“BANK AVRASİYA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2010-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Azərbaycan Manatı ilə)
16
Effektiv faiz dərəcəsi metodu, maliyyə öhdəliyinin amortizasiya olunmuş maya dəyərinin
hesablanılması və faiz xərci məbləğinin müvafiq dövrlər üzrə paylaşdırılmasını nəzərdə tutur.
Bu metod maliyyə öhdəliyinin nəzərdə tutulan istifadə müddəti üzrə təxmin edilən gələcək
ödəniləcək vəsaitləri və ya müvafiq olduqda, daha qısa müddət üzrə maliyyə öhdəliyinin qalıq
dəyərini dəqiq diskontlaşdıran dərəcədir.
Banklara dövlətə və digər maliyyə institutlarına ödəniləcək vəsaitlər
Banklara ödəniləcək vəsaitlər, qarşı tərəflərin pul və ya digər bənzər aktivlərin Banka ötürülməsi
zamanı tanınır. Qeyri-törəmə öhdəliklər amortizasiya olunmuş maya dəyəri ilə ölçülür. Əgər Bank öz
borcunu satın alırsa, bu öhdəlik maliyyə vəziyyəti hesabatından silinir və ödənilən vəsaitlə öhdəliyin
qalıq dəyəri arasında olan fərq mənfəət və zərər hesablarında müvafiq olaraq öhdəliklərin vaxtından
tez icra edilməsinin nəticəsi kimi təqdim edilir.
Müştəri hesabları
Müştəri hesabları fərdi müştərilərin, dövlət və özəl müəssisələrinin vəsaitlərini təmsil edir və bu
hesablar maliyyə vəziyyəti hesabatında amortizasiya olunmuş ilkin dəyər ilə tanınır.
Maliyyə zəmanəti müqavilələri
Təqdim edən tərəfin, əvvəlcədən razılaşdırılmış kreditorun müvafiq kredit sazişinin şərtlərinə uyğun
olaraq borcunu ödəyə bilməməsi nəticəsində qarşı tərəfin məruz qaldığı zərərləri qarşılamaq məqsədi
ilə qarşı tərəfə edəcəyi ödənişləri nəzərdə tutan müqaviləyə maliyyə zəmanəti müqaviləsi deyilir.
Bank tərəfindən təqdim edilən maliyyə zəmanəti müqavilələri ilkin olarq ədalətli dəyərində tanınır və
növbəti dövrlərdə, əgər əvvəlcədən xüsusilə MZHƏD şəklində planlaşdırılmayıbsa, aşağıda
göstərilənlərdən hansı daha yüksək olarsa o məbləğdə ölçülür:
•
BMUS 37 “Ehtiyatlar, Şərti Öhdəliklər və Şərti Aktivlər” standartının tələblərinə uyğun olaraq
müqavilə öhdəliyinin məbləği; və ya
•
Gəlirlərin tanınması siyasətinə müvafiq şəkildə ilkin olaraq tanınmış məbləğ çıxılsın hər hansı
məcmu amortizasiya məbləği.
Maliyyə öhdəliklərinin tanınmasına xitam verilməsi
Maliyyə öhdəliyinə yalnız bu öhdəliyin silinməsi, ləğv edilməsi və ya müddətinin başa çatması
hallarında xitam verilir. Tanınmasına xitam verilmiş maliyyə öhdəliyinin qalıq dəyəri ilə ödənilmiş
və ya ödəniləcək məbləğlərin cəmi arasındakı fərq dərhal mənfəət və zərər hesablarında tanınır.
Maliyyə aktiv və öhdəliklərin əvəzləşdirilməsi
Maliyyə aktivləri və öhdəlikləri yalnız aktiv və öhdəliklərin əvəzləşdirilməsi üçün müəyyən edilmiş
hüquq olduqda və ya eləcə də müqavilə üzrə əvəzləşdirməni aparmaq və ya eyni zamanda aktivi
realizasiya edərək öhdəliyi ödəmək niyyəti mövcud olduğu hallarda həyata keçirilə bilər. Maliyyə
aktivlərinin müvəqqəti olaraq qarşı tərəfə transfer edilməsi zamanı bu maliyyə aktivləri qarşı tərəfin
öhdəliyi ilə əvəzləşdirilmir.
“BANK AVRASİYA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2010-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Azərbaycan Manatı ilə)
17
Maliyyə lizinqləri
Maliyyə lizinqləri, aktivin mülkiyyət hüququna xas olan bütün mühüm risklərin və mükafatların
köçürüldüyü lizinqlərdir. Mülkiyyət hüququ tədricən köçürülə və ya köçürülməyə bilər. Lizinqin
əməliyyat və ya maliyyə lizinqi olması müqavilənin formasından daha çox əməliyyatın
mahiyyətindən asılıdır. Lizinqlər aşağıdakı hallarda maliyyə lizinqi kimi təsnif edilir:
İcarə müddətinin sonunda lizinq üzrə aktivin mülkiyyət hüququ icarədara verildikdə;
Aktivin mülkiyyət hüququnun köçürülməməsinə baxmayaraq icarə müddəti aktivin istismar
müddətinin əksər hissəsini əhatə etdikdə;
İcarənin ilkin mərhələsində minimal icarə ödənişlərinin cari dəyəri ən azı bütün icarəyə
götürülən aktivlərin ədalətli dəyərinə bərabər olduqda; və
İcarəyə götürülən aktivlər xüsusi tipli aktivlər olduqda, belə ki, yalnız icarədar mühüm
təkmilləşdirmələr aparılmadan onlardan istifadə edə bilər.
Əməliyyat lizinqləri
Əməliyyat lizinqi üzrə icarə ödənişləri icarə müddəti ərzində düz xətt üsulu ilə xərc kimi tanınır.
Əgər hər hansı digər sistematik üsul istifadəçinin aktivdən əldə etdiyi səmərənin zaman sxemini daha
aydın şəkildə təqdim etmək imkanını verirsə, onda həmin digər üsul istifadə olunmalıdır. Əməliyyat
icarələri zamanı yaranan şərti icarə ödənişləri öhdəlik daşıdığı dövrdə xərc kimi tanınır.
İcarə stimulları əməliyyat icarələrinə daxil olmaq üçün alındığı təqdirdə, belə stimullar öhdəlik kimi
tanınır. Stimulların məcmu səmərəsi düz xətt üsulu ilə icarə ödənişinin azalması kimi tanınır. Əgər
hər hansı digər sistematik üsul istifadəçinin aktivdən əldə etdiyi səmərənin zaman sxemini daha
aydın şəkildə təqdim etmək imkanını verirsə, onda həmin digər üsul istifadə olunmalıdır.
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər, yığılmış amortizasiya və ehtimal edilən dəyər azalmaları
üzrə ehtiyatlar çıxılmaqla tarixi dəyəri ilə tanınır.
Tikilməkdə olan və xidmətə verilməmiş aktivlər üzrə köhnəlmə və amortizasiyanın hesablanması bu
tip aktivlərin xidmət üçün yararlı olduğu tarixdən etibarən hesablanmağa başlayır.
Köhnəlmə, əmlak, avadanlıq və qeyri-maddi aktivlərin qalıq dəyərinə onların faydalı iqtisadi ömrü
nəzərə alınmaqla hesablanmış dərəcələrdən istifadə etməklə tətbiq edilir. Faydalı iqtisadi ömür
təxminləri, qalıq dəyərləri və köhnəlmə/amortizasiya metodları hər bir hesabat tarixində yenidən
təhlil edilir və təxminlərdə olan dəyişikliklərin təsiri prospektiv olaraq aşağıdakı dərəcələrdə tətbiq
edilir:
Binalar
5%
Mebel və qurğular
20%
Kompüter və avadanlıqlar
20%
Nəqliyyat vasitələri
25%
Digər əsas aktivlər
20%
Qeyri-maddi aktivlər
10%
Təmir və saxlama xərcləri baş verdiyi zaman tanınır və kapitalizasiya kriteriyalarına uyğun gəlməsi
halları istisna olmaqla mənfəət və zərər hesablarında əməliyyat xərcləri kimi tanınır.