Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə112/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   108   109   110   111   112   113   114   115   ...   123

344 
 
eləcə  də  işin  hallarının  müəyyənləşdirilməsi  və  qiymətlən-
dirilməsi  baxımından  əhəmiyyət  kəsb  edən  izahatların  təqdim 
olunmasında proses iştirakçılarına məhkəmə tərəfindən yardım 
olunması; 
-  dövlət  idarəçiliyi  sahəsində  qanunçuluğun  və  intizamın 
möhkəmləndirilməsi, vəzifəli şəxslərin fərdi məsuliyyət hissinin 
yüksəldilməsinin təmin olunması; 
- norma nəzarəti; 
-  hüquq  normalarının  arasındakı  kolliziyaların  aradan 
qaldırılması; 
- inzibati hüquq normalarının təfsiri
- milli maraqların müdafiəsi
- korrupsiyanın qarşısının alınması; 
- etik inzibati davranış qaydalarının formalaşdırılması və s. 
3.  Hüququn  digər  sahələri  kimi,  inzibati  hüququn  da  əsas 
mənbəyi  konstitusiyadır.  Konstitusiya  hüquqi  tənzimləmənin 
əsas  prinsiplərini,  ölkənin  məhkəmə  qruluşunu  və  qanunveri-
cilik sistemini müəyyənləşdirir.  
Məlum  olduğu  kimi,  dövlət  müstəqilliyinin  bərpasından 
sonra ölkədə idarəetmənin funksiya və metodlarının dəyişməsi, 
yeni idarəetmə təfəkkürünə, səmərəli inzibati idarəetməyə keçid 
cəmiyyətdə  inzibati  orqanlarla  vətəndaşlar  arasındakı  inzibati 
münasibətlərin yenidən qurulmasını, bu münasibətlərin ənənəvi 
modeldən fərqli tərzdə tənzimlənməsini tələb etdi. 1995-ci ilin 
12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilmiş müstəqil 
Azərbaycan Respublikasının ilk Konstitusiyası hakimiyyət böl-
güsü prinsipini, insan hüquq və azadlıqlarının təmin olunması-
nın  bünövrəsini  formalaşdırdı,  məhkəmə  hakimiyyətinin  müs-
təqilliyi  öz  hüquqi  təsbitini  tapdı,  ölkədə  üç  pilləli  məhkəmə 
sistemi  yaradıldı.  Respublikanın  bütün  hüquq  sisteminin, 


345 
 
dövlətin və dövlət qruluşunun əsaslarını müəyyənləşdirən Əsas 
Qanunun  125-ci  maddəsində  məhkəmə  hakimiyyətinin  Kons-
titusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla 
nəzərdə  tutulmuş  digər  vasitələrlə  həyata  keçirildiyi  təsbit 
olundu. Lakin, inzibati məhkəmə icraatı hüquqi müdafiə vasitəsi 
kimi  Əsas  Qanunda  öz  təsbitini  tapmadı.  Hesab  edirik  ki, 
istənilən hüquqi mexanizmin fundamental əsaslarını müəyyən-
ləşdirən konstitusiyada məhkəmə icraatının bu qolunun müəy-
yənləşdirilməməsi  onun  sanki,  mülki  prosesin  bir  qolu  olması 
təəssüratını yaradaraq konkretləşdirilməsinə, imperativ məzmun 
kəsb etməsinə müəyyən mənada maneə törədir. 
Fikrimizcə, inzibati məhkəmə icraatının hüquqi tənzimlən-
məsində mövcud olan çatışmamazlıqların və anlaşılmazlıqların 
aradan  qaldırılması,  həmçinin,  onun  məhkəmə  icraatının 
müstəqil  qolu  kimi  inkişaf  etdirilməsinin  təmini  üçün  həm 
konstitusiya qanunvericiliyi, həm də inzibati prosessual qanun-
vericilik səviyyəsində müvafiq islahatların aparılması zəruridir.  
Hesab  edirik  ki,  inzibati  məhkəmə  icraatının  ziddiyyətsiz  və 
yığcam,  məntiqi  cəhətdən  bitkin  hüquqi  tənzimləmə 
mexanizminə  malik  olmaq  üçün  ilk  növbədə  o,  konstitusiya 
qanunvericiliyi səviyyəsində məhkəmə icraatının müstəqil qolu 
kimi  öz təsbitini  tapmalıdır. Daha sonra isə inzibati  məhkəmə 
icraatının    elmi  konsepsiyasının  hazırlanması,  inzibati-iqtisadi 
məhkəmələrin  strukturunda  müvafiq  dəyişikliklərin  edilməsilə 
inzibati mübahisələrə baxan məhkəmələrin icraatından iqtisadi 
mübahisələrin  ayrılması  ilə  daha  peşəkar  yanaşmanın  təmin 
olunması,  həmçinin,  rayonlar  arası  inzibati  məhkəmələrin  də 
yaradılması məqsədəuyğun olardı.  
4. Məlum olduğu kimi, Azərbaycan Respublikası  İPM-nin 
qəbulu ilə inzibati qanunvericiliyə bir çox yeni hüquq institutları 


346 
 
daxil  oldu,  inzibati  məhkəmə  icraatının  prosessual  qaydaları, 
mərhələləri  və  şərtləri  öz  hüquqi  təsbitini  tapdı.  İqtisadi  məh-
kəmələrin bazasında yaradılan inzibati-iqtisad məhkəmələrində 
inzibati işlər üzrə məhkəmə icraatı həyata keçirilməyə başlandı. 
Hər  bir  yeni  yaranan  və  inkişafda  olan  hüquq  institutu  kimi, 
tədricən  inzibati  məhkəmə  icraatının  da  təşkilati-funksional, 
həmçinin nəzəri aspektləri ilə əlaqədar problemləri üzə çıxmağa 
başladı.  Məhz  bunlar  elmi  tədqiqatların  və  inzibati  prosessual 
qanunvericiliyin  inkişaf  səmtini  müəyyənləşdirən  əsas  mə-
qamlar  olub,  onun  daha  mükəmməl  və  səmərəli  icra  mexani-
zminin  formalaşdırılması  üçün  labüd  əhəmiyyət  kəsb  etməyə 
başladı.  
Hesab edirik ki, Əsas Qanunda inzibati məhkəmə icraatının 
hüquqi  cəhətdən  təsbitini  tapmamasından  qaynaqlanan  qeyri-
müəyyənlik  müəyyən  dərəcədə  inzibati  prosessual  qanun-
vericiliyə  də  təzahür  etmişdir.  Bu,  özünü  elə  AR    İPM-in  ilk 
maddələrindən  etibarən biruzə verməkdədir. Belə ki, AR  İPM-
nin  1.1-ci  maddəsində məcəllənin  inzibati  mübahisələrin  məh-
kəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının 
və  həll  edilməsinin  prosessual  prinsiplərini  və  qaydalarını 
müəyyən etdiyi göstərilsə  də, maddənin növbəti bəndində yeni-
dən qeyri-imperativlik özünü biruzə verir və mülki  prosessual 
qanunvericiliyin dominant rolu yenə də ön plana çıxır. Belə  ki,  
artıq AR  İPM-in 1.2-ci maddəsində qanunverici həmin məcəllə 
ilə başqa qayda müəyyən edilmədiyi və onunla nəzərdə tutulmuş 
prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati məhkəmə 
icraatında  AR  MPM-in  müddəalarının  tətbiq  olunmasına  yol 
verir.  
Hesab edirik ki, ilk növbədə bu cür qeyri-müəyyənlikdən, 
inzibati  prosesdə  mülki  prosessual  qaydaların  hakim  rolundan 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə