Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   7   8   9   10   11   12   13   14   ...   164

 
23 
quruluşu,  inzibati-ərazi  bölgüsü,  əhali  haqqında  məsələlər  öz  əksini 
tapmışdı.  Lakin bu  əsərin  qüsuru  ondan ibarətdir  ki, müəllif  təsvir etdiyi 
hadisələrin sitatını göstərmir.   
N.
Mustafayevanın  Cənubi  Azərbaycan  xanlıqlarına  həsr  olunmuş 
əsərində  mövzunun  ayrı-ayrı  məsələlərinə  toxunulmuşdur  (44).  Daha  çox 
Cənubi  Azərbaycan  xanlıqlarının  siyasi,  sosial-iqtisadi  vəziyyətindən  bəhs 
edən müəllif əsərdə Xoy xanlığı ilə İrəvan xanlığının siyasi münasibətlərini, 
Ağa  Məhəmməd  şah  Qacarın  yürüşlərini,  birinci  və  ikinci  İrəvan 
döyüşlərini,  xanlığın  rus  qoşunları  tərəfindən  işğalını  qısa  da  olsa  təsvir 
etmişdir. 
V.Umudlunun 
əsəri  (53)  XIX  yüzilliyin  əvvəllərində  Azərbaycan 
xanlıqlarının  rus  işğalçılarına  qarşı  mübarizəsi  və  işğalın  gedişinə  həsr 
edilmişdi.  Monoqrafiyada  İrəvan  xanlığının  siyasi  vəziyyəti,  birinci  və 
ikinci 
İran-Rusiya  müharibələri  dövründə  İrəvan  uğrundu  müharibə  və  bu 
xanlığın işğalı ətraflı təsvir edilmişdir. 
Son 
dövrlərdə  Azərbaycan  xanlıqlarının  Osmanlı  dövləti  ilə  siyasi 
münasibətlərindən bəhs edən xeyli əsərlər meydana gəlmişdi. Bu problemin 
araşdırılmasında Azərbaycan xanlıqlar dövrü tarixinin görkəmli tədqiqatçısı 
T.T.
Mustafazadənin  Türkiyə  arxivlərindən  əldə  etdiyi,  elmi  ictimayyətə 
məlum  olmayan  zəngin  sənədlər  əsasında  yazdığı  monoqrafiyası  xüsusi 
əhəmiyyətə  malikdir  (46).  XVIII-XIX  yüzüllüyün  əvvəllərini  əhatə  edən 
monoqrafiyada 
Osmanlı  dövlətinin  Azərbaycan  xanlıqları,  xüsüsən  də 
İrəvan xanlığı ilə bağlı siyasi münasibətlərinə toxunulmuşdu. Əsərdə İrəvan 
xanlığının  siyasi  vəziyyəti,  Osmanlı,  Rusiya  və  İran  dövlətlərinin  Cənubi 
Qafqazda 
yeritdikləri  siyasətində  İrəvan  xanlığının  yeri  və  rolu  haqqında 
zəngin faktlar toplanmışdır. 
T.T.
Mustafazadənin  dörd  cildlik  «Ümumi  tarix»  adlı  ümumiləşmiş 
əsərinin üçüncü cildində (45) Azərbaycan xanlıqlarının siyasi, sosial-iqtisadi 
vəziyyətinə  də  toxunmuşdur.  Əsərdə  İrəvan  xanlığının  digər  xanlıqlarla, 
İran, Rusiya və Osmanlı dövlətləri ilə siyasi münasibətləri qısaca da olsa öz 
əksini tapmışdır. 
Azərbaycan  xanlıqlarının  Osmanlı  dövləti  ilə  siyasi  əlaqələrinə 
G.
Nəcəflinin  əsərində  də  toxunulmuşdur  (48).  Bu  əsər  Azərbaycan 
tarixşünaslığında Osmanlı-Azərbaycan xanlıqları münasibətlərinə dair yeni 
səpgidə  yazılmış  əsər  hesab  edilməlidir.  Türk  arxiv  mənbələri  əsasında 
yazılmış əsərdə İrəvan xanlığının siyasi vəziyyəti, xanlığın Kartli-Kaxetiya, 
Osmanlı  Türkiyəsi,  Rusiya,  İran  ilə  münasibətlərinə  dair  maraqlı  faktlar 
aşkar edilmişdir. 
F.
Ağamalının  əsəri  (1)  mövzumuz  üçün  xüsusi  əhəmiyyəti  var. 
Əsərdə  ayrıca  İrəvan  xanlığından  bəhs  edilməsə  də,  burada  ümumi 
Azərbaycan  xanlıqlarının  sosial-iqtisadi,  xanlıqların  dövlət  quruluşu, 


 
24 
inzibati-
ərazi  bölgüsü,  torpaq  mülkiyyəti  formaları,  vergi  və 
mükəlləfiyyətlər,  şəhər  və  kənd  həyatı,  əhalinin  sosial  tərkibi  haqqında 
məsələlər işıqlandırılmışdır. 
Tədqiq  etdiyimiz  mövzu  ilə  bağlı  olan  əsərlərdən  biri  də 
C.M.Mustafayevin  «
Xanlıqlar  dövründə  Azərbaycanda  sənətkarlıq»  adlı 
monoqrafiyasıdır (43). Bu Azərbaycan tarixşünaslığında xanlıqlar dövründə 
sənətkarlıq problemlərindən bəhs edən ilk əsərdir. Zəngin arxiv materialları 
və  yazılı  mənbələr  əsasında  yazılmış  əsərdə  Azərbaycan  xanlıqlarının, 
həmçinin İrəvan xanlığının sənət istehsalının əsas mərkəzləri olan şəhərlərin 
vəziyyəti və sənət istehsalının ayrı-ayrı sahələrinin inkişaf səviyyələri tədqiq 
edilir. 
Son 
dövrlərdə  Azərbaycan  tarixşünaslığında  tarixi  coğrafiya 
məsələsinə diqqət artmışdır. V.Piriyevin və T.İsmayılın əsərlərində (49;166) 
ümumi 
Azərbaycanın  tarixi  coğrafiyasınadan  bəhs  edilərkən  İrəvan 
xanlığına  da  qısaca  toxunulmuşdur.  Lakin  qeyd  edilən  əsərlər  İrəvan 
xanlığının  tarixi  coğrafiyasını  tam  əks  etdirmir  və  bu  məsələnin  bəzi 
tərəfləri qaranlıq qalır. 
Mövzunun 
tədqiqində  son  dövrlərdə  nəşr  olunmuş  yeddi  cildlik 
Azərbaycan  tarixinin  üçüncü  və  dördüncü  cildlərindən  də  istifadə 
olunmuşdu (20; 21). Bu ümumiləşmiş əsərlərdə xanlıqların siyasi, ictimai-
iqtisadi 
vəziyyəti  ilə  bərabər  İrəvan  xanlığı  haqqında  da  məlumat 
verilmişdir. 
Beləliklə,  tarixşünaslıqda  İrəvan  xanlığının  tarixi  ilə  bağlı  bəzi 
məsələlər  öz  əksini  tapmasına  baxmayaraq,  bu  xanlığın  tarixi  tam 
öyr
ənilməmiş  və  bir  çox məqamlar  qaranlıq  qalmışdır. Monoqrafiyada  ilk 
dəfə  olaraq  İrəvan  xanlığının  tarixi  coğrafiyası  və  əhalinin  say,  etnik  və 
sosial 
tərkibi kompleks şəkildə tədqiq edilmiş, istər şəhər, istərsə də kəndə 
əhalisinin sayı dəqiqləşdirilmişdi.  
    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
25 
 
 
  
FƏSİL 
 
XVIII yüzilliyin ikinci 
yarısında İrəvan xanlığının siyasi 
vəziyyəti 
 
1.1.
İrəvan xanlığının yaranması 
 
Nadir 
şah 1747-ci il iyunun 20-də sui qəsd nəticəsində öldürüldükdən 
sonra  onun 
yaratdığı  imperiya  dağılır  və  imperiyanın  tərkibinə  daxil  olan 
Azərbaycan  ərazisində  20-ə  yaxın  xırda  feodal  dövlətləri  olan  xanlıqlar 
yarandı (225,760; 233,86; 187,116-159; 58,12-14; 59,86-112; 65,220-221; 
24,20-25; 44,128-132). 
Belə xanlıqlardan biri də mərkəzi İrəvan şəhəri olan 
İrəvan xanlığı idi. İrəvan müstəqil xanlığa çevrilənə qədər Səfəvi dövlətinin 
Çuxursəd  bəylərbəyliyinin  mərkəzi  vilayəti  olmuş,  mürəkkəb  və  zəngin 
tarixi yol 
keçmişdi. İrəvanla bağlı siyasi hadisələrə qısaca nəzər salmaqla bu 
xanlığın əmələ gəlməsi səbəblərini izləmək mümkündür.    
İrəvanın  tarixi  Səfəvi  dövləti  ilə  sıx  bağlı  olmuşdu.  XVI  əsrin 
əvvəllərində  yaranmış  mərkəzi  Təbriz  şəhəri  olan  Səfəvi  dövləti  inzibati-
ərazi bölgüsünə görə bəylərbəyliklərə bölünmüşdü. XVII əsrdə sayı on üçə 
çatan 
bəylərbəylikdən  biri  də  mərkəzi  İrəvan  şəhəri  olan  Çuxursəd 
bəylərbəyliyi  idi.  İrəvanla  birlikdə  Naxçıvan  və  Maku  əyalətləri  də  bu 
bəylərbəyliyin  tərkibinə  daxil  olmuşdu  (422,101; 233 ,117; 26,241-242; 
391,88). 
Osmanlı  Türkiyəsi  ilə  həmsərhəd  olduğundan  Çuxursəd 
bəylərbəyliyi hər iki imperiya arasında fasilələrlə bir əsrə qədər davam edən 
müharibələr  nəticəsində  xeyli  dağıntıya  və  insan  itkisinə  məruz  qalmış, 
İrəvan şəhəri isə dəfələrlə əldən-ələ keçmişdi (50,53, 68-74; 235,26, 58-59, 
79-80, 83-84, 91-92; 132,75-76). 
Səfəvi  şahlarının  müharibələr  zamanı 
«
yandırılmış torpaq taktikası», Şah I Abbasın (1587-1629) «böyük sürgün» 
siyasəti də insan qırğınından əlavə, əyalətin təsərrüfat həyatını məhv etmişdi 
(134,488; 233,277; 390,101-102; 391,69-70).  Burada  sakitlik 
yalnız 1639-
cu il 
mayın 17-də Səfəvi və Osmanlı imperiyaları arasında bağlanmış Qəsri-
Şirin müqaviləsindən sonra bərqərar olmuşdu (20,263). 
Azərbaycanın  digər  ərazilərində  olduğu  kimi,  Çuxursəd 
bəylərbəyliyində, xüsusən də, onun tərkib hissəsi olan İrəvan əyalətində də 
müharibənin təsərrüfata vurduğu acı nəticələri aradan qaldırılmağa başlandı. 
İrəvan əyaləti Osmanlı Türkiyəsinə yaxın ərazidə yerləşdiyinə görə, Səfəvi 
şahları  bu  bölgəyə  xüsusi  diqqət  yetirirdilər.  Onlar  bu  bölgəyə  özlərinə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə