16.1.3.
bank müflis elan edildikdə;
16.1.4.
lisenziya alınması üçün ərizə verilərkən təqdim edilmiş məlumatların yanlış
olduğu müəyyən edildikdə;
16.1.5.
bank və ya xarici bankın yerli filialı bank lisenziyasının qüvvəyə mindiyi gündən
on iki ay müddətində bank lisenziyasına müvafiq olaraq fəaliyyətə başlamadıqda və ya
Mərkəzi Bank
tərəfindən bankın və ya xarici bankın yerli filialının altı ay müddətində
depozitlər və ya digər qaytarılan vəsait cəlb etmədiyi və ya kreditlər vermədiyi müəyyən
edildikdə;
16.1.6.
bankın nizamnamə kapitalının və ya məcmu kapitalının miqdarı və xarici bankın
yerli filialının nizamnamə kapitalına bərabər tutulmuş vəsaitinin və ya məcmu kapitalının
(xarici bankın yerli filialının məcmu kapitalına bərabər tutulmuş vəsaitinin) miqdarı
müvafiq olaraq
Mərkəzi Bank
ın banklar üçün müəyyən etdiyi nizamnamə kapitalının və ya
məcmu kapitalın minimum miqdarından az olduqda;
16.1.7.
bankın məcmu kapitalının və ya xarici bankın yerli filialının məcmu kapitala
bərabər tutulmuş vəsaitinin adekvatlıq əmsalı 3 faizdən az olduqda;
16.1.8.
bank və ya xarici bankın yerli filialı kreditorları qarşısında öhdəliklərini yerinə
yetirə bilmədikdə, 0 cümlədən ona həvalə olunmuş aktivlərin təhlükəsizliyini təmin edə
bilmədikdə;
16.1.9. bank və ya xarici bankın yerli filialı idarəetməni və ya cari fəaliyyətini etibarlı və
prudensial qaydada həyata keçirmədikdə və ya bu Qanunun, Cinayət yolu ilə əldə edilmiş
pul
vəsaitlərinin
və
ya
digər
əmlakın
leqallaşdırılmasına
və
terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun,
Mərkəzi Bank
ın normativ xarakterli aktlarının tələblərini iki dəfədən artıq halda pozduqda;
16.1.10.
bank lisenziyasında və ya icazədə nəzərdə tutulmayan fəaliyyət növlərini həyata
keçirdikdə;
16.1.11.
bu Qanunun 14.1.2-14.1,4-cü maddələrində göstərilən faktlar müəyyən edildikdə
və 14.1.5-14.1.7-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə;
16.1.12.
Mərkəzi Bank
ın icazəsi olmadan bank başqa bankın törəmə bankına çevrildikdə;
16.1.13.
yerli törəmə bankı və ya filialı olan xarici bank və ya xarici bank holdinq
şirkətinin lisenziyası ləğv edildikdə;
16.1.14.
bankın yenidən təşkili
Mərkəzi Bank
ın icazəsi olmadan həyata keçirildikdə;
16.1.15.
xarici bank və xarici bank holdinq şirkətinə, habelə şirkətlər qrupunun üzvü olan
banka yerləşdiyi ölkənin bank tənzimlənməsi və nəzarəti orqanı tərəfindən lazımınca
nəzarətin təmin edilməməsi səbəbindən
Mərkəzi Bank
onların törəmə banklarına nəzarəti
həyata keçirə bilmədikdə;
16.1.16.
bilərəkdən
Mərkəzi Bank
a yanlış hesabat və məlumat verildiyi faktları
müəyyənləşdirildikdə;
16.1.17.
sonuncu üç hesabat tarixinə
Mərkəzi Bank
a aylıq hesabat təqdim edilmədikdə;
16.1.18.
bank və ya xarici bankın yerli filialı bu Qanuna və
Mərkəzi Bank
ın normativ
xarakterli aktlarına uyğun olaraq
Mərkəzi Bank
ın ona verdiyi sərəncamları və ya digər yazılı
göstərişləri yerinə yetirmədikdə.
16.2. Yerli bankın filiallarına və nümayəndəliklərinə, o cümlədən xarici bankın yerli
nümayəndəliklərinə verilmiş icazə yalnız
Mərkəzi Bank
tərəfindən aşağıdakı bir və ya bir
neçə əsas olduqda ləğv edilə bilər:
16.2.1.
icazə almaq üçün ərizə verilərkən təqdim edilmiş məlumatların yanlış olduğu
müəyyənləşdirildikdə;
16.2.2.
bankın lisenziyası ləğv edildikdə;
16.2.3.
bank müflis elan olunduqda;
16.2.4.
bank ləğv edildikdə;
16.2.5.
icazəni aldıqdan sonra on iki ay ərzində fəaliyyətə başlamadıqda, yaxud
Mərkəzi
Bank
yerli bankın filialının altı ay ərzində fəaliyyətinin dayandırıldığını müəyyən etdikdə;
16.2.6.
bu Qanunun 14.2.1-14.2.5-ci maddələrində göstərilmiş hər hansı şərt yerinə
yetirilmədikdə;
16.2.7.
icazəni almış bank, filial və ya nümayəndəlik idarəetməni və ya cari fəaliyyətini
etibarlı və prudensial qaydada həyata keçirmədikdə və ya bu Qanunun, Cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun,
Mərkəzi Bank
ın normativ xarakterli aktlarının tələblərini iki dəfədən artıq halda pozduqda;
vii[7]
16.2.8.
bank lisenziyasında və ya icazədə nəzərdə tutulmayan fəaliyyət növlərini həyata
keçirdikdə;
16.2.9.
filialın və ya nümayəndəliyin bağlanması haqqında qərar qəbul edildikdə;
16.2.10. yerli bankın xarici filialının və ya nümayəndəliyinin yerləşdiyi ölkədə bank
tənzimləməsi və nəzarəti orqanı onların fəaliyyətinə lazımi nəzarəti həyata keçirmədikdə.
16.3. Bank lisenziyasının və ya icazənin ləğv edilməsi qərarı haqqında banka
Mərkəzi
Bank
tərəfindən əsaslar göstərilməklə yazılı məlumat verilir.
M a d d ə 17. Bank lisenziyasının və ya icazənin bankın öz müraciəti ilə ləğvi
17.1.
Bank ona verilmiş bank lisenziyasının və ya filialın və nümayəndəliyin açılmasına
verilmiş icazənin ləğv edilməsi haqqında
Mərkəzi Bank
a müraciət edir.
17.2.
Bank ona verilmiş lisenziyanın ləğvi barədə ərizəyə bank tərəfindən təsdiq edilmiş
ləğvetmə planını, ərizənin verildiyi gündən etibarən üç ay əvvəlki tarixə kənar auditor
tərəfindən təsdiqlənmiş maliyyə hesabatını əlavə etməlidir.
Mərkəzi Bank
ərizənin təqdim
edildiyi gündən ən geci 90 təqvim günü müddətində bankın müraciətinə dair qərar qəbul
etməlidir.
Bankların filiallarına verilmiş icazələrin ləğvi barədə müraciətə və əlavə edilmiş ləğvetmə
planına
Mərkəzi Bank
ərizənin təqdim edildiyi gündən etibarən ən geci 30 təqvim günü
müddətində baxaraq bankın müraciətinə dair qərar qəbul etməlidir.
17.3.
Bankın və ya xarici bankın yerli filialının ləğvetmə planı və ödəniş qabiliyyəti
məqbul hesab edildikdə, habelə bank lisenziyası ləğv edildikdən sonra onların öz
öhdəliklərini ödəmək üçün yetərli miqdarda likvid vəsaiti olduqda
Mərkəzi Bank
tərəfindən
ərizəyə dair müvafiq qərar qəbul edilir və bank və ya xarici bankın yerli filialı bu Qanunun
58-ci maddəsinin müddəalarına uyğun ləğv edilir.
17.4.
Bank lisenziyasının və ya icazənin ləğv edilməsi barədə ərizənin rədd edilməsi
haqqında əsaslandırılmış qərar
Mərkəzi Bank
tərəfindən dərhal banka və ya təsisçi xarici
banka və onun yerli filialına göndərilməlidir.
M a d d ə 18. Bank lisenziyasının və ya icazənin ləğvi haqqında qərarın dərc edilməsi
və qüvvəyə minməsi
18.1.
Mərkəzi Bank
bank lisenziyasının və ya xarici bankın yerli nümayəndəliyinin
icazəsinin ləğv edilməsi haqqında qərarını onu qəbul etdiyi gündən etibarən 5 təqvim günü
müddətində dövlət qeydiyyatı və vergi orqanlarına ləğvetmə haqqında bildiriş göndərməli