Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   13   14   15   16   17   18   19   20   ...   81

Bu  qanun  ətraf  mühitin  keyfiyyətinin  yaxşılaşdırılması,  təbii  ehtiyatların    səmərəli 
istifadəsi  və  bərpası,  ətraf  mühitin  mühafizəsi  sahəsində  qanunçuluğun  və  hüquq  qaydalarının 
möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tənzimləyir.  
Qanuna  müvafiq  olaraq  təbii  ehtiyatlardan  istifadə  və  ətraf  mühitə  təsirlə  bağlı  hər  bir 
fəaliyyət  dövlət  ekspertizasından  və  müntəzəm  nəzarətdən  keçməli,  ətraf mühitə  neqativ təzyiqlər 
vaxtında  müəyyənləşdirilərək, təbiəti  mühafizə  norma və  qaydalarına uyğunlaşdırılmalıdır. Bunun 
üçün həyata keçirilən hər bir fəaliyyətin ekoloji təhlükəlilik səviyyəsi müəyyən olunmalı, fəaliyyət 
növlərinin  layihələndirilmə  mərhələsində  təbiəti  mühafizə  qanunvericiliyinə,  sanitar  norma  və 
qaydalarına    müvafiqliyi  araşdırılmalı,  ətraf  mühitə  neqativ  təsirlərin  ləğvinə  və  azaldılmasına 
yönəldilmiş tədbirlər müəyyən olunmalıdır. 
Azərbaycan    Respublikası  ərazisində  hər  hansı  fəaliyyət  növünü  həyata  keçirən  struktur 
vahidləri  dövlət  ekoloji  ekspertizasının  rəsmi  rəyinin  icrasına  görə  qanunvericiliyə  uyğun  surətdə 
məsuliyyət  daşıyırlar.  Göstərilən  rəylərə  zidd  olan  qərarlar  etibarsız  sayılır  və  qanunçuluq 
çərçivəsində məsuliyyətə cəlb olunur. 
 «Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və  obyektləri  haqqında»  Qanun  (2000)  spesifik 
sahələrin  mühafizə və istifadə olunmasını  tənzimləyir və onların statusunu müəyyən edir. 
«Ekoloji  təhlükəsizlik  haqqında»  Qanunun  məqsədi  insanların  həyatını  və  sağlamlığını, 
cəmiyəti,  onun  maddi  və  mənəvi  dəyərlərini,  ətraf  mühiti,  o  cümlədən,  atmosfer  havası,  kosmik 
fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləminin təbii və antropogen 
amillərin  təsiri  nəticəsində  yaranan  təhlükələrdən  qorumaq  üçün  hüquqi  əsasların  müəyyən 
edilməsidir.  Ekoloji  təhlükəsizliyin  təmin  edilməsi  məqsədilə  aşağıdakı  fəaliyyətlərə 
məhdudiyyətlər qoyulur: 
  Dövlət  ekoloji  ekspertizasının  müsbət  rəyi  olmadan,  habelə  həyata  keçirilməsi  üçün  
qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  xüsusi  icazə  tələb  olunduğu  hallarda,  belə 
icazəsi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən fəaliyyətə; 
  Ağır ekoloji nəticələrə səbəb ola bilən fəaliyyətə; 
  Ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan fəaliyyətə. 
 
Təhlükəli  ekoloji  vəziyyətlərin,  o  cümlədən,  onların  gələcək  nəticələrinin  tam  həcmdə    aradan 
qaldırılması üçün  maliyyə mənbələri aşağıdakılardan ibarətdir: 
  Təhlükəli ekoloji vəziyyət  yaranmasında təqsirkar olan təsərrüfat subyektlərinin vəsaiti; 
  Təhlükəli ekoloji vəziyyətin yaranması nəticəsində ətraf mühitə vurulan zərərə görə sığorta 
ödəmələri; 
  Qrantlar və beynəlxalq qurumların maliyyə yardımı. 
 
  «Əhalinin  radiasiya  təhlükəsizliyi  haqqında»  Qanunda  istehsal  obyektlərinin  istismarı 
zamanı  radiasiya  təhlükəsizliyini  təmin  edən  tələblər  və  bu  tələblərin  təmin  edilməsində  dövlət 
siyasətinin əsas istiqamətləri göstərilir, ionlaşdırıcı şüa mənbələri istifadə olunan sahələrdə işçilərin 


və  əhalinin  təhlükəsizliyini  təmin  edən  ekoloji  normativlər  və  qəza  zamanı  əhalinin  səhhətinə, 
əmlakına və həyatına dəymiş ziyanın ödənilməsi hüquqları müəyyən edilir. 
«Sanitar  epidemioloji    təhlükəsizlik  haqqında»  Qanunda  –  sanitar-epidemioloji 
təhlükəsizliyin  təmin  olunması  sahəsində  vətəndaşların  və  dövlət  nəzarət  orqanlarının  hüquq  və 
vəzifələri,  sanitar-gigiyenik  norma  və    normativlərin  müəyyən  edilməsinin  əsas  prinsipləri 
göstərilir,    obyektlərin  və  digər  təsərrüfat    fəaliyyətlərinin  layihələndirilməsi,  tikintisi  və  istismarı 
zamanı sanitar-epidemioloji təhlükəsizliyin qanunvericilikdə nəzərdə tutulmuş tələbləri təyin edilir.  
«Atmosfer havasının qorunması haqqında» Qanunda atmosferə fiziki və kimyəvi təsirlərin 
idarə  edilməsi  məsələləri  müəyyən  olunur,  atmosferə  zərərli  təsirlərin  dövlət  uçotunun  təşkili, 
atmosfer  havasının  mühafizəsinə  nəzarətin  təmin  edilməsi,  atmosferin  çirklənməsi  ilə  əlaqədar 
meydana çıxan mübahisəli məsələlərin həlli üçün hüquqi əsaslar müəyyən edilir. 
 Əhalinin,  iqtisadiyyat  və  təsərrüfat  sahələrinin  suya  olan  tələbatını  ödəmək,  su  
sərvətlərinin qorunması və sudan  istifadəni tənzimləmək üçün su mühafizə qanunçuluğu müəyyən 
edilmiş,  «Su  məcəlləsi»,  «Su  təchizatı  və  tullantı  suları  haqqında»  və  «Meliorasiya  və  irriqasiya 
haqqında» Qanunlar fəaliyyət göstərir. 
«Heyvanat  aləmi  haqqında»  Qanun  heyvanat  aləminin  mühafizəsi,  artırılması  və  ondan 
istifadənin  əsas  müddəalarını  müəyyən  edir.  Bu  qanun  heyvanat  aləmindən  istifadəyə 
məhdudiyyətləri,  qadağaları,  heyvanların  sayının  tənzimlənməsinin  hüquqi  əsaslarını,  bu  sahədə 
qanunçuluğun  pozulmasına  görə  məsuliyyətin  və  mübahisəli  məsələlərin  həlli  prinsiplərini 
müəyyən edir. 
«Radioaktiv tullantılar haqqında»  və  «İstehsalat və  məişət tullantıları  haqqında» Qanunlar 
ətraf  təbii  mühitin  tullantılarla  çirklənməsinin  qarşısını  almaq,  tullantıların  zərərsizləşdirilməsi  və 
yerləşdirilməsi qaydalarını tənzimləyir.  
 «İstehsalat  və  məişət  tullantıları  haqqında  Qanun»  Azərbaycan  Respublikasında  insan 
fəaliyyəti nəticəsində əşya və maddə şəklində əmələ gələn istehsalat və məişət tullantılarından ətraf 
mühitin  qorunması,  onların  təhlükəli  təsirinin  azaldılması,  təbiətdə  ekoloji  tarazlığın  təmin 
edilməsi,  tullantıların  təkrar  xammal  kimi  istifadəsi  sahəsində  dövlət  siyasətini  müəyyən  edir, 
zərərli qazlar, çirkab suları və radioaktiv tullantılar istisna olmaqla, tullantılarla bağlı münasibətləri 
tənzimləyir. 
İstehsal  prosesində  hüquqi  və  fiziki  şəxslər  aşağıda  göstərilən  bir  sıra  tələblərə  əməl 
etməlidir: 
   İstehsal  prosesində  yaranan  tullantılar  inventarlaşdırmalı  və  bu  barədə,  eləcə  də 
tullantıların  dövriyyəsi  haqqında  müvafiq  icra  hakimiyyəti  orqanına  məlumat 
verilməlidir; 
  Tullantılarla bağlı  istehsalat  nəzarəti həyata keçirilməlidir. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə