B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə34/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   30   31   32   33   34   35   36   37   ...   131

 

99 


prosesində  əyaniliyin  təmin  olunması  şagirdlərin  oyun  tədris 

materiallarının düşüncəli olaraq lazımi fəallıqlda və keyfiyyətlə yerinə 

yetirilməsinə  zəmin  yaradır.  Könüllü  və  düşüncəli  olaraq  oyunda 

iştirak  etmək  onun  yaxşı  qavranılmasına,  uzun  müddət  yadda 

qalmasına eləcə  də  çətinliklə  unudulmasına  səbəb  olur.  Nəticə  etibarı 

ilə  bütün  bunlar  oyun  təlimi  prosesinin  müvafiqliliyinin  təmini 

deməkdir. Oyunlara aid bilik, bacarıq və vərdişlərin xeyli vaxt ərzində 

unudulmaması,  yaddaşda  həkk  edilməsi  beyində  bir  növ 

formalaşdırılması  (avtomatlaşdırılması)  isə  təlimin  sistematik  və 

ardıcıllığını  da  həll  etməyə  kömək  edir.  Oyunların  mahiyyətinin, 

keçirilməsində  məqsədin  və  tələb  olunan  vəzifələrin  şagirdlərin  dərk 

etməsi,  anlaması,  şüurlı  surətdə  icrasının  bu  özündə  onların  idrakı 

fəallığını  daha  da  yüksəldir,  idman  fəallığının  nisbətən  artırırılmasına 

imkan verir. 

Oyunda  tətbiq  olunan  prinsiplərin  bütövlükdə-vəhdətə  qarşılıqlı  

olaraq tətbiqi bir tərəfdən «şüurluluq və              fəallıq prinsiplərinin 

digər  tərəfdən  isə  bilik,  bacarıq  və  vərdişlərin  möhkəmləndirilməsinə 

xidmət  etməklə  yanaşı,  həm  də  onların  ardıcıl  və  müvafiq  şəkildə 

həyata keçirilməsini, müvafiq şəraitin yaradılmasını tələb edir.  

 

 



5.7. Oyunların məzmununun şərhi 

 

Oyunlar  söz,  əyanilik,  müşahidə  metodları  ilə  şagirdlərə  izah 

oluna  bilər.  Ümumiyyətlə,  oyunların  şərhi  onun  əyani  olaraq 

göstərilməsi  ilə  başa  çatmalı,  sonra  isə  bir  neçə  dəfə  nümayiş 

etdirilməlidir, yəni keçirilməlidir. 

İzah  elə  olmalıdır  ki,  uşaqların  hamısı  oyunun  keçirilmə 

qaydalarını,  xalların  verilməsini,  aparıcının  vəzifələrini,  hakimlərin 

vəzifələrini, oyunda qalibgəlmə şərtlərini bilsinlər. 

Yaxşı olar ki, müəllim əvvəlcə sınaq oyunu keçirsin, buraxılmış 

nöqsanları göstərsin. 

Oyunu  izah  edərkən  sinifi  elə  düzməli  və  müəllim  elə  yerdə 

durmalıdır  ki,  şagirdlərin  hamısı  onu  yaxşı  gögrsün  və  dediklərini 

aydın  eşitsinlər.  Oyunun  izahı  və  göstərilməsi  birbaşa  meydançada, 

oyun başlanan yerdə təşkil olunmalıdır. 

İzahat  qısa,  aydın  və  başa  düşəcəyi  tərzdə  olmalıdır.  Tanış 

oyunun isə geniş və ətraflı izahına ehtiyac yoxdur. 




 

100 


Bir  qayda  olaraq,  oyun  bir  neçə  dəfə  təkrar  olunur.  Oyundan 

sonra  buraxılmış  nöqsanlar  uşaqların  nəzərinə  çatdırılır,  qaydaları 

pozan  uşaqların  adı  çəkilir,  onlar  məzəmmət  olunur.  Oyunun 

qaydalarını mütəmadi olaraq pozan uşaqlar oyundan kənar edilir və  ya 

məzəmmət edilir və yaxud da onlara xəbərdarlıq edilir. Oyunun izahı 

zamanı uşaqların əhval-ruhiyyəsi, yorğunluğu, marağı və həmin oyuna 

münasibəti, idman fəallığı nəzərə alınmalıdır. 

 

 



 

 

5.8. Mütəhərrik oyunlar 



üçün oyun meydançasının düzəldilməsi 

 

Mütəhərrik  oyunlar  üçün  meydança  məktəbyanı  meydançanın 

çox  və  həm  də  mərkəz  hissəsini  tutmalıdır.  Mütəhərrik  oyun 

meydançasında  hər  oyunçuya  təxminən  5-6  m  sahə  düşməlidir.  O, 

hamar olmalı və təmiz saxlanılmalıdır, toz əmələ gətirməməli, eləcə də 

oyuna  aid  bütün  qayda-qanuna    uyğun  düzəldilməlidir.  Mütəhərrik 

oyun  meydançası,  həmçinin  dərsin,  dərsəqədər  səhər  gimnastikasının 

və tənəffüslərdə aparılan tədbirlərin, bədən tərbiyəsi-sağlamlıq işlərinin 

keçirilmə yerinə verilən tələblərə tam uyğunlaşdırılmalıdır. 

 

 

5.9. Oyun meydançasının və idman zalının 

işarə   olunması 

 

Meydança dərsdən qabaq işarələnməlidir. Əgər oyun çox iş tələb 

etmirsə,  onda  işarələnmə  uşaqların  iştirakı  ilə  yerinə  yetirilir. 

Zədələnmələrin  qarşısını  almaq  üçün  oyun  keçirilən  yerdə  təhlükəli 

əşyalar vardırsa (daşlar, ağaclar, butulka və digər şüşə sınıqları, dəmir 

və dəmir qalıqları) onlar yığışdırılmalı, həmin sahə təmizlənməlidir. 

Zalda  qaçış  və  estafet  xarakterli  oyunlar  keçirilərsə,  qarşıya 

çıxacaq divardan gimnastika döşəkləri asılmalı, yaxud da həmin sahədə 

oyunda  iştirak  etməyən  uşaqlar  durmalıdır.  Bu  ona  görə  edilir  ki, 

uşaqlar  qaçarkən  özlərini  saxlaya  bilməyib  divara  toxuna  bilər  və 

zədələnər. 



 

101 


Oyunun maraqlı və səmərəli keçməsi məqsədilə müəllim ən fəal 

və  fiziki  cəhətdən  güclü,  cəld  uşaqlardan  aparıcı  və  başçı  seçməlidir. 

Bu  əksinə  də  ola  bilər.  Yəni,  təşkilatçılıq  və  idarə  etmə  qabiliyyətini 

inkişaf  məqsədilə  zəif  olan  uşaqlardan  da  aparıcı,  başçı  seçmək 

məsləhətdir. 

 

 

5.10. Oyun ləvazimatlarının hazırlanması 

 

Dərsə  hazırlığın  əsas  cəhətlərindən  biri  dərs  üçün  lazım  olan 

ləvazimatların  vaxtında  hazırlanmasıdır.  Mütəhərrik  oyunların 

keçirilməsi  üçün  kiçik  bayraqlar,  fit,  saniyəölçən,  hoppanma  ipləri, 

kiçik  toplar  (tennis),  basketbol  və  voloeybol  topları,  doldurulmuş 

toplar, gimnastika ağacları və s. lazımdır. 

İnventar 

parlaq 


rənglə, 

zövqlə 


boyanmalı, 

səliqəli 

düzəldilməlidir.  Onlar  çəkisinə,  həcminə  və  ölçüsünə  görə  uşaqların 

yaşına  uyğun  olmalıdır.  Oyunların  ləvazimatlarla  lazımınca  təmini 

tədrisin  səmərəliliyini  yüksəltməklə  bərabər  məşğul  olanların 

məşğələyə  olan  marağını  da  xeyli  dərəcədə  artırır.  Konkret  desək, 

şagirdlərin  boş  dayanmaları  aradan  qaldırılır,  nizam-intizamın 

pozulmasına  şərait  yaranmır  və  beləliklə  məşğələnin  intensivliyi 

kifayət qədər yüksəlir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə