaycan xalqı 
vətənpərvər,  vətənsevər  xalqdır.  Dünyada  ikinci  bir  xalq  tapmaq  olmaz  ki, 
vətəndən ayrılan kimi onun üçün bizim qədər darıxsın. Bu hislər xalqımızın 
torpağa,  vətənə  nə  qədər  bağlı  olduğunun  sübutudur.  Partizan  Daşdəmirov 
da  öz  dövrünə  görə  Vətən  hesab  etdiyi  Sovetlər  İttifaqının  torpaqlarının 
qorunmasında heç nədən çəkinməmişdir.
Yaradıcı tətbiqetmə: 
Mətnin məzmununa, kontekstə uyğun bir neçə ata-
lar sözü tapıb dəftərinizə yazın.
Qiymətləndirmə: 
Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı: 
Mətnin məzmununu danışmaq.
§8. Mübarizi olan millət
(1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
1.1.2
Az.t. – 
1.3.1.
Əd. – 
2.1.1.; 
3.1.2.; 
1.2.2.
2
Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir.
Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim 
edir.
2.1.1
2.1.2
2.1.3
3 Mətndəki fikirlərə münasibət bildirir.
3.1.3
Dərsin tipi:
 İnduktiv
Dərsin forması:
 Böyük və kiçik qruplarla iş
Dərsin üsulu:
 Əqli hücum, sual-cavab, təqdimat
Resurslar:
 Dərslik,  dəftər, proyektor, elektron lövhə
Motivasiya: 
Müəllim  proyektoru  işə  salır.  Elektron  lövhədə  Mübariz 
İbrahimova həsr olunmuş sənədli film canlandırılır. Sonra sinfə müraciət edir:
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə