Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə8/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   4   5   6   7   8   9   10   11   ...   135

 

 

24 



 

–  Gəl  gedəh  samannığa.  Üstümdəkiləri  təmizlə,  mən 

sənə gəlim.  

 

Ikisi  birlihdə  gedillər  samannığa.  Qızın  dediyi  kimi 



oğlan  başdıyır  onun  üstünü  təmizləməyə.  Oğlan  təmizliyib 

qurtarannan sonra görür ki, qız yoxdu. 

 



 



 



 

Bınnan  əzələ  hər  ayın  bir  həftəsi  yeddi  gün  olardı,  bir 

həfdəsi  səkgiz  gün.  Ona  görə  derdilər  həfdə  səkgiz,  mən 

doqquz. 


 

 



 



 

 

Qarğıya deyirdih, qarğa, xeyir söylə, uzaxda qohumum 



var, gəlsin, səə yağlı bağırsax atacayıx. Guya qarğa da der: 

 

–  Oğlu  da  oğlu  olsun,  qızı  da  oğlu  olsun,  atdan  düş, 



yerii dəyiş. 

 



 

 



 

 



Qu quşu öz balalarınnan  vəfasızlıx görənnən soyra and 

içir ki, bir də yumurta qoyup bala çıxarmayacağam. Balalarım 

məni niyə atıp gedillər? 

 

Onnan soyra qu quşu başqa quşdarın yuvasına yumurta 



qoyur, heş vax da bala sahabı olmur. 

 



 

 



 

 



Deyir,  bir  kişi  çöldə  gedərkən  təsadüфən  bir  quyuya 

düşür,  bu  ha  çalışırsa  burdan  çıxa  bilmir.  Bir  vaxt  görür  ki, 

quyunun  bir  tərəфində  bir  böyük  ilan    ona  baxır.  Kişi  bərk 

qorxub  qışqırır.  Lakin  səsini  eşidən  olmur.  Ilan  ona  tərəф 

sürünüb kişiyə  işarə edir ki,  çıx quyruğuma.  Kişi  qorxa–qorxa 



 

 

25 



onun  quyruğunun  üstünə  çıxır.  Ilan  onu  elə  tulluyur,  kişi 

quyudan xilas olur.  

 

Ertəsi  gün  kəndə  ilan  ovsunnuyan  gəlir.  Bu  ilannarı 



ovsunnuyub saxlıyır və onnarı camaat qarşısında oynadırmış.  

 

Ilan ovsunnuyan ilanları oynadan zaman həmin kişi ona 



deyir ki, bunlar nə ilandır sən oynadırsan? Pəs mən bir ilan yeri 

bilirəm elə böyük, elə yaxşıdı ki. Ilan ovsunnuyan ondan ilanın 

yerini soruşduxda kişi ilanın yerini ona göstərir.  

 

Ovsunçu  gedib  quyudan  ilanı  ovsunnayıb  öz  torbasına 



salır.  O,  bu  ilanı  da  gətirib  camaatın  qabağında  oynadır.  Ilan 

ortada  dövrə  vurub  oynuyur.  Ilan  xilas  etdiyi  kişinin  qabağına 

çatanda düz quyruğu üstə qalxıb onun üzünə tüpürür. Ilan buna 

budur  yaxşılığımın  əvəzi  deyirmiş.  Həmin  kişinin  üzündə  

böyük bir yara əmələ gəlir ki, buna heç kim əlac edə bilmir.  

 



 

 



 

Bir gəlin olur. Bunun da bir oğlu. Bı gəlin bir gün gecə 



vaxtı  bulax  başına  paltar  yumağa  gəlir.  Uşağı  da  körpə 

olduğuna  görə  özü  ilə  gətirir.  Gəlin  uşağını  bir  ağacın  altına 

qoyub, başdıyır paltar yumağa. Bir az keşmir ki, uşağı başdıyır 

ağlamağa.  Uşağın  səsi  bütün  kəndi  ağzına  alır.  Nə  qədər 

eliyillər  uşağın  səsini  kəsməh  mümkün  olmur.  Uşağı  götürüb 

evə gəlillər.  

 

Çox keşmir uşağ ölür.  



 

Sən  demə,  bı  uşağa  yer  adamnarı  zərəl  yetiriplər.  Ona 

görə də gecə su başına, ağac altına uşağ aparmazlar.  

 

 



 



 

 



 

Bir  qız  olur.  Bı  qız  çöldə–zadda işdiyərmiş.  Bir  gün  bı 

qızın işdədiyi yerdə gözünə adam görünür. Yanındakılara deyir 

ki,  baxın  kolun  dibində  adam  oturup.  Hamı  çönub  qız  deyən 

tərəфə baxır. Amma onnar heç zad görmüllər. Qız yenə dönüp 



 

 

26 



baxır,  görür  ki,  bir  kişidi  oturub  elə  ona  baxır.  Yenə  qız 

camaata  deyir.  Dönüp  baxıllar,  onnar  görmüllər.  Qız  baxır  ki, 

bı adam yavaş– yavaş ona tərəф gəlir. Qız qorxusunnan qaçır. 

Qışqıran  zaman  bı  adam  onu  vırır.  Qız  özünnən  gedir,  uzun 

müddət  xəstə  yatır.  Demə  qızın  gözünə  görünən  əyələrdən 

imiş. 


 

 



 



 

O  vaxtlar  danışannardan  eşitmişdik.  Deyirdilər  ki, 

gözəl–göyçək  bir  qız  olur.  Bı  qıza  elçi  düşənnər  çox  olur. 

Lakin  bı  qız  heç  kimə  könül  vermir.  Xəstə  olduğuna  görə  ərə 

getmək  istəmir.  Çox  çəhmir  bı  qız  ölür.  Qız  ölənnən  sora 

görüllər ki, gecə onun otağınnan ağlamax səsi gəlir.  

 

Məlum olur ki, bu ağlayan cinnərdən imiş.  



 

Demə  o  cin  qıza  aşiq  olubmuş.  Indisə  hər  gecə  gəlib 

onu yerində görmüyəndə ağlayırmış. 

  

 



 

 

 



Ucuqulu ** 

Sədərək kəndi yaxınlığında Şərur adında bir şəhər olup. 

Bı  şəhərin  qırağında  bir  nəhəng  yaşayırmış,  ada  da  Ucuqulu 

imiş.  Ucuqulu  o  qədər  yekəymiş  ki,  adi  admalar  onun 

topuğundan ancax olarmış. 

Ucuqulu  ətraf  dağların,  bir  də  Qaraağac  meşəsinin 

ixtiyarını  almışdı  öz  əlinə.  Heç  kəsin  gücü  çatmazmış  ki, 

meşədən  bir  tikə  odun  qırsın.  Lazım  olanda  Ucuqulunun  özü 

odun yığıp gətirərmiş şəhərə, paylayarmış camahata. Əvəzində 

də  Şərur  əhli  Ucuqulunu,  anasını,  bir  də  onun  atını 

dolandırarmış.  Əmə  Ucuqulu  hər  dəfə  şəhərə  odun  gətirəndə 

bir  xata  törədərmiş.  Ya  adamlar  onun  ayağı  altda  qalıp 

əzilərmiş,  ya  da  Ucuqulu  çiynindəki  odun  şələsini  yerə 

qoyanda ev – zad uçarmış. 

Axırı  camahat  zinhara  gəlir.  Yığışıp  danışıllar, 

Ucuqulunun  yanına  bir  neçə  ağsaqqal  göndərillər.  Ağsaqqalar 




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə