14
Journal of Azerbaijani Studies
FƏRHAD AĞAZADƏ VƏ LATIN ƏLĠFBASINA KEÇĠD
Ġsaxan Ġsaxanlı
Xəzər Universiteti
Ərəb əlifbasının islahı və latın əlifbası ideyasının yaranması
Vaxtilə islamlaşan, Xəlifəliyin bir vilayətinə çevrilən və İslam
sivilizasiyasının üzvü olan Azərbaycanda ərəb əlifbasından istifadə
olunması təbii olmuşdur. Alimlər, şair və yazıçılar, səlnaməçilər bu
əlifbadan istifadə edərək əsərlərini ərəb (dövrün əsas elm dili), fars
(dövrün əsas poeziya dili) və 13-cü yüzillikdən başlayaraq, həm də
türk (dövrün əsas ünsiyyət dili) dilində yazmışlar.
19-cu əsrin ortalarından başlayaraq Avropanın və Rusiyanın
elmi-mədəni təsirinə məruz qalan Azərbaycan mütəfəkkirləri və ziya-
lılarının bir qismi ərəb əlifbasının əhalinin savadlanmasında və dilimi-
zin inkişafında ciddi maneəyə çevrildiyi fikrinə düşmüş, onun islahı
yolunda çalışmış, mübarizə aparmışlar. Bu məsələdə ilk təşəbbüs
M.F.Axundova (1812-1878) məxsusdur.
M.F.Axundovun ərəb əlifbasının islahatı haqqında düşündüyünü
onun 1854-cü ildə yazdığı bəzi məktublarında görmək olar. Bu yolda
planlı, sistemli fəaliyyətə isə M.F.Axundov 1857-ci ildən başlayır. O,
özünün tərcümeyi halında yazır:
“
1857-
ci
il
miladidə
islam
əlifbasını
dəyişdirmək
(islah etmək –
İ.İsaxanlı)
üçün
fars
dilində
bir
kitabça
yazıb
,
əlifbanı
dəyişdirməyin
vacib
məsələ
olduğunu
həmin
kitabçada
göstərdim”
.
M.F.Axundovun əlifba yolunda mübarizəsinin ciddi təhlili bu
yazının məqsədinə aid olmadığı üçün burada, sadəcə, bəzi prinsipial
məqamları qeyd etməklə kifayətlənəcəyik. Əlifbanın islahı yolunda
M.F.Axundov əvvəlcə, əsasən aşağıdakı müddəaları irəli sürmüşdür:
Fərhad Ağazadə və latin əlifbasina keçid
15
Мирзя Фятяли Ахундов
(1812-1878)
1.
Sait
hərflər
sözün
tərkibində
samit
hərflərin
yanında
yazılmalıdır
.
2.
Nöqtələr
bütövlükdə
hərflərdən
atıl-
malıdır
.
3.
Sözlər
bitişməyən
,
ayrı
-
ayrı
hərflər-
dən
əmələ
gəlməlidir
.
Məhz bu şərtlər daxilində M.F.Axundov
ərəb əlifbasının islahı yolunda 10 ildən çox
ciddi mübarizə aparmışdır.
60-cı illərin sonuna yaxın bəzi başqa
xalqlar arasında da əlifba məsələsi müzakirə
obyektinə çevrilmiş və hətta 1868-69-cu il-
lərdə avar, çeçen və çərkəz dilləri üçün latın əlifbasına oxşayan və
soldan-sağa yazılan bir əlifba tərtib edilmişdi. Təxminən elə bu illərdə
M.F.Axundov əlifba məsələsində daha 2 müddəa
(
hər
bir
hərf
ancaq
bir
şəklə
malik
olmalıdır
;
yazı
soldan
-
sağa
yazılmalıdır
)
irəli sürərək,
ərəb əlifbasının dəyişdirilməsi mümkünlüyünü qeyd edir. 1870-ci ildə
o, ərəb əlifbasının latın hərfləri əsasında dəyişdirilməsi ilə bağlı ilk la-
yihəsini tərtib edir və layihəni, bu məsələlərlə ciddi maraqlanan gənc
Məhəmməd Ağa Şaxtaxtlıya (1846-1931) göndərir. Bundan sonra o,
öz layihəsində bəzi hərflərin şəkillərini dəyişir və 1873 ildə özünün
latın əlifbası layihəsinin son variantını hazırlayır. Bəzi mənbələrdə bu
layihənin əlyazmasının bir vaxtlar Əbdürrəhim bəy Haqverdiyevdə
olduğu qeyd olunsa da, təəssüf ki, bu tarixi sənədi nə Əbdürrəhim bəy
Haqverdiyevin fondunda, nə M.F.Axundovun özünün fondunda, nə də
başqa arxiv materialları arasında tapmaq mümkün olmadı.
Artıq bu illərdə M.F.Axundovun əlində 2 tip layihə vardı.
O, 1873-cü ilin iyun ayının 18-də Tiflisdəki Osmanlı konsulunun
müavini Ömər Səbri vasitəsilə İstanbulda çıxan “Həqayiq” qəzetinin
redaktoruna göndərdiyi məktubunda yazırdı: “Mən
iki
cür
əlifba
dü-
şünmüşəm
.
Onlardan
biri
latın
əlifbası
hərflərindən
seçilərək
tərtib
edilməlidir
ki
,
onu
soldan
sağa
yazmaq
lazım
gələcəkdir
.
İkincisi
isə
,
hazırki
əlifbamız
əsasında
qurulmalıdır
ki
,
onu
hazırda
olduğu
kimi
sağdan
sola
yazmaq
olar”
.