Bakı – 2016 İxtisasın adı: Heyvandarlıq mütəxəssisi Modulun nömrəsi


  Torpaqların əkinə hazırlanması üçün maşınlar



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə38/102
tarix10.01.2022
ölçüsü5,31 Mb.
#82784
1   ...   34   35   36   37   38   39   40   41   ...   102
kand-tasarrufati-masin-va-avadanliqlari

2.5  Torpaqların əkinə hazırlanması üçün maşınlar 
Kənd  təsərrüfatında  istifadə  üçün  əkinə  yararlı  torpaq  ərazilərinin  əhatə 
dairəsini  genişləndirmək  məqsədilə  bir  sıra  meliorativ  işlərin  yerinə 
yetirilməsi  ilə  bu  tapşırığın  öhdəsindən  gəlmək  mümkündür,  belə  ki,  bu 
məqsədlə  bataqlıq  ərazilərin  qurudulması,  kol-kos  basmış  ərazilərin 
təmizlənməsi,  sahələrin  daş  və  ağac  kötüklərindən  təmizləməsi  ilə  əkinə 
yararlı sahələrin sayını çoxaltmaq olar.  
Yararsız torpaqların yararlı hala salınması və torpağın ilkin becərilməsi üçün 
xüsusi olaraq bu məqsədlər üçün hazırlanmış maşınlardan istifadə edilir. Bu 
maşınlar aşağıdakı qruplara bölünür: kol-kos kəsən maşınlar, kötük çıxaran 
maşınlar, daş yığan maşınlar, drenaj maşınları, kolluq-bataqlıq kotanları, ağır 
malalar və kənd təsərrüfatı katokları.  
 
 
 


38 
 
 
 
 
 
 
 
 
Kol-kos  kəsən  maşınların  vəzifəsi  sahələri  kol-koslardan  və  xırda 
ağaclıqlardan təmizləməkdir. Bunun üçün fəal və qeyri-fəal işçi orqanlarından 
istifadə edilir. Fəal işçi orqanlı kolkəsəndə bıçaqlar V şəkilli formada laydıra 
bərk  bağlanır.  Traktor  hərəkət  edərkən  bıçaqlar  kol-kosu  kəsir,  laydır  isə 
bıçağın  kəsdiklərini  kənara  itələyir.  İkinci  tip  (qeyri-fəal)  kolkəsənlərdə  bir 
neçə bıçaq bir oxda yerləşir və ağacın (kolun) gövdəsi üfüqi müstəvidə irəli-
geri hərəkət edən bıçaqlarla kəsilir.  
Kötükçıxaranların 
vəzifəsi 
ağac 
kötüklərini 
çıxarıb 
sahələrdən 
uzaqlaşdırmaqdır. 
 
 
Kötükçıxaranların işçi avadanlığının əsas hissələri bunlardır:  
1) Universal çərçivə; 
2) Laydır; 
3) Laydıra bağlanan dişlər; 
4) Hidrosilindr. 
 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə