Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə30/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   26   27   28   29   30   31   32   33   ...   48

 
79 
regionların  yerli  resursları  və  digər  amillər  nəzərə  alınmaqla,  onların  sosial-iqtisadi 
inkişafı  məqsədilə  müvafiq  dövlət  proqramı  layihəsinin  və  aqrar  sektorda  islahatların 
ikinci  mərhələsinə  başlamaq  və  bununla  əlaqədar  lazımı  tədbirlərin  görülməsini 
sürətləndirmək  məqsədilə  (texniki  servis  mərkəzlərinin  təşkili,  fermerlərin  texnika  ilə 
daha  böyük  həcmdə  təmin  olunması,  toxumçuluq  bazasının  inkişaf  etdirilməsi,  yeni 
emal müəssisələrinin yaradılması və.s) müvafiq təkliflərin 1 ay müddətində hazırlanaraq 
dövlət başçısına təqdim edilməsini göstərmək olar. Fərmanın davamı olaraq ilk növbədə 
11  fevral  2004-cü  ildə  “AR  regionlarının  sosial-iqtisadi  inkişafı  dövlə
proqramı(2004-2008)” qəbul olunmuşdur. Proqram regionlarda sosial-iqtisadi inkişafın 
təmin edilməsi məqsədilə 10 iqtisadi rayon üzrə ayrı-ayrı istiqmətlərdə konkret tədbirlər 
paketini  özündə  birləşdirməklə  yanaşı  bu  illər  ərzində  müxtəlif  sahələr  üzrə  həyata 
keçiriləcək  siyasətin  ümumi  xarakteistikalarını  da  göstərmişdir.  Bu  baxımdan  həmin 
illər  ərzində  aqrar  sektorda  ümumi  şəkildə  aşağıdakı  tədbirlərin  həyata  keçirilməsi 
planlaşdırılmışdır
35

 
Kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin inkişaf etdirilməsi; 
 
Dövlət  investisiyalarının  əsasən  istehsal  müəssisələrinin  bərpasına,  regionların 
infrastruktur və kommunal xidmət təminatının yaxşılaşdırılmasına, sosial obyektlərin 
inşasına yönəldilməsi; 
 
Kənd təsərrüfatı istehsalçılarına vergi tətillərinin tətbiq edilməsi; 
 
Aqrar-sənaye  kompleksi  müəssisələrinə,  fermer  təsərrüfatlarına  dövlətin  maliyyə 
yardımı  proqramlarının  davam  etdirilməsi,  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olmaq 
istəyən  əhalinin  müxtəlif  təbəqələrinə  mikrokreditlərin  verilməsi  sxeminin 
hazırlanması 
və 
bu 
sektorda 
layihələri 
maliyyələşdiriləcək 
mikrokredit 
banklarının,kredit  ittifaqlarının  yaradılmasının  dəstəklənməsi,  kənd  təsərrüfatında 
bazar prinsiplərinə əsaslanan sığorta sisteminin təşkilinin stimullaşdırılması; 
 
Fermerlər  tərəfindən  yetişdirilən  məhsulların  həm  daxili,  həm  də  xarici  bazarlarda 
satışına dövlət tərəfindən hərtərəfli dəstəyin göstərilməsi,  xraca Yardım Fondunun, 
birjaların, topdansatış anbarlarının, auksionların yaradılması; 
 
Baytar-sanitar,  texniki  nəzarət,  fitosanitar,  toxumçuluğun  və  damazlıq  işlərinin 
dövlət tərəfindən dəstəklənməsi və maliyyələşdirilməsi; 
                                                 
35
AR regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramı(2004-2008)” 11.02.2004, səhfə: 15; 


 
80 
 
Aqrotexservis xidmətləri şəbəkəsinin yaradılmasının dəstəklənməsi; 
 
Mövcüd  meliorasiya-irriqasiya  sistemlərinin  bərpası  və  yenidən  qurulması,  yeni 
sistemlərin tikilməsi hesabına suvarılan torpaqların su təminatının yaxşılaşdırılması, 
torpaqların  şoranlaşmasının  qarşısının  alınması,  magistral  kollektorlar  vasitəsilə  şor 
suların maneəsiz Xəzər dənizinə axıdılması; 
 
Su  çatışmazlığının  aradan  qaldırılması,  bu  məqsədlə  yeni  su  anbarlarının,  magistral 
kanalların və digər su təsərrüfatı obyektlərinin tikilməsi; 
 
Torpaqların eroziyasına qarşı müvafiq tədbirlərin həyata keçirilməsi; 
 
Torpaqların rekultivasiyası layihələrinin hazırlanması; 
 
Torpaq kadastrının yaradılması; 
 
Ölkədə torpaq bazarının yaradılması; 
 
Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının rəsmiləşdirilməsi 
prosedurlarının sadələşdirilməsi; 
Proqram qəbul ediləndən bəri regionlarda aqrar sahibkarlığın inkişafı istiqamətində 
atılan  ən  mühüm  addımlardan  biri  kimi  “Aqrar  bölmədə  lizinqin  genişləndirilməsi 
sahəsində əlavə tədbirlər haqqında” verdiyi 23 oktyabr 2004-cü il tarixli sərəncamını 
göstərmək olar. Sərəncama əsasən səhmlərinin nəzarət zərfi 100% dövlətə məxsus olan 
və  dövlət  büdcəsindən  bu  məqsəd  üçün  ayrılan  vəsait  hesabına  alınan  kənd  təsərrüfatı 
texnikasının  lizinq  yolu  ilə  hüquqi  və  fiziki  şəxslərə  icarəyə  verilməsini  və  ya 
satılmasını  həyata  keçirən  “Aqrolizinq”  Açıq  Səhmdar  Cəmiyyəti  yaradılmışdır. 
Cəmiyyətin fəaliyyətini təmin etmək məqsədilə 5 ilə qaytarılmaq şərtilə dövlət büdcəsi 
layihələrində  2005-ci  ildə  100  mlrd.  manat  və  2006-cı  ildə  150  mlrd.  manat  vəsaitin 
ayrılması  nəzərdə  tutulmuş,  lizinq  müqaviləsinin  obyekti  olan  qanunvericiliklə 
müəyyənləşdirilmiş  təsnifat  üzrə  əsas  vəsaitə  aid  daşınar  əşyaların  isə  idxal  gömrük 
rüsumundan və idxal zamanı ƏDV-dən azad olunması həyata keçirilmişdir. 
Beləliklə,  yuxarıda  göstərdiyimiz  bütün  tədbirlərə  nəzər  saldıqda  görürük  ki, 
ölkədə  sahibkarlığın,  xüsusilə  də  aqrar  sahibkarlığın  inkişafının  tənzimlənməsinin 
təkmilləşdirilməsi  tədbirləri  daha  çox  inzibati-normativ  xarakter  daşıyır,  lakin  müasir 
tənzimləmə  tədbirlərinin  “mühityaradıcı”  xarakterli  olması  mühüm  əhəmiyyət  kəsb 
edir.  Başqa  sözlə,  birbaşa  tənzimləmə  tədbirlərindən  daha  çox  dolayı  tənzimləmə 
tədbirlərinə üstünlük verilməsi zəruridir. 


 
81 
Bununla  yanaşı  onu  da  qeyd  edək  ki,  aqrar  sektorun  inkişafı  istiqamətində 
xüsusilə  növbəti  illəri  əhatə  edəcək  “AR-də  2002-2006-cı  illərdə  aqrar  bölmənin 
inkişafına  dair  Proqram”  və  “AR  regionlarının  sosial-iqtisadi  inkişafı  dövlə
proqramı(2004-2008)”  adlı  sənədlərdə  əksini  tapmış  təkmilləşdirmə  istiqamətləri 
ə
sasən  düzgün  təyin  edilmiş  və  bu  sahədə  nəzərdə  tutulan  məqsədləri  reallaşdırmağa 
imkan verir, lakin həmişə olduğu kimi ölkəmizdə problem normativ-hüquqi sənədlərin 
hazırlanması  sahəsində  deyil,  onlardan  irəli  gələn  müddəaların  icrası  sahəsindədir. 
Hazırlanan  normativ-hüquqi  xarakterli  sənədlərin  reallaşdırılması  sahəsindəki 
problemlərin ortaya çıxması digər amillərlə yanaşı, mühüm dərəcədə bu aqtlardan irəli 
gələn  vəzifələri  həyata  keçirəcək  inzibati-instutsional  quruluşun,  başqa  sözlə  müvafiq 
idarəetmə  strukturlarının  qeyri-təkmil  xarakter  daşımasından  asılıdır.  Məhz  bu 
baxımdan  növbəti  paraqrafda  aqrar  sektorda  dövlət  tərəfindən  idarəetməni  həyata 
keçirən strukturlar və onların təkmilləşdirilməsi məsələləri üzərində dayanılacaq.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə