3
ver. 1.0.4. date 27.01.17
2.3.1.
Banka təqdim olunan tapşırıqların AR Mərkəzi Bankının və Maliyyə bazarlarına nəzarət
orqanının qüvvədə olan normativ sənədlərinə və Bankın daxili qaydalarına uyğunluğunu təmin
etmək.
2.3.2.
Hesabın açılması üçün Banka təqdim edilmiş sənədlərdəki məlumatlarda olan bütün dəyişikliklər
haqqında Bankı 3 (üç) iş günü ərzində yazılı qaydada xəbərdar etmək.
2.3.3.
Hesabın açılması üçün Banka təqdim olunan sənədlərdəki məlumatların dəqiqliyini təmin etmək.
2.3.4.
Hesab kreditləşdiyi halda əməliyyatları müəyyən olunmuş limit həddində aparmaq.
2.3.5.
Bank tərəfindən Müqavilənin II.2.2.6. bəndinə uyğun olaraq əlavə sənədlər tələb edildikdə həmin
sənədləri ona təqdim etmək.
2.3.6.
Bank qarşısında hər hansı bir icra olunmamış öhdəliyi (kredit, ipoteka, girov və s.) yarandıqda,
həmin borcun öz hesabından mübahisəsiz (akseptsiz) qaydada silinməsinə razılıq vermək.
2.4.
Müştərinin hüquqları:
2.4.1.
Qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada hesabında olan pul vəsaitinə müstəqil
olaraq sərəncam vermək.
2.4.2.
Hesablaşma-kassa xidməti üzrə Banka tapşırıq vermək, məlumat istəmək, onun yerinə yetirdiyi
tapşırıqlar üzrə hesabat tələb etmək.
3.
Cari hesabın açılması və hesab üzrə əməliyyatların aparılması qaydaları
3.1.
Hesabın açılması üçün Müştəri Banka qanunvericilik və bankdaxili qaydalarda nəzərdə tutulan
sənədləri təqdim edir.
3.2.
Sənədlər Bank qaydaları ilə müəyyənləşdirilmiş şərtlərə uyğun olduqda Bank Müştəriyə onun
müraciətinə “Bank hesabının açılması üçün ərizə” formasında göstərilən valyuta(lar)da cari hesab
açır.
3.3.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, Müştərinin hesabı üzrə sərəncam vermək
hüququ yalnız Banka təqdim edilmiş imza nümunəsi vərəqəsində qeyd edilmiş imza səlahiyyətinə
malik olan şəxslərə məxsusdur.
3.4.
Müştəri, Banka təqdim etdiyi tapşırıqlarda düzəliş, qeyri-dəqiq və ikimənalı ifadələrə yol
verməməlidir. Belə halların baş verdiyi halda Bank həmin tapşırıqları icra etməməkdə haqlıdır.
3.5.
Müştərinin hesabı üzrə əməliyyatlar onun həmin hesabda olan vəsait qalığı həddində aparılır.
3.6.
Hesab üzrə minimum qalıq məbləği (nəzərdə tutulduğu halda) və bütün hesablaşma-kassa
xidməti üzrə xidmət haqqı Bankın qüvvədə olan tariflərinə uyğun olaraq müəyyənləşdirilir.
3.7.
Müştəri Banka təqdim etdiyi tapşırıqların qanunvericilik və bankdaxili qaydalara uyğun olmasına
cavabdehdir. Belə uyğunsuzluğun müəyyən olunduğu halların nəticəsi üçün Bank heç bir
məsuliyyət daşımır.
3.8.
Müştərinin tapşırıqlarının yerinə yetirilməsi müqabilində Bank müvafiq xidmət haqqını
Müştərinin hesabından silir.
4.
Bank hesabı xidmətinin göstərilməsi ilə bağlı xüsusi şərt
4.1.
Müştərinin ABŞ vətəndaşlığı olduğu təqdirdə, həmçinin Bankla müqavilə münasibətlərində
olduğu dövrdə bu hal əmələ gələrsə bu barədə 5 (beş) iş günü ərzində Banka rəsmi məlumat
verməli və müvafiq sənədləri Banka təqdim etməlidir.
Bu hal müəyyən olunarsa Müştəri ABŞ
qanunvericiliyinin tələblərinə müvafiq olaraq ABŞ vergi rejiminin müvafiq subyekti hesab edilə
bilər.
4.2.
Müştəri ABŞ vergi rejiminin müvafiq subyekti hesab edilərsə, özünün hesabı və əməliyyatları
barədə bütün məlumatların Azərbaycan Respublikası Vergilər Nazirliyi vasitəsi ilə ABŞ-ın
müvafiq səlahiyyətli orqanına ötürülməsi, həmçinin ABŞ qanunvericiliyinə əsasən hesabından
müvafiq vergilərin tutulmasına tam razılıq verir.
4.3.
Yuxarıda qeyd olunan hal müəyyən olunarsa, Müştəri Bankın yalnız agent funksiyası daşıdığını
dərk edir və öz hesabından ABŞ-ın səlahiyyətli orqanlarına müvafiq vergilərin ödənilməsi üçün
tutulan məbləğlərə və ötürülən məlumatlara dair Banka qarşı heç bir etiraz irəli sürmür.
4
ver. 1.0.4. date 27.01.17
5.
Tərəflərin məsuliyyəti
5.1.
Müştəri bununla bəyan edir ki, Hesab(lar)dan kommersiya məqsədi ilə istifadə etməyəcək və belə
hal baş verərsə yaranacaq vergi məsuliyyətindən xəbərdardır.
5.2.
Bankın xidmətlərinin ödənilməsindən imtina etdikdə, yaxud Bankın xidmətlərini vaxtında
ödəmədikdə Müştəri Banka hər ötən gün üçün cərimə ödəyir.
5.3.
Müqavilənin II.5.1. və II.5.2. bəndlərində qeyd olunan cərimə faizlərinin miqdarı pul öhdəliyinin
və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Mərkəzi Bankın təyin etdiyi uçot dərəcəsi
ilə müəyyənləşdirilir.
5.4.
Bank Müştəriyə xidmət edərkən (ödəniş tapşırıqlarının icrası və s. əməliyyatlar zamanı), öz
müxbir banklarının və ya digər üçüncü tərəflərin həmin ödənişin icrasını gecikdirilməsi və ya
digər səbəblərdən məbləğlərin dondurulması üçün Müştəri qarşısında heç bir məsuliyyət daşımır.
5.5.
Müştərinin təqdim etdiyi əlaqə vasitələri (mobil nömrə, e-mail, faks, ünvan) müvafiq ərizə
formalarında düzgün qeyd edilməmişdirsə, və ya dəyişikliklər barədə Banka yazılı məlumat
verilməmişdirsə, bu zaman Bank, Hesab üzrə göstərilən xidmətlərlə və ya ondakı dəyişikliklərlə
bağlı məlumatın vaxtında Müştəriyə çatdırılmamasına görə heç bir məsuliyyət daşımır.
5.6.
Müştəri, Bank hesabından cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı məqsədlər üçün istifadə etməmək
öhdəliyini öz üzərinə götürür və qanunvericilikdə nəzərdə tutulan müvafiq məsuliyyət daşıyır.
5.7.
Bank, tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı halların qarşısının alınması
məqsədilə Müştəridən heç bir izah verilmədən və hər hansı bir bank əməliyyatını icra etmədən
əlavə sənədlər və məlumatlar tələb edə bilər.
6.
İnternet bank xidməti
6.1.
Müştərinin müraciətinə əsasən Bank, Müştərinin “İnternet Bank xidmətlərinin göstərilməsi üçün
ərizə”sində qeyd olunmuş hesab(lar)ı üzrə (bu bənd çərçivəsində Hesab adlandırılacaq) İnternet
bank xidmətini (bu bənd çərçivəsində Xidmət adlandırılacaq) göstərir. İnternet bank xidməti
çərçivəsində, Bank Müştəriyə İnternet bank sistemində mövcud olan bank əməliyyatlarından
istifadə etmək imkanı yaradır.
6.2.
Xidmət Müştəriyə qlobal İnternet şəbəkəsi vasitəsilə təqdim olunur.
6.3.
Müştəri Bank tərəfindən ona təqdim olunmuş istifadəçi adı, PIN kod və parollar vasitəsi ilə
(bundan sonra Kodlar) öz Hesabına çıxış əldə edir və Bank Müştəri tərəfindən bu Hesab üzrə
təqdim olunan tapşırıqlar əsasında Xidmət çərçivəsində bütün əməliyyatları həyata keçirir.
6.4.
Müştəri bəyan və təsdiq edir ki, onun Xidmət vasitəsi ilə Banka təqdim etdiyi Hesab üzrə
əməliyyat tapşırıqları onun öz təşəbbüsü ilə və özü tərəfindən verilmiş hesab olunacaq, həmçinin
də Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun şəkildə çap versiyasında
hazırlanmış tapşırıqlara bərabər tutulacaq.
6.5.
Müştərinin Xidmət vasitəsi ilə əldə etdiyi Hesabdan çıxarış onun yazılı sorğusuna əsasən çap
versiyasında hazırlanmış Hesabdan çıxarışa bərabər tutulacaq. Xidmətin göstərilməsi zamanı
tapşırıqların icrası üzrə yaranacaq istənilən mübahisələrdə bu çıxarışlar Müştəri tərəfindən verilən
tapşırıqların Bank tərəfindən icra olunduğunu təsdiqləyən sənəd kimi çıxış edəcəklər.
6.6.
Müştəri aşağıdakıları öz öhdəsinə götürür:
6.6.1.
Bank tərəfindən ona təqdim olunmuş kodların məxfiliyini təmin etmək və onları üçüncü tərəfə
açıqlamamaq.
6.6.2.
Xidmətdən istifadə üçün Bankın https://ib.pashabank.az internet səhifəsinə daxil olmaq.
6.6.3.
Xidmətə ilkin qoşulma (giriş) zamanı PIN kodu dəyişmək.
6.6.4.
Kodlar itirildiyi (və ya oğurlandığı) zaman dərhal bu barədə Bankı şifahi olaraq telefon vasitəsilə
(Müştərinin identifikasiyası üçün zəruri olan məlumatları təqdim edərək), və ya Bankın Əlaqə