Göyçəli
qarqış edir atamıza.
1416
Atamız qıymadı heç bir serçəyə,
Çünkü haqq vermədi çənlibelçiyə;
Düşmənə qarşı çıxmadı küçəyə,
Dedi Nəsimi təkin savaşa dal!
(Rus siyasəti)
“Misri” qılıncı sat, taxta qılınc al!
(Polad qılıncı sat, taxta qılınc al!)
1417
Atamız xəyanət etdi Göyçəyə,
Borçalını fəda etdi gürcüyə;
Etiraz üçün çıxmadı küçəyə.
Göyçəli qarqış edir atamıza,
Ki düşünək bugünkü xətamıza. <
1418
Atamız satıldı kəlləpaçaya,
(~ nisbi rifaha)
Dərbəndi satan qondarma solçuya;
Etiraz üçün çıxmadı küçəyə.
Yirmi ildir Qarabağ işqal olub,
Küçələr bomboş qalıb, evlər dolub.
1419
Atamız satıldı büryan beçəyə,
Satılmadı Zəngəzura, Göyçəyə;
Zəngəzur üçün çıxmadı küçəyə.
Yirmi ildir küçəyə çıxan yoxdur,
Qarabağın evini yıxan çoxdur.
423
Göyçəli qarqış edir atamıza.
1420
Atamız satdı Dərbəndi neçəyə?
İki qoyun ilə iki keçiyə;
Etiraz üçün çıxmadı küçəyə.
Vətənin dəyəri ölçüyə gəlməz,
Leylisiz heç bir Məcnun dağı dəlməz.
1421
İnanma qondarma liderlərinə!
Atamız dolu yağdırdı qönçəyə,
Həm də çirkini bənzətdi göyçəyə;
Etiraz üçün çıxmadı küçəyə.
Atamızın verdiyi dərsləri göm!*
Küçədə bağırmayan ağzını yum!
*- Sən də hər şeyin yenisini yarat!
(bilim, yöntəm, arac.)
Eski ölçünün təkəlindən çıxart!
(ideoloji)
Yıpradanların təkəlindən çıxart!
(inhisar)
(Köləçilərin təkəlindən çıxart!)
(Yadlaşdıranın təkəlindən çıxart!)
(Yad sözcüyünün təkəlindən çıxart!)
(Eski nəsilin təkəlindən çıxart!)
(köhnə ....)
(Yəni xalqa arazizmini arat!)
27.03.2011
424
Yurdumuzu
ancaq birlik qurtarar.
1422
Yurdsevərin həm sağı, həm də solu,
Bölünməz yurdumun hər iki qolu,
Seçə bilməzlər bambaşqa bir yolu;
Yurdsevərlik hər qolunun dinidir,
Bu səbəbdən yolları da eynidir.
1423
Yurdsevər sağ ilə yurdsevər solu,
Ayıra bilməz gələcəyin yolu,
Yoxsa ikisini də vurar dolu;
Yurdumuzu ancaq birlik qurtarar,
(Sonra seçəni seçilən “otarar”.)
1424
İdeoloju bəlli edər haqqı,
<<<
Verilməz haqlar birləşdirər xalqı,
Çünkü oynada bilməz başqa çalqı;
İdeoloju hədəfi bəlirdər,*
(yasama)
Siyasət ölmüş haqları dirildər.
(uyqulama)
(İdeoloju siyasətə hədəf bəlirdər.)
(Hədəf bəlirdən ideoloju siyasəti yönəldər.)
(Hər hədəfin və qanunun qırmızı xəttləri olar.)
*- Millətlər ilə sinifləri ölüm-dirim savaşlarına itən iqtisadı,
siyası, sosyal, kültürəl mənfəətlərinin hədəflərini
kəşf edib,
bəlirdən milli və sinfi ideolojilər gərəkən bütün davranış-
lara da yön (istiqamət) verərlər. (ardı aşağıdaki səhifədə)
425