Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə13/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   9   10   11   12   13   14   15   16   ...   135

 

 

39 



 

* Palıd ağacında qozalar sıx olarsa, onda qış sərt 

keçəcək.  

* Qaranquş yuva quran həyətdə şadlıx olar.  

 

* Ayağının baş barmağı böyük olanın bəxti açıq olar.  



 

* Qaşları çatma olan qız qohuma ərə gedər.  

 

* Bir adamın başında, yaxud paltarında sap olarsa, 



deyərik ki, həsrətini çəkillər.  

*  Axır  çərşənbə  günündə  alma  yeyəllər.  Cecədə  olan 

toxumnarı  sayırsan,  on  dənəsini  yasdığın  altına  qoyursan  və 

yatırsan, yuxuda qismətini görürsən.  

 

* Ilaxır çərşənbənin səhərisi günü qadınlar bulaq başına 



gedib bulağın gözündən kiçik daşlar götürəllər, sonra isə onları 

evə  gətirib,  buğdanın,  duzun  içinə  atar,  un  kisələrinin  üstünə 

qoyar  və  evin  künclərinə  düzəllər.  Bu  daşlar  evin  bərəkətli 

olmasını təmin edir. 

*  Evi  süpürəndə  süpürgə  üstünə  dəysə,  ya  yerə  düşsə, 

gərək onun üstünə tüpürəsən. Yoxsa şərə düşərsən. 

*  Qəbri  barmaqla  göstərməzlər,  göstərsən  ziyan 

çəkərsən.  Odur  ki,  gərək  barmağını  dişləyib  ayağının  altına 

qoyasan.  

*  Qəbrin  içinə  gərək  yağış  düşməsin,  –  deyəllər  .  

Yoxsa bir başqası da ölər.  

*  Çörək  ayağının  altında  qalsa,  gərək  üç  dəфə  öpüb, 

gözünün üstünə qoyasan, yoxsa səndən qaçar. 

*  Taxıl zəmisinin içinə  girmək olmaz, taxılı  ayaqlasan, 

gözlərin tutular,–– deyərlər. 

* Gərək evə corab qoymayasan, yoxsa adam dara düşər.  

*  Toyuğun  banlaması  bədbəxtlik  əlamətidi,  gərək  onu 

kəsəsən. 

*  Lap  çox  istədiyin  adamın  şəklinə  gərək  tez–tez 

baxmayasan, yoxsa araya ayrılıq düşər.  

*  Yazdığın  məktub  yiyəsinə  çatmamış  onu  gərək  heç 

kim oxumasın. Yoxsa yiyəsinə gedib çatmaz. 




 

 

40 



*  Evdə  gərək  hörümçək  toru  qalmasın.  Yoxsa  tora 

düşərsən. 

* Evdə çirkli qab saxlamazlar. 

* Leyləyin yuvasını dağıtmazlar. 

* Yanmış ağacı çöldən evə gətirməzlər. Deyəllər, ziyan 

çəkərsən. 

*  Həyətdə  yasəmən  kolunu,  söyüd  ağacını  əkəndə, 

gərək sınayasan. Bunların düşər–düşməzi də olur. 

*  Aya,  bir  də  aynıya  çox  baxmazlar.  Hər  ikisi 

ağılaparan şeydi.  

* Çinarı kəsmək günahdı. 

* Həyətdə dovşan saxlamağın düşər–düşməzi olar. 

* Ocağın odunu suyunan keçirməzlər. Qaynar suyu yerə 

tökməzlər. Adama zəфər toxunar,– deyərlər.  

*  Gecələr  duz–çörəyi  stolun  üstündə  saxlamazlar, 

şeytan bərəkəti oğurlar. 

 



 



 



 

Qancıx (doğan it) balalır. Sənin də gəlinin zahıdır yatıb, 

uşağı qalmır. O gəlin durub gedir o qancığın üstünə. Onun əgər 

balaları  öldü,  sənin  uşağın  qalacax.  Yox,  balaları  ölmədi, 

səninki  öləcəx,  ta  qalmıyacax.  Həylə  də  olub  ha,  mən  özüm 

şəxsən sınamışam. 

 



 

 



 

 

Ağacların  öz  sahibinə  yas  saxlaması  olur.  Bir  nəфər 



dünyasını  dəyişənnən  sonra  onun  həyətində  olan  ağac  və  ya 

ağaclar  ya  qurumağa  başlıyır,  yaxud  da  bar  vermir.  Onda 

deyillər ki, ağac yas saxlıyır, onu yasdan çıxarmaq gərəkdir. Bu 

zaman ağaclara həna yaxıllar, yaxud qırmızı lent bağlıyıllar.  

 

Bar vermiyəndə də ağacın dibinə şirin çay və ya şirin su 



töküb deyillər: «Mən üzə çıxdım, sən də çıx».  

 



 




 

 

41 



 

Gəlin  gələndə  bəy  uca  bir  yerdə  durar,  almanı  pıçaxla 

bölüh  –  bölüh  edip  gəlinin  başına  atar.  Subayların  hərəsi  də 

almanın  bir  parçasın  götürüp  yiyər,  diyər  mənə  də  qismət 

olsun. Bəyin ucada durmağı ondan ötrüdü ki, ailədə onun sözü 

ötkün  olsun.  Alma  da  xoşbəxtlik  gətirdiyinnən  gəlinin  başına 

atallar.  Almanın  dağılmağı  bu  ailədən  hər  yana  xoşbəxtlih 

yayılmağınnan ötrüdü. 

                       * 

 



 

 



Qarşına  it  çıxanda  deyərih  ki,  yoldan  qayıt,  a  bala. 

Yoldaşın yolda səə it kimi yəcəx. Qayıt, otur yerinə. 

 

Qırmızını  qabaxlar  xoşbəxtliyin  rəngi  bilərdilər. 



Gəlinnərə  qırmızı  paltar  geyindirər,  qırmızı  duvax  salardılar 

başına.  Evdən  çıxan  gəlinə  qırmızı  toyux  verəllər,  ya  da  ağ 

toyuğu rəhliyəllər. 

 

 



 



 

Dizə  kəndi  yaxınlığındakı  Aydaşda  Aygün  adlanan 



daşın  yanında  pak  olmuş  adam  ürəyində  tutduğu  arzunun, 

niyyətin  həyata  keçdiyini  bilmək  üçün  orda  yatır,  yuxu  görür 

və  yaxud  onun  arzusunun  həyata  keçəcəyini  əyələr  ona 

bildirillər.   

             * 

 



 

 



Soyuq  münasibətdən  ağacların  küsməyi  də  olur.  Bu 

zaman şirin sözlərinən onların gərək könlünü alasan. 

 

                         * 



 

 



Getdim  gördüm  evdə  uşağın  boğazı  qavışır.  Dedim  ki, 

ay əmqızı, bə bı uşağın boğazı qavışır. Dedi Məhəmmədəlinən 

Şabı  bırdan  keşdi  getdi  Kəhrizə.  Dedi  bay,  onnar  şeşəlidi. 

Gəldim  şeşəsin  götdüm,  boğazın  basdım,  qaşdım  onnara. 

Getdim hamısın əlin suva çəydim, gətdim səpdim uşağa, bir də 

içitdim.  Onnan tay qoydu getdi. Nə şeşə oldu,  nə  bir şey.  Indi 

maşallah nəvəsi, nəticəsi var. 

 

                       * 



 

 






Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə