Maddə 2. Bank sistemi və onun hüquqi əsasları
2.1. Azərbaycan Respublikasının bank sistemi maliyyə bazarlarına nəzarət orqanından,
Azərbaycan Respublikasının Mərkəzi Bankından (bundan sonra mətndə - Mərkəzi Bank) və
kredit təşkilatlarından ibarətdir.
2.2. Mərkəzi Bank dövlətin mərkəzi bankıdır və onun fəaliyyəti Azərbaycan Respublikasının
Konstitusiyası, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan
Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və bunlara
müvafiq olaraq, qəbul edilmiş digər normativ hüquqi aktlar, habelə Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
2.3. Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının
Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Azərbaycan
Respublikasının Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və
“Kredit İttifaqları haqqında” Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikasının
digər normativ hüquqi aktları, Maliyyə bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın bunlara
müvafiq olaraq qəbul edilmiş normativ xarakterli aktları, habelə Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
2.4. Cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən, kredit təşkilatları dövlət hakimiyyəti
və bələdiyyə orqanlarından asılı deyildir və onlar kredit təşkilatlarının fəaliyyətinə qarışa bilməz.
Kredit təşkilatları qanunla onların fəaliyyət növlərinə aid edilməyən fəaliyyəti həyata keçirməyə
məcbur edilə bilməz.
2.5. Kredit təşkilatlarının və dövlətin müvafiq öhdəlik götürdüyü hallardan başqa, bütün digər
hallarda kredit təşkilatları dövlətin, dövlət isə kredit təşkilatlarının öhdəlikləri üçün məsuliyyət
daşımır.
Maddə 3. Bank fəaliyyətinin həyata keçirilməsinə dair ümumi qaydalar
3.1. Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit təşkilatları bank
fəaliyyətini maliyyə bazarlarına nəzarət orqanının verdiyi xüsusi razılıq (lisenziya) əsasında
həyata keçirilə bilər.
3.2. Depozit əməliyyatları yalnız banklar və poçt rabitəsinin milli operatoru tərəfindən həyata
keçirilə bilər.
3.3. Bu Qanunun 3.1-ci, 3.4-cü maddələri, 35.4-cü maddənin üçüncü abzası və 42-ci maddəsi
istisna olmaqla, digər müddəaları “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit
İttifaqları haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericiliyə müvafiq
olaraq, lisenziyalaşdırılan və tənzimlənən kredit ittifaqlarına və başqa bank olmayan kredit
təşkilatlarına şamil olunmur.
3.4. Bu Qanunun 3.3-cü maddəsində göstərilən bank olmayan kredit təşkilatlarının bank
fəaliyyətinin lisenziyalaşdırılması və tənzimlənməsi “Bank olmayan kredit təşkilatları haqqında”
və “Kredit İttifaqları haqqında” Azərbaycan Respublikasının qanunları və maliyyə bazarlarına
nəzarət orqanının normativ xarakterli aktları ilə həyata keçirilir.
3.5. Maliyyə bazarlarına nəzarət orqanı hər hansı şəxsin lisenziyası olmadan bu Qanunun
3.1-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olduğunu müəyyən etdikdə, həmin şəxsə bu
fəaliyyətinə xitam verilməsi haqqında tələb göndərir, qanunla nəzərdə tutulmuş digər tətbirləri
görür, Mərkəzi Banka və müvafiq dövlət orqanlarına bu barədə məlumat verir.
Maddə 4. Bankın adı
4.1. Bankın onun nizamnaməsi ilə müəyyən edilmiş firma adında mütləq qaydada «bank»
sözü olmalıdır. Heç bir bank istənilən sənəddə, elanlarda və ya reklamda özünün
nizamnaməsində göstərilən addan fərqli adla adlandırıla bilməz.
4.2. «Bank» sözünün işlədildiyi mətndən bu sözün bank fəaliyyətinə aid edilmədiyi tam aydın
olduğu hallardan başqa, bank fəaliyyəti ilə məşğul olmayan hüquqi şəxsin adında «bank»
sözünün («bank» sözü olan söz birləşməsinin) istifadəsi qadağandır.
4.3. Bankın törəmə banklarının adında əsas bankın adı göstərilməlidir. Bankların filiallarının,
şöbələrinin və ya nümayəndəliklərinin adında bank sözü hüquqi bağlılıq və mənsubiyyət
mənasında göstərilməlidir.
4.4. Bank lisenziyası ləğv olunmuş bankların adına “ləğv prosesində olan” sözləri əlavə edilir.
4.5. Bankın adında “Azərbaycan Respublikası”, “dövlət”, “milli” sözlərindən istifadə
edilməsinə yalnız qanunvericilikdə nəzərdə tutulduğu hallarda yol verilir.
4.6. Banklar eyni addan istifadə edə bilməz.
Maddə 5. Azərbaycan Respublikasının bank sistemində xarici kapitalın iştirakı
5.1. Azərbaycan Respublikasının bank sistemində xarici bank kapitalının iştirak limiti maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
5.2. Xarici bank və ya xarici bank holdinq şirkəti istisna olmaqla, əcnəbilərin və xarici hüquqi
şəxslərin yerli banklarda iştirakına maliyyə bazarlarına nəzarət orqanı tərəfindən limit müəyyən
edilir.
5.3. M
aliyyə bazarlarına nəzarət orqanı xarici bankların və xarici bank holdinq şirkətlərinin
yerli törəmə banklarının, filiallarının və nümayəndəliklərinin, habelə yerli bankların xarici
filiallarının və nümayəndəliklərinin fəaliyyətinin tənzimlənməsini və onlara nəzarəti həyata
keçirdikdə müvafiq xarici bank tənzimləməsi və nəzarəti orqanları ilə qarşılılıq əsasında və
Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayaraq (o cümlədən Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq), öz nəzarət
funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan məlumatı alır. Maliyyə bazarlarına nəzarət
orqanı xarici bank tənzimlənməsi və nəzarəti orqanları ilə məlumat mübadiləsini bu məlumatın
məxfiliyini təmin etməklə həyata keçirir. Bu məqsədlə maliyyə bazarlarına nəzarət orqanı xarici
bank tənzimləməsi və nəzarəti orqanları ilə əməkdaşlıq haqqında sazişlər bağlaya bilər.
5.4. Xarici banklar və xarici bank holdinq şirkətləri də daxil olmaqla, siyahısı maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən müəyyənləşdirilən offşor zonalarda qeydə alınmış
əcnəbilər və xarici hüquqi şəxslər yerli bankların təsisçiləri və ya səhmdarları ola bilməz, habelə
yerli törəmə banklar təsis edə bilməz, yerli filiallar və ya nümayəndəliklər aça bilməzlər.
II fəsil. Bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya və icazələrin
verilməsi
Maddə 6. Bank lisenziyaları və icazələr
6.1. Maliyyə bazarlarına nəzarət orqanı bank lisenziyalarının verilməsində və ləğv
edilməsində, habelə filiallar, şöbələr və nümayəndəliklər açmaq üçün banklara icazə
verilməsində və verilmiş icazələrin ləğv edilməsində müstəsna hüquqlara malikdir.
6.2. Bank lisenziyaları və icazələr yazılı formada müddətsiz olaraq verilir. Bank lisenziyaları
və icazələr yalnız onları almış şəxslər tərəfindən istifadə edilə bilər və üçüncü şəxslərə verilə
bilməz. Bank lisenziyaları və icazələr maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verildiyi
gündən qüvvəyə minir.
6.3. Ərizəçi kifayət qədər təşkilati-texniki hazırlığa və ya ixtisasa malik olmadıqda, maliyyə
bazarlarına nəzarət orqanı verdiyi bank lisenziyasında və icazədə bu Qanunun 32-ci maddəsi ilə
banklara icazə verilən fəaliyyət növlərinin həyata keçirilməsi üçün məhdudiyyətlər qoyur.
Maddə 7. Bank lisenziyalarının və icazələrin alınması üçün müraciət
7.1. Bank lisenziyası və icazə alınması üçün bankın təsisçiləri və ya qanunvericiliyə müvafiq
qaydada vəkil edilmiş şəxslər maliyyə bazarlarına nəzarət orqanına yazılı şəkildə müraciət
edirlər. Müraciətin forması və məzmunu, ona əlavə edilən sənədlər maliyyə bazarlarına nəzarət
orqanının normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.
7.2. Bank lisenziyası və icazə alınması üçün müraciətə baxarkən, maliyyə bazarlarına nəzarət
orqanı bankın kapitalında mühüm iştirak paylarının sahiblərinin (hüquqi şəxs olduqda onların
icra orqanlarının rəhbərlərinin) və inzibatçıların maliyyə vəziyyəti, peşəkar fəaliyyəti və