BEŞİNCİ FƏSİL
ORUC
Sevimli Peyğəmbərimiz (s) ramazan ayı ərəfəsində söylədiyi bir xütbəsində
insanlara belə müraciət etmişdi:
“Ey insanlar! Allahın ayı öz bərəkət, rəhmət və əfv özəllikləri ilə sizin
sorağınıza gəlir. Bu, Allah dərgahında başqa aylardan, günləri başqa günlərdən,
gecələri digər gecələrdən, saatları da digər saatlardan daha üstün və dəyərli olan bir
aydır. Bu elə bir aydır ki, onun gəlişi ilə siz ilahi ziyafətə dəvət olunmuş, ilahi
kəramət və dəyərə layiq görülmüşsünüz. Bu ayda aldığınız hər nəfəs zikr, yuxunuz
ibadət hesab olunur, əməlləriniz qəbul olunmuş, duanız eşidilmiş sayılır.
Beləliklə, Rəbbinizdən sidq-ürəklə, səmimi qəlblə sizi bu ayda oruc tutmağa
və öz kitabını oxumağa (anlamağa) müvəffəq etməsini diləyin. Həqiqətən, bədbəxt
o şəxsdir ki, bu dəyərli ayda ilahi əfvdən məhrum olan insandır.
56
Ey insanlar! Bu ay ərzində cənnətin qapıları üzünüzə açıqdır. Rəbbinizdən
diləyin ki, onu üzünüzə bağlamasın. Cəhənnəmin qapıları isə bağlıdır. Rəbbinizdən
onu sizin üzünüzə açmamasını istəyin. Bu ayda şeytanlar da zəncirlənmiş olur.
Rəbbinizdən onların sizə (qəlblərinizə) hakim olmasına imkan verməməsini də
diləyin.
Ey insanlar! Aranızdan kim bu ayda əxlaqını (xasiyyətini, davranışlarını)
gözəlləşdirərsə, bu addımı sirat körpüsündə ayaqların əsdiyi gün onun sərbəst
keçməsini təmin edər. Kim bu ayda tabeçiliyində olanlara (ailə üzvləri,
qulluqçuları və s. ilə) güzəşt edərsə, Allah (c.c.) da sınaq əsnasında ona güzəşt
edər. Kim bu ayda insanları incitməkdən çəkinərsə, Allah (c.c.) da hüzuruna
çıxdığı gün ona qarşı qəzəbli davranmaqdan çəkinər. Kim bu ayda yetimlərə qayğı
və nəvazişlə davranarsa, ilahi görüşün gerçəkləşəcəyi gün Allah (c.c.) da onu əziz
tutar. Kim bu ayda qohumları ilə əlaqəni kəsərsə, Allah (c.c.) da onun qarşısına
çıxacağı gün mərhəmətini ondan əsirgəyər. Kim bu ayda Qurandan bir ayə
oxuyarsa, onu başqa aylarda Quranı başdan sona oxuyan şəxsin mükafatı
gözləyir”.
İmam Əli (ə) buyurur: “Nə çoxdur elə oruc tutanlar ki, orucları onlara
susuzluqdan başqa bir şey qazandırmır. Nə çoxdur elə namaz qılanlar ki,
ibadətlərindən yorğunluqdan başqa bir şey əldə etmirlər”.
İmam Sadiq (ə) isə buyurur: “Oruc tutarkən qulağını, gözünü, tüklərini,
dərini və bütün digər əzalarını da qoru!” Ondan nəql olunan başqa bir hədisdə də
belə oxuyuruq: “Oruc yalnız yemək və içməkdən imtina etmək demək deyil. Oruc
tutarkən dilinizi yalandan, gözünüzü Allahın baxmağı haram etdiklərindən
qoruyun. Bir-birinizə düşmən kəsilməyin, bir-birinizin paxıllığını çəkməyin,
qeybət etməyin, bir-birinizə xoşagəlməz sözlərlə müraciət etməyin, haqsızlıq
etməyin. Hərbə-zorbalıqdan, yalandan, düşmənçilikdən, bədgümandan, qeybətdən,
söz gəzdiricilikdən (ara vurmaqdan) çəkinin. Axirət həyatınızın qayğısını çəkin,
Allahın sizə vəd etdiklərinin intizarını çəkin, ilahi görüşə özünüzü hazırlayın.
57
Mətin, vüqarlı, təvazökar olun, özünüzü sahibindən (üzünə ağ olmaqdan) qorxan,
eyni zamanda onun əfvinə ümid bəsləyən qullar kimi aparın”.
1
Burada orucla bağlı öz əksini tapacaq bir sıra sual-cavablardan öncə İslamın
bu önəmli göstərişi ilə bağlı bəzi şəriət hökmlərini xatırlatmağı məqsədəuyğun
hesab edirik:
Məsələ 98. Orucu batil edən hərəkətlərdən biri də qəsdən (şüurlu surətdə)
yemək və içməkdir. Beləliklə, oruc tutan qəsdən deyil, oruc olduğunu unudaraq
qida qəbul edərsə, orucu doğru sayılır və buna görə heç bir cəza almır.
Məsələ 99. Ramazan ayında orucu pozan hallardan biri də sübh azanınadək
cənabətli halda qalmaqdır. Buna əsasən, cənabətli şəxs ramazan ayında gecəni
cənabətli halda başa vuraraq qəsdən sübh azanınadək qüsl almazsa, ma fiz-zimmə
(şəriətin üzərinə qoyduğu vəzifə) niyyəti ilə həmin günü oruc olaraq başa
vurmalıdır. Lakin əhvət (ən ehtiyatlı) nəzərə əsasən, həmin günü oruc niyyəti ilə
orucu pozan hallardan çəkinərək başa vurmaqla yanaşı başqa bir gün də həmin
günün orucunun qəzası və cəzası niyyəti ilə oruc tutmalıdır. Xəstəliyi səbəbi ilə
qüsl ala bilməyən xəstə isə sübh azanınadək təyəmmüm alarsa, paklanmış sayılır
və orucunu tutmalıdır.
Məsələ 100. Ramazan ayında orucu batil edən hallardan daha biri isə heyz
və ya nifas günləri bitən (qanaxması kəsilən) qadının sübh azanınadək heyzli və ya
nifaslı halda qalaraq qüsl almaq imkanı olduğu halda qüsl almamasıdır. Beləliklə,
sübh azanınadək fürsəti olduğu halda gecəni qüsllü halda başa vurarsa, öncəki
məsələdə cənabətlə bağlı açıqlanan hökm ona da şamil olunur. Qüsl almaq imkanı
olmadığı halda isə təyəmmüm etməlidir.
Məsələ 101. Daha yaxşı olar ki, oruc tutan şəxs ağız boşluğuna gələn
bəlğəmi udmasın. Hərçənd, ağız boşluğuna toplanan tüpürcək (həcmindən asılı
olmayaraq) kimi bəlğəmi də udmaq orucu pozmaz.
1
Bu və digər hədislərlə tanış olmaq üçün müfəssəl hədis mənbələrinə, o cümlədən Şeyx Abbas Quminin “Məfatih
əl-cinan” əsərinə (səh. 235-238) müraciət edin.
58
Məsələ 102. Oruc əsnasında gün ərzində baş verən ehtilam (pollyusiya,
şeytanı olmaq) halı orucu pozmur. Möhtəlim olan şəxs namaz qılmaq üçün cənabət
qüslü almalıdır, orucuna isə bu hal təsir etmir.
Məsələ 103. Oruc tutan fırçalama əsnasında ağız suyuna qarışan məcun
maddəsini udmadıqca diş fırçası və məcunu ilə dişləri təmizləmək də orucu batil
edən hallardan deyil. Ağız suyunda əriyib həll olan cüzi miqdardakı məcun qalığı
isə oruca təsir etmir.
Məsələ 104. Əgər müsəlman gecə və gündüzün hər birinin altı ay davam
etdiyi bir ölkədə yaşayarsa, ona vacibdir ki, istər ramazan ayında, istərsə ramazan
orucunun qəzasını tutmaq üçün başqa bir ayda oruc tuta biləcəyi bir ölkəyə köçsün.
Köçmək imkanına sahib olmadığı halda isə oruc əvəzinə fidyə verməlidir. Bu fidyə
hər gün müqabilində bir yoxsula bir müdd (750 q.) təamdan ibarətdir.
Məsələ 105. Əgər müsəlman ilin bəzi günlərində gündüzün 23 saat, gecənin
isə 1 saat sürdüyü, yaxud əksinə gecənin 23 saat, gündüzün isə 1 saat davam etdiyi
bir ölkədə yaşayarsa, ramazan ayında oruc tutmaq iqtidarında olduğu halda oruc
tutması vacibdir, əks təqdirdə isə vacib deyildir. Gələcəkdə (yaxud ilin digər
günlərində) başqa bir ölkəyə köçməklə olsa belə, oruc tutmaq imkaına sahib olarsa,
həmin orucların qəzasını tutması vacib, bu (orucların qəzasını tutmaq) da mümkün
olmadığı təqdirdə isə oruc qarşılığında (öncəki məsələdə göstərilən qaydada) fidyə
verməlidir.
İndi isə gəlin orucla bağlı Həzrət Ayətullah əl-uzmaya ünvanlanan bir sıra
suallara cavab olaraq verilən fətvalarla tanış olaq:
Məsələ 106. Bəzi insanlar öz vətənlərindən imtina etmədən müəyyən bir
məqsədi gerçəkləşdirmək üçün bir neçə il qalmaq niyyətilə başqa bir ölkəyə
köçürlər. Həmin məqsədi gerçəkləşdirdikdən sonra isə istədikləri yeri özlərinə
vətən seçmək (məskunlaşmaq) üçün o ölkəni tərk edirlər. Həmin insanlar
namazlarını necə qılmalıdırlar? Oruc tutmalıdırlarmı?
Cavab: Orada namazlarını bütöv qılmalı, oruclarını isə öz vətənlərində oluğu
kimi məskunlaşdıqdan bir ay keçdiyi vaxtdan etibarən tutmalıdırlar.
59
Məsələ 107. Avropa ölkələrində fəaliyyət göstərən rəsədxanaların il ərzində,
eləcə də ramazan ayında fəcr (sübh azanı), günün çıxması, zöhr, qürub kimi ibadət
saatlarının təyin edilməsi ilə bağlı hesablamalarına əsaslana bilərikmi? Nəzərə
almaq lazımdır ki, həmin hesablamalar elmi əsaslara söykənir və saniyələrə qədər
dəqiq vaxt ölçüləri əsasında aparılır.
Cavab: Həmin hesablamaların doğruluğuna arxayınlıq hasil olduğu təqdirdə
onlara müvafiq şəkildə hərəkət etmək olar. Fəcr zamanının təyin olunması
xüsusunda orada, xüsusilə də bəzi Avropa ölkələrində fərqli hesablamalar mövcud
olduğundan doğru rəyə əməl etməyə çalışmaq lazımdır.
Məsələ 108. Bəzi ölkələrdə günəş günlərlə çıxmır, yaxud batmır. Həmin
ölkələrdə namaz və oruclarımız necə olacaq?
Cavab: Namaz xüsusunda, vacib ehtiyata əsasən, hər sutka ərzində günəşin
çıxıb batdığı ən yaxın məntəqəni nəzərə almalı, gündəlik beş vaxt namazı həmin
məntəqənin namaz vaxtlarına müvafiq qaydada qılmalısınız. Oruca gəlincə isə
ramazan ayında bu dəyərli ayın orucunu, yaxud daha sonra onun qəzasını tuta
biləcəyiniz başqa bir ölkəyə köçməyiniz vacibdir.
Məsələ 109. Qeyri-müsəlman ölkəsində yaşayan bir müsəlman ramazan
ayında (gündüz saatlarında) müsəlman olmayan bir şəxsi yeməyə qonaq edə
bilərmi?
Cavab: Öz-özlüyündə eybi yoxdur.
Məsələ 110. Tənəffüsü asanlaşdıran süni tənəffüs spreylərinin istifadəsi
orucu pozurmu?
Cavab: Spreyin sıxdığı qaz halındakı maddə qida borusu ilə deyil, tənəffüs
yolu ilə bədənə daxil olarsa, orucu pozmur.
Məsələ 111. Xəstənin zəruri ehtiyacı olub-olmamasından asılı olmayaraq
damara inyeksiya olunan (iynə ilə vurulan) serum orucu pozurmu?
Cavab: Hər iki halda (zəruri ehtiyac olsa da, olmasa da) orucu pozmur.
Məsələ 112. Mübarək ramazan ayında gündüz saatlarında istimna
(masturbasiya, yaxud onanizm) ilə məşğul olmaq orucu pozurmu? Məninin
(spermanın) ifraz olunduğu və olunmadığı hallarla bağlı hökmü açıqlamağınızı
60
xahiş edirik. Bu xoşagəlməz işlə məşğul olanlara hansı kəffarə tətbiq olunur? Bəs
mübarək ramazan ayında oruc əsnasında masturbasiya ilə məşğul olan qadınlarla
bağlı hökm (məni ifraz olunduğu və olunmadığı halda) nədən ibarətdir?
Cavab: Əgər məni ifraz etmək məqsədilə istimna edərsə və məni də ifraz
olarsa, orucu batil olur və həmin orucun qəzası ilə yanaşı kəffarəsini də (iki ardıcıl
ay oruc tutmaq və altmış yoxsulu yedirtmək) icra etməlidir.
Məni ifraz etmək məqsədilə istimna edərsə, lakin məni ifraz olmazsa, mütləq
qürbət qəsdi (istənilən halda Allaha yaxınlaşmaq niyyəti) ilə orucunu başa
çatdırmalı, ramazan ayından sonra isə həmin günün orucunun qəzasını tutmalıdır.
Lakin məni ifraz etmək niyyəti olmadan istimna edərsə və adətən də etdiyi
hərəkət nəticəsində məni ifraz olmazsa, ancaq bununla belə məninin ifraz ola
biləcəyini ehtimal edərsə və təsadüfdən həmin hərəkət nəticəsində məni ifraz
olarsa, ona yalnız həmin günün orucunun qəzasını tutmaq vacibdir.
Etdiyi hərəkət nəticəsində orqanızmındən məni ifraz olunmayacağına əmin
olmasına rəğmən, məni ifraz olduğu halda isə həmin orucun qəzasını da tutması
vacib deyil.
Bütün bu hallarla bağlı hökmlərdə kişi ilə qadın arasında heç bir fərq
yoxdur.
Məsələ 113. Bir mömin sübh azanınadək cənabətli halda qalmağın orucu
pozduğunu bilmədən həmin vəziyətdə oruc tutarsa, nə etməlidir?
Cavab: Cənabətli halda qalmağın orucu pozmadığına əmin olduğu, yaxud
ümumiyyətlə, bu məsələyə diqqət yetirmədiyi halda yalnız qəza orucu tutmalıdır,
kəffarə isə ona vacib deyil.
Məsələ 114. Yer kürəsinin şərqində hilal (burada: yeni ayın başlaması) təsbit
edilərsə, qərbdə də ay daxil olmuş sayılırmı? Həmçinin, Amerikada yeni ay
görüldüyü halda, Avropada da yeni ay başlamış sayılırmı?
Cavab: Əgər şərqdə ayın başlaması sübuta yetərsə, nəzərdə tutulan iki
məntəqə arasında coğrafi enlik fərqi kifayət qədər böyük olmadığı halda qərbdə də
ay başlamış sayılır. Qərbdə ayın görünməsi ilə isə yalnız nəzərdə tutulan iki
məntəqənin coğrafi enlik etibarilə kifayət qədər yaxın olub coğrafi uzunluq
61
etibarilə də aralarındakı məsafənin 880 km-dən artıq olmadığı hallarda şərqdə də
ay başlamış sayılır.
Məsələ 115. Günah sayılan işlərlə orucu qəsdən pozmağın kəffarəsini bəzi
fəqihlər hər üç kəffarənin icrasından ibarət olduğunu göstərirlər. Quldarlıq
münasibətlərinin mövcud olmadığı və nəticədə qul azad etməyin mümkün
olmadığı bu dövrdə nə etmək lazımdır?
Cavab: Qul azad etmək kəffarəsi mümkünsüz olduğu şəraitdə qüvvədən
düşmüş sayılır. Bundan əlavə qeyd etmək lazımdır ki, bizim nəzərimizə görə
ramazan ayında oruc haram sayılan işlərlə pozulduğu halda da hər üç kəffarənin
deyil, onlardan birinin icrası vacibdir.
“Minhac əs-salihin” risaləsində göstərilir ki, yeni ayın daxil olması ya hilalın
(ayparanın) görünməsi, yaxud insanlar arasında etimad olunacaq bir xəbər olaraq
yayılması nəticəsində sübuta yetmiş sayılır. Həmçinin, sözügedən risalənin 1044-
cü məsləsində oxuyuruq ki, eyni üfüqə malik olan iki şəhərdən birində ayın
görünməsi ikincisində də yeni ayın başlamasının təsbiti üçün kifayətdir. Belə ki,
həmin şəhərlərdən birində ay görünmüşsə, bu o deməkdir ki, ikinci şəhərdə də
bulud, duman, dağ, yaxud başqa bir əngəl olmasaydı, ay görünməli idi. Bununla
bağlı bir sıra sualları cavablandırmağı da məqsədəuyğun hesab edirik:
Məsələ 116. İran, Əhsa, Qətif (sonuncu ikisi Səudiyyə Ərəbistanı Krallığının
şərq əyalətlərindəndir), digər Fars körfəzi ölkələri, habelə İraq, Suriya və Livanda
hilalın görünməsi bulud və çən olmadığı halda Britaniya, Fransa və Almanya kimi
ölkələrdə də görünə bilməsi anlamına gəlirmi?
Cavab: Bəli, coğrafi enlikləri arasında fərq kifayət qədər böyük olmadığı
təqdirdə bir məntəqədə ayın görünməsi ondan qərbdə yerləşən məntəqələrdə də bir
əngəl olmadığı halda ayın görünməli olduğu (başqa sözlə yeni ayın başlaması)
deməkdir.
Məsələ 117. Şərqdə ayın görünməsi ilə qərbdə də ayın görünmüş (başlamış)
sayılması fərziyyəsini nəzərə alaraq, şərq ölkələrində yaşayan bəzi alimlərin
nəzərincə ayın başlaması qərbdə yaşayan və havanın aydın olmaması kimi əngəllər
62
səbəbi ilə hilalı öz gözü ilə görə bilməyən bir müsəlman üçün sübut hesab edilə
bilərmi?
Cavab: Bu hal (bəzi şərqli alimlərə görə ayın başlaması) onun üçün və eləcə
də digər qərbli müsəlmanlar üçün ayın başlamasını sübut edən dəlil hesab edilə
bilməz. Lakin onların rəyincə ayın başlaması onda ayın başqa yerlərdə də
görünməsinə dair arxayınlıq yaradarsa, yaxud əksinin iddia olunmadığı (hətta
ehtimal belə edilmədiyi) bir dəlil ortaya qoyularsa, əmin olduğuna istinadən
hərəkət edə bilər.
Məsələ 118. Bəzi şərq ölkələrində bir sıra alimlərin ayı müşahidə edənlərin
təsbitinə istinadən hilalın göründüyü xəbəri elan edilir. Beləliklə:
1 – sayı bəzən 30 nəfərdən artıq olan həmin şahidlərin müxtəlif şəhərlərdə
(məsələn, 2-si İsfahanda, 3-ü Qumda, 2-si Yəzddə, 4-ü Küveytdə, 5-i Bəhreyndə,
2-si Əhsada, 6-sı Suriyada və s.) müşahidələr apardıqlarını;
2 – bəzi qərb ölkələrində də üfüqün aydın olduğunu və orada yaşayan
möminlərin də əngəl olmadan ayı görmək imkanına sahib olduqlarını;
3 – Britaniya rəsədxanasının isə həmin gecə hilalı açıq gözlə (teleskopsuz)
görməyin mümkünsüz olduğunu, bunun yalnız növbəti gecə mümkün ola
biləcəyini elan etməsini nəzərə alaraq belə bir vəziyyətlə bağlı hökmü
açıqlamağınızı xahiş edirik.
Cavab: Bu xüsusda mötəbər sayılan təsbit insanın özünün hilalı görməsi,
yaxud ayın görünməsinin onun üçün əksinin iddia olunmadığı bir dəlillə sübuta
yetməsidir. Lakin sözügedən halda və eləcə də bənzər durumlarda ayın üfüqdə açıq
gözlə görünə biləcək şəkildə müşahidə edilməsinə dair arxayınlıq hasil olmur,
bəzən isə hətta tamamilə əksinə, şahidlərin müşahidəsinin göz xətası olmasına dair
arxayınlıq hasil olur.
Dostları ilə paylaş: |