Sədrəddin Hüseyn
118
məzhəbi, 2. Əhli-bida məzhəbi. Birinciyə aid olanlar Rəsulillahın,
səhabələrin yolunda gedənlərdir. İkincilər isə dində olmayanı
dində olan kimi qəbul edənlərdir. Hz. Əli ilə Hz. Aişə arasındakı
Cəməl və Hz. Əli ilə Müaviyə arasında olan Siffin vuruşmalarından
sonra bu hadisələrlə bağlı müxtəlif görüşlər ortaya çıxdı. Bu gö-
rüşlər xaricilik, cəbriyə, mütəzilə, mərciyə, şiə kimi məzhəblərin
yaranması üçün əsas oldu.
268
Bu baxımdan etiqad-inanc məzhəb-
lərinin də ortaya çıxmasının bir çox səbəbləri vardır. 1.İslamın ma-
hiyyətindən dogan, 2. Siyasi çəkişmələr, 3. Xarici amillər. 4. Başqa
səbəblər.
Xarici amillər belə idi ki, islamiyyətin ərazisi genişləndikcə
müsəlman olanların bir qismi “islamiyyətin nurlu aydınlığı sayə-
sində səmimi olaraq bu dini qəbul edərkən, bəziləri də ya cizyə-
dən (vergi) qurtulmaq, ya qaliblər səfinə keçib onlarla birgə izzət
və ehtiram görmək, ya da islam inancına fəsad qata bilmək üçün
müsəlman olurdular.
Belə adamlardan biri yəhudi Abdullah ibn Səbə idi. Onun
uydurmalarına görə Məhəmməd peyğəmbər ölsə də, geri dönə-
cək, əmrlərinə itaət etməyənləri cəzalandıracaq. Bu əmrlərin biri
də Hz. Əli (əs) haqqında vəsiyyətidir. Mühacir və ənsar Peyğəm-
bərin vəfatından istifadə edərək Hz.Əlini xəlifəlik haqqından məh-
rum etdilər. İndi bu haqsızlığı aradan götürmək üçün səfərbər
olmaq lazımdır.
Aldanan adamlar “Səbəiyyə” adlanan qrupda toplandılar...
və Hz. Osmana (ra) qarşı fəaliyyətə başladılar.
Xarici amillərdən digər bir mühümü də islamiyyətin gəlişi
ilə digər bəzi millətlərin dağılan dövlətləri, əldən gedən hakimiy-
yətləri və dədə-baba dini idi. Bu məsələyə N.Gəncəvi də toxuna-
raq “Xosrov və Şirin” əsərində Xosrovun “dədə-baba dinindən”
əl çəkmək istəməməsinin səbəbini göstərir. Məsələyə aydınlıq
268
Mutlu İsmayıl. Mazhebler nasıl ortaya çıktı. Istabul, 1997, səh. 125-126
Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
119
gətirmək üçün Hz. Osmanın şəhid edilməsindən İmam Hüseynin
şəhadətinə və oradan da Təvvabın hərakatına qədərki dövrün xra-
nologiyasına qısa bir nəzər salaq.
Yəhudi əsilli Abdullah ibn Səbənin təbliğatı öz işini görmüş-
dü: “Hicrətin 37-ci ilində Misir, Kufə və Bəsrədən yola çıxan 300
nəfərlik aldanmışlar Mədinəyə gələrək Hz. Osmanı şəhid etdilər.
Müsəlmanların əksəriyyəti Hz.Əlini xəlifə seçsələr də, Şam valisi
Müaviyə biət eləmədi, hətta qarşı çıxdı.”
269
Xarici amillərdən biri də onların anti-islam təbliğat aparatı
və yazdıqları əsərlər idi. Son illər az qala stolüstü kitabımıza çev-
rilən “İslam” kitabının müəllifi A.Masse Çingiz xanın yürüşünə
“monqol yürüşü” deyərək yazır: “1259-cu ildə bir xristian sərkər-
dəsinin (? S.H.) başçılığı ilə monqol qoşunu Dəməşqi və Hələbi
işğal etdi. Müsəlmanları məhv etmək üçün səlib əhlinə (? S.H.)
yalnız monqollarla birləşmək lazım idi.”
270
Hz.Əlinin Müaviyə ilə qarşılaşdığı vuruşmada Hz.Əli (ə.s.)
qalib gəlsə də, problem həll olunmamış qaldı. Vuruş əsnasında
ortaya çıxan “hakimlik” əhvalatından sonra Hz. Əli ilə razılaşma-
yan bir dəstə adam xaricilər adlandı və bunlardan ibn Mülcəm
ramazanın 17-də məscidin önündə namaz qılan Hz. Əlini ağır
yaraladı. Hz. Əli şəhid olarkən bir vəsiyyət etdi. “Haqqı ararkən
xəta edən ilə batili arayıb ona qovuşan bir deyil.”
271
Haqqı arayıb
xata edənlər deyəndə xaricilər, batili arayıb ona qovuşanlar de-
yəndə əməvilər nəzərdə tutulurdu.
Hz. Əlidən (ə.s.) sonra onun böyük oğlu İmam Həsənin (r.a.)
xəlifəliyi 6 ay çəkdi. O, Müaviyənin qoşunları qarşısında islamın
birliyini və bütövlüyünü qorumaq xatirinə xəlifəlikdən könüllü əl
çəkdi. Ancaq çox keçmədən Müaviyənin sifarişi ilə zəhərləndirilib
şəhid edildi.
269
Mutlu İsmayıl. Mazhebler nasıl ortaya çıktı. Istabul, 1997, səh. 135
270
Masse A. Islam. Bakı, AE-nin baş redaksiyası, 1992, səh. 210
271
Mutlu İsmayıl. Mazhebler nasıl ortaya çıktı. Istabul, 1997, səh.168
Sədrəddin Hüseyn
120
İmam Həsənin kiçik qardaşı İmam Hüseyn Müaviyəyə biət
etməmişdi. Tərəfdarlarının təkidi ilə onlarla birləşmək üçün Mək-
kədən çıxıb Kufəyə gedərkən Yəzidin çoxsaylı ordusu ilə qarşılaş-
dı və Kərbəlada qeyri-bərabər döyüşdə qohumları ilə birgə şə-
hid oldu. “Öldürülənlərin 29-u İmam Hüseynin ailəsindən idi.
Cəsədlər Qadiriyyə kəndində, İmamın mübarək başı Mədinədə
“Baki” məzar- lığında dəfn edilir.”
272
Bu hadisədən az sonra “Təv-
vabin hərəkatı” deyilən bir hərəkat başladı. “Təvvabin hərəkatı”
665-684-cü illərdə felən ortaya çıxaraq Hz.Hüseynin intiqamını
almaq üzrə toplanan və onların yardımına gəlmədikləri üçün dö-
yünərək tövbə edən kimsələrin oluşdurduğu bir hərəkatdır.”
273
İ.Mutlunun Təbərinin “İbn kəsir əl-Bidayə” əsərinə istinad
edərək ümumiləşdirdiyi fikir yığcam şəkildə belədir: İmam Hüsey-
nin şəhadətindən sonra xalqda Əməvilərə qarşı nifrət artdı. Xü-
susən də vaxtilə İmam Hüseyni Kufəyə dəvət edənlər və savaş
anında vədə xilaf çıxıb gəlməyənlər özlərini günahkar bilir, tövbə
edib əvəzində düşməndən intiqam almaqları ilə günahlarının
bağışlanacağını düşünürdülər. Qurani-Kərimdə Musanın (ə.s.) öz
qövmünə dediyi “tövbə edin və buzovu tanrı bilənləri öldürün.
Belə etsəniz, Yaradanınız yanında sizin üçün xeyirlidir” sözlərini
özlərinə bayraq edirlər. 680-ci ildən bir qrup toplaşaraq ətrafa
məktublar göndərir, intiqama hazırlaşırlar. 93 yaşlı Süleyman bin
Suradı özlərinə başçı seçirlər. 683-cü ildə Yəzid ölərkən daha da
fəallaşırlar və Kufə valisini vəzifədən uzaqlaşdırır, Məkkədə xəli-
fəliyi elan edən səhabə Abdullah bin Zübeyrə biət edirlər. 684-cü
ilin qasım ayında Kərbalaya İmam Hüseynin qəbri üstə gəldilər.
Ağladılar, özlərini döydülər, fəryad etdilər və Allah qarşısında and
içdilər ki, bu yolda öləcək və öldürəcəklər.
Sonra vuruşa gedirlər və Ubeydullah bin Ziyadın 12 minlik
ordusu ilə qanlı vuruşmada az bir qismi xilas ola bilir. 93 yaşlı
272
Mehmet Arslan (Prof.dr.), Mehmet Erdoğan. Kerbela mersiyeleri. Tunceli
Universitesi. Qrafikler yayinevi. Ankara, 2009, səh. 56
273
Mutlu İsmayıl. Mazhebler nasıl ortaya çıktı. Istabul, 1997, səh. 199
Dostları ilə paylaş: |