201
onun əməli aspektləri işığında insan ruhunun tərbiyə və mənəvi paklanması
prinsipləri nəzərə alınaraq hazırlanması olduqca önəmlidir.
Biz də bu prinsipi əsas tutaraq əlinizdəki əsərin hər bir fəslində, bu və ya
digər bir məsələdə üstün mənəvi dəyərlərin bir qisminə, İslamın təklif etdiyi
təqdirəlayiq həyat yoluna aydınlıq gətirməyə çalışmış, bu məqsədlə bizi onlara
doğru çağıran Qurani-Kərimin ayələrindən ilham alaraq, bu dəyərlərə və həyat
yoluna sarı təşviq edən hədisi-şəriflərə istinad etmişik ki, bununla iki elm - əxlaq
və fiqh arasında uzlaşmaya nail ola bilək. Bundan öncə də, “
əl-Fətava əl-
müyəssərə”
(Sadələşdirilmiş fətvalar) əsərinin qələmə alınmasında sözügedən iki
elm (əxlaq və fiqh) arasında düşüncə və əməl mərhələsində uzlaşmanın reallığını
dərk edərək, həmçinin bu uzlaşmanın müsəlmanların (xüsusilə də qürbət ölkələrdə
qeyri-müsəlmanlar xalqların nümayəndələrinin arasında yaşadıqları halda)
gündəlik həyatlarında öz əksini tapmasına çalışaraq bu məqsədi sınaqdan
keçirmişik. Ümidvarıq, məqsədimizə bir
qədər də olsa, nail ola bilmişik.
Sonda Rəbbimizin yardımına ümid bağlayaraq ondan səylərimizi qəbul
etməsini diləyirik. O, mərhəmətlilərin ən mərhəmətlisidir. Həmd olsun Aləmlərin
Rəbbi olan Allaha! Allahın salamı olsun sərvərimiz Həzrət Məhəmmədə və onun
pak soyuna!
Dostları ilə paylaş: