Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Elektromaqnit sahəsinə qarşı görülən tədbirlər



Yüklə 137,16 Kb.
səhifə50/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Elektromaqnit sahəsinə qarşı görülən tədbirlər .
Elektromaqnit təhlükəsizliyi Mərkəzi (Moskva) aşağıdakı tədbirləri hazırlamışdır.
1. Ekranın aşağı səviyyəsi gözlərin səviyyəsindən 20 sm-dən aşağıda, ekranın yuxarı kənarının səviyyəsi isə alın hündürlüyündə olmalıdır
2. Klaviaturun hündürlüyü elə nizamlanmalıdır ki, istifadəçinin barmaqları horizontal vəziyyətdə olsun. 3. Kreslonun söykənəcəyi istifadəçinin kürəyinə dayaq olmalıdır.
4. Omba ilə onurğa arasında bucaq 900 olmalıdır.
5. Otaqda rütubətliyi yüksəltmək lazımdır; çiçək dibçəklərini, akvariumu kompüterdən 1,5 m radiusunda yerləşdirməlidir; optimal rütubətliyin 210C temperaturda 60% olması məsləhətdir.
6. Yaşlı istifadəçinin monitor ekranı arxasında iş vaxtının tam uzunluğu (adi monitor qoruyucu ekranla) 8 saatlıq iş günündə 4 saat olmalıdır.
7. Hər iş saatının sonunda 5 dəqiqəlik, 2 saatdan sonra 15 dəqiqəlik fasilə etməli, monitoru söndürüb iş yerini tərk etməlidir.

Hər 40-45 dəq. işdən sonra idman fasiləsində gözləri saat əqrəbi istiqamətində və əksinə çevirməli, əl üçün sadə gimnastika hərəkətləri yerinə yetirmək lazımdır. Həkimlər həyəcan təbili çalaraq, qeyd edirlər ki, uşaqların kompüterlə aludə olması onların görmə qabiliyyətini pisləşdirir, məktəbdə onların kompüterlə məşğul olması da, izsiz-əlamətsiz qalmır – uzağı görməmə əlaməti, uşaqlarda 1-ci sinifdən 10-cu sinifə qədər 10 dəfədən də çox artır, təhsilin sonunda 11-ci sinifdə hər dörd uşaqdan biri uzağı görməkdən əziyyət çəkir. Aşağı keyfiyyətli displeydən istifadə etdikdə v ə otağın düzgün işıqlanmamasından yeniyetmələrdə il ərzində dioptrinə (optik şüşə) qədər görmə qabiliyyətinin itirilməsi qeydə alınmışdır



Mövzu 29 Kütləvi qırğın silahlarının ətraf mühitə təsiri

Plan:
1. Kütləvi qırğın silahlarının ətraf mühitə təsirinin ekoloji nəticələri
2. Müharibələrin ətraf mühitə təsiri
3. Nüvə silahlarının ətraf mühitə təsiri

Kütləvi qırğın silahlarının ətraf mühitə təsiri və ekoloji nəticələri. Bütün hərbi əməliyyatlar ətraf təbii mühitə böyük ziyan yetirir, onlar xüsusən böyük ərazilərdə uzun müddət ərzində aparılarsa, daha çox zərər vurur. Lakin düşmən müasir dağıdıcı vasitələrdən istifadə edərsə, qısa müddətli hərbi konfliktlər də olduqca ağır ekoloji vəziyyət yarada bilər. İndiki dövrdə kütləvi məhvedici silahlar (nüvə, kimyəvi, bakterioloji) böyük dağıdıcı potensiala malikdir. Nüvə silahları böyük qüvvəyə və müxtəlif dağıdıcı (ziyanverici) təsirlərlə səciyyələnir. Bu, ətraf mühitə zərbə dalğası, işıq şüalanması, yayılma radiasiyası, radioaktiv zədələmə və elektromaqnit impulsu təsirləri ilə təyin olunur. Nüvə müharibəsi haqqında aşağıda geniş məlumat veriləcək. Kimyəvi silahlar – insanı və digər canlı orqanizmləri, biotanı hərbi zəhərləyici maddələrin (qazların, maye və ya bərk maddələrin) köməyilə zəhərləmək məqsədi daşıyır. Onlardan raket, mina, mərmi, bomba və ya təyyarədən tozlama vasitələrindən istifadə edilir. Vyetnamda hərbi zəhərləyici maddələrdən əsasən defoliant (herbisid) şəklində istifadə edilmişdir, bu, bitkilərin yarpaqsızlaşmasına və geniş ərazilərdə onların tamamilə məhvinə səbəb olmuşdur, bu isə əlbəttə, bütün təbii ekosistemlərə mənfi təsirini göstərmişdir. ABŞ ordusunun Vyetnama 100 min tondan artıq defoliant (herbisid) səpməsi nəticəsində ölkəinin meşələrinin 12%-i, manq sahələrinin 40%-i və k ənd təsərrüfatı sahələrinin 5%-dən çoxu məhv edilmişdir. 150 quş növündən cəmi 18-si qalmış, həşəratların demək olar ki, hamısı sıradan çıxmış, bir çox bitkilər bioloji növ kimi məhv olmuşdur. 1,6 mln vyetnamlıların sağlamlığına bilavasitə zərər dəymişdir. 7 mln-dan artıq insan kimyəvi silahlardan istifadə edilmiş rayonları tərk etmişdir (N.F.Reymers, 1990). Amerika akademiyası hesabatının müəllifləri Vyetnam və Kambocada hərbi maddələrdən kütəvi istifadə edilməsi ilə əlaqədar bitki örtüyünə dəyən neqativ nəticələri, yalnız on illərdən bəlkə də yüz ildən sonra aradan qaldırmaq olar
İnsanları kütləvi qırmaq üçün istifadə edilən bakterial vasitələr (bakteriya, viruslar və s.), zəhərlər (toksinlər) bakterioloji (bioloji) silahlar adlanır.


Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə