Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə57/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   54   55   56   57   58   59   60   61   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
177 
Qələtdir, ey mələk, nisbət gülə bu arizi-alun,  
Məlahət güldə zaildir, vəli səndə dəvam eylər. 
Bülbül gülün vüsalini bilmərrə tərk edər,  
Görsə səni çəməndə bu rüxsar ilən belə. 
Çünki arizi-canan ilən fərqi budur ayinənin,  
Arizi-cananda məni, onda sürət görsənir. 
Bu rəftari-qədü rüxsar ilə yarım nə çox bənzər,  
Otursa şəmə, dursa sərvə, getsə mahi-tabanə.
407
  
Ayinə ilə sevgilisinin üzü müqayisə olunan beytdə Raci əs-
lində dünyagörüşünü ortaya qoyur. Ayinədənsə sevgilisinin üzü 
ilə  güzgülənməyi  üstün  tutur.  Çünki  güzgüdə  surət,  camalda 
isə məna-Yaradanın Camal isminin təcəllisi var. 
Sevgilisini bu cür mədh edən Raci ona qarşı bir təmənnada 
olanda qaş-gözünü şəxsləndirir, metaforik fonda güclü bir təzad 
yaradır.  
Ləli-ləbindən istədi bir busə Raci çün,  
Çeşmün dedi: gəl al, -qaşun etdi işarə: yox-yox!  
Raci yaradıcılığının ən böyük gücü, özəlliyi onun poetizmin-
də, bədii təsvir və ifadə vasitələrindən yaradıcılıqla, orijinal şəkil-
də istifadə etməsindədir. Bunlar üslubu, sənətkarlıq təzədir, Ra-
ciyə məxsusdur. ”Raci təqliddən uzaq, orijinal xüsusiyyətləri ilə 
seçilən ustad şairdir. Onun şeirlərində deyiliş tərzi də təfəkkürü 
kimi bənzərsizdir.” Məcazi söz Raci yaradıcılığının ayrılmaz tər-
kib hissəsidir. Onun yaradıcılığı üçün normadır. Raci üçün şairlik 
qafiyə tapmaqdan ibarət deyil. O, qeyri-adi, ağır fikir tutumu ilə 
birgə, güclü poetizmi ilə də seçilir. Şair leksik səviyyədə metafo-
ra, təşbih, mübaliğə, litota, fonetik səviyyədə alletirasiya, assonans, 
təkrir, anafora, epifora və s.-dən, sintaktik səviyyədə poetikləşən, 
                                                           
407
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,                                
1992, səh. 74, 65, 78, 27, 57, 66, 76  


Sədrəddin Hüseyn 
178
 
aforizmləşən deyimlərdən,sintaktik konstruksiyalardan gen-bol 
və yerində istifadə etmişdir.  
Metaforalar.  
Göstərdi Kəlimi-dilə nəxli qələmim nur,  
Sinəm genə Sinayə dönüb pürlməandır
408

Xurma ağacından olan qələmi həmsöhbəti olan ürəyə nur 
göstərdi. Sinəsi Sina dağına dönüb, çoxmənalıdır. Qələmin nur 
göstərməsi metaforadır. Sinənin Sina dağı kimi oxunması müm-
kün  olmayan  pürlməan  (çoxmənalı)  sirlərlə  doludur.  (təşbeh, 
mübaliğə). Əslində burada Musa (əs) peyğəmbərlə bağlı bir əh-
valata işarə olunur. Allahın (cc) üzünü görmək istəyən Musa pey-
ğəmbərə Xaliqimiz dağa baxmağı məsləhət görür və o baxarkən 
elə qeyri-adi bir nur görür ki, özündən gedir. Əlbəttə, burada nur 
Allahın təcəlli sifətlərindən olmaqla həm də insan ağlının (peyğəm-
bər olsa belə) irişə bilməyəcəyi müəmma ilə dolu olmasına işa-
rədir. Şair bir beytdə həm, metafora, həm təşbeh, həm də mü-
baliğə işlətməklə bərabər belə dərin fikir ifadə edir.  
Nə cürm edibdü könül bilmirəm o məhvəşə,  
Çəküb kəməndə o zülf ilə tazyanə vurar.  
Könlün  məhvəşə  cürm  etməsi  metaforadır,  məhvəşin  də 
əvəzində könülü kəməndə çəkib zülf ilə təzyanə vurması ilə zülfü 
həm kəməndə, həm də sazın tellərinə təşbeh edir. Üstəlik, bu adi 
tora salma deyil, adi təzyanə vurma deyil, kəməndə düşüb aşiq 
olanlara çəkilən dağdır, sitəmdir, zülmdür.  
Eşq bir divanxana, hicran bir qazidir, o da aşiqin qətlinə gün-
də bir fitva çıxarır.  
Eşq divanxanəsində qaziyi-hicrandən 
Aşiqin qətlinə nahəq gündə bir fitva çıxar. 
Bilsə əgər nə növ pərişandu bu könül,  
Xətircəm ol ki, sındıru məşşatə şanəsün. 
                                                           
408
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992,278 səh. 57, 16 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
179 
Məşşatə adətən zülfə daraq çəkər. Amma burada pərişan 
könülə. Könlün pərişanlığı da şanə sındıracaq qədərdədir: 
Padişaha dövlətindən bu yetimü tifli-əşk,  
Yolların silləm-süpürrəm qaş ilən, müjgan ilən. 
Şərhə-şərhə sinəmə basdum xədəngi-çeşmuvi,  
Bir nihali-tazə tikdüm baği-canə can ilən.
409
  
Birinci beytdə dəsmalla süpürgəyə xas əlamət kipriklə qa-
şın, ikinci beytdə isə gülə, bostana xas əlamət kipriklə canın üzə-
rinə köçürülüb. Başqa nümunələrdə söz çuşə gətirir, yaşla dolan 
göz nizədəki başla mükalimə edir. “Əmdən bizi qəmdan gətirir 
söz niyə cuşə”, “Zeynəbin ağlayan gözü doldu dübarə yaş ilən, 
Eylər idi mükalimə nizədə qanlı baş ilən”. 
Raci poeziyasını zənginləşdirən elementlərdən biri də bən-
zətmələr, təşbehlərdir. 
Təşbehlər Raci yaradıcılığının tərkib hissəsidir. Şairdəki ori-
jinallıq ondadır ki, başqalarında məşuqənin müjganları aşiqə ox 
olursa, bunda bədənin müxtəlif üzvləri şəxsləndirilir: “Göz göz 
eləyir, göz müjgan atır,” “gözlərim gözlər, oğul”. Racidə çox vaxt 
ritmik vahidlər iç-içədir. Bir nümunədə bir neçəsi iştirak edir. Mü-
qayisə, təzad, təşbeh, mübaliğə bir yerdə verilir. “Göz gəl deyir, 
qaş yox işarəsi verir”. 
Gözün bu könlümə müjgan oxun vurar bir-bir,  
Vuralla yarə məgər bir şikarə yüz yerdən.  
Nədəndi bəs mənə təsir eyləməz, dağılur,  
Mənim bu ahim ilə səngi-xarə yüz yerdən. 
Baxma bu çeşmi-naz ilə çox məst-məst kim, 
Sixi-müjgəndə oldu cigərlər kababi-nar. 
                                                           
409
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz).                                                      
Bakı: Sabah,1992, səh. 29, 32, 35, 43, 44 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə