110
1978-i il Çin Komunist Partiyasının XI Qurultayının III Pleniumunda qəbul
olunan və aşağıdakı istiqamətləri əhatə edən iqtisadi strategiya isə yeni bir dövrü,
iqtisadiyatda bazar iqtisadi prinsipərinə keçid dövrünü başlatmışdır
55
:
Daxili
cəbhədə:
a)Aqrar
istehsalın
desentralizasiyası;
b)Fiskal
sistemin
desentralizasiyası; c)Qiymətlərin derequlyasiyası;
Xarici cəbhədə Açıq Qapı Siyasəti (Open Door Policy);
slahatların başladığı dövrəqədər Çində torpaqlar xüsusi(ziliu di) və kollektiv
nəzarətdə(jiti di) olan torpaqlara bölünürdü. Əkilən ərazilərin 6,2%-ni əhatə edən xüsusi
istifadədə olan torpaqlar əsasən qədim ailələrə mənsub olmaqla onlar üzərindəki
istehsal qərarları demək olar ki, sərbəst şəkildə verilirdi.
lkin olaraq Çin iş qüvvəsinin 70%-ni özündə birləşdirən aqrar sektorda aparılan
isahatlar isə iki mühüm elementi, Ailəvi Cavabdehlik Sistemi (Household
Responsibility System - HRS) və kili Qiymət Sistemini (Dual Track Price System)
özündə birləşdirirdi.
Ailəvi Cavabdehlik Sistemi kollektiv təsərrüfatların fərdi ev təsərrüfatlarına doğru
transformasiyası ilə yanaşı əkilən torpaqların kollektiv nəzarətdə olan yerdə qalan
93,8%-nin üç müxtəlif formalı istifadə hüququ əsasında aqrar ev təsərrüfatlarına
paylanmasını nəzərdə tuturdu
56
:
Pay torpağı(ration land-kouliang tian) adlanan və ev təsərrüfatlarının ehtiyaclarını
təmin etmək məqsədilə verilən istifadə hüququ;
Cavabdehli torpaqlar (responsibility land-zeren tian) adlanan və təsərrüfatçıya təyin
edilmiş məbləğdə və aşağı qiymətlərlə taxıl və ya pambıq məhsullarını dövlətə
satmaq öhdəliyi yükləyən istifadə hüququ;
Müqavilə torpağı(contract land-chengao tian) adlanan və auksionlar və ya kənd
rəhbərləri tərəfindən müəyyən pul məbləği müqabilində paylanan istifadə hüquqlu
torpaqlar;
55
Sylvie Demurger, Jeffrey D. Sachs, Wing Thye Woo, Shuming Bao, Gene Chang and Andrew Mellinger, “Geography,
Economic Policy and Regional Development in China”, Harvard University Cambridge, Massachusetts, Institute of
Economic Research,
http://post.economics.harvard.edu/hier/2002papers/2002list.html
, March 2002, səhfə: 15;
56
Guo Li, Scott D. Rozelle and Jikun Huang, “Land Rights, Farmer Investment Incentives, and Agricultural
Production in China”, Department of Agricultural &Resource Economics, UCD ARE Working Papers (University of
California, Davis), Paper 00-024, 2000, səhfə: 5-6;
111
kili Qiymət Sisteminə əsasən isə dövlət təsərrüfat subyektləri üzərində istehsal
etdikləri məhsulun müəyyən hissəsini təsbit edilmiş qiymətlərlə əvvəlcə dövlətə satmaq
öhdəliyi qoyur, qalan məhsulu isə azad bazarda formalaşan azad qiymətləri vasitəsilə
reallaşdımaq azadlığını verir. Yəni təsərrüfat subyekti bazarakı nisbətən yüksək
qiymətlərlə məhsulunu reallaşdırmaq üçün dövlətin qoyduğu kvotadan daha çox istehsal
etməkdə maraqlı olur, bazarda qiymətlər aşağı olduqda isə sadəcə dövlətə satmalı
olduğu həddə məhsul istehsalı ilə kifayətlənməyə çalışır. Bu baxımdan əgər 1978-ci ildə
Çin fermerləri istehsal etdikləri məhsulun yalnız 8%-i azad bazar qiymətləri ilə
reallaşdırırdılarsa, 1990-cı illərdə bu rəqəm artıq 80%-ə qalxmışdır
57
.
Beləliklə, digər islahatlarla yanaşı aqrar sektorda həyata keçirilən yuxarıdakı
tədbirər Çin aqrar təərrüfatlarında güclü stimul yaradaraq istehsalın kəskin artımında
böyük rol oynamış və ölkənin ümumiqtisadi inkişafına öz həlledici təsirini göstərmişdir.
Nəhayət, EOÖ-in aqrar siyasət təcrübəsini nəzərə alaraq ölkəmiz üçün aşağıdakı
nəticələri çıxarmaq olar:
EOÖ-in təcrübəsi göstərir ki, aqrar sektorda həyata keçirilən islahat və tənzimləmə
xarakterli tədbirlərin daha effektli nəticələr əldə etməsi üçün hökmən düzgün şəkildə
qurulmuş və valyuta kursları, faiz dərəcələri, inflyasiya, məşğulluq və tədiyyə
balansı kimi sahələrdə dövlət siyasətini özündə birləşdirən əlverişli makroiqtisadi
mühit təmin edilməlidir;
Bu ölkələr arasında dövlət investisiyaları şəklində regional infrastruktur, sosial
xidmətlər və aqrar sektorun digər ictimai xarakterli sahələrini maliyyələşdirənləri
aqrar istehsalın sürətlə artmasına nail olmuşlar;
EOÖ-in təcrübəsində geniş istifadə olunan və kifayət qədər müsbət nəticələrə
gətirib çıxarmış idxalı əvəz edən aqrar məhsulların və ixracı genişləndirən aqrar
məhsulların dəstəklənməsi siyasətindən ölkəmizdə də istifadə edilə bilər;
EOÖ-də maliyyə-kredit resursları kifayət qədər məhdud olduğundan və daha az
risqli olması baxımından əsasən sənaye sahələrinə yönəlməsi aqrar sektorda ciddi
kredit çatışmazlığı ilə müşahidə olunur və bu sahədə dövlət tərəfindən kredit
57
Campell R. Mcconnell, and Stenley L. Brue, “Economics: principles, problems, and policies”, 14’th edition, Irwin
McGraw-Hill Companies, International Edition, 1999, səhfə: 843;
112
resursları təmin edilən ölkələrdə müsbət nəticələr ortaya çıxmışdır. Bu problem
bizim ölkə üçün də aktualdır;
EOÖ-in
bir
çoxunda
ə
lverişli
siyasi
və
hüquqi-instutsional
mühüt
formalaşmadığından bütün sahələrdə olduğu kimi aqrar sektora yönəldilən dövlət
dəstəkləmə siyasətindən də əsasən qeyri-məhsuldar, lakin siyasi gücü olan aqrar
subyektlər yararlanmışlar ki, bu da yürüdülən aqrar siyasətin effektivliyinin xeyli
aşağı düşməsinə səbəb olmuşdur;
Nəhayət, EOÖ arasında Çin təcrübəsindən, xüsusilə onun ikili qiymət mexanizmi
siysətindən bir sıra məhsular üzrə ölkəmizdə də geniş istifadə edilə bilər;
Keçid iqtisadiyyatı ölkələri keçmiş Sovetlər Birliyinə daxil olan ölkələr və
Varşava Paktına qoşulmuş Mərkəzi və Şərqi Avropa ölkələrindən ibarətdir. Sosialist
sistemi dağıldıqdan sonra bu ölkələrin hamısı bazar iqtisadiyyatına keçid yolunu tutmuş
və öz iqtisadiyyatlarında bazar prinsiplərinə əsaslanan aktiv islahatlar mərhələsinə daxil
olmuşlar. Bu mərhələdə Sovetlər Birliyinə daxil olan ölkələr və Mərkəzi və Şərqi
Avropa ölkələrinin aqrar siyasət təcrübələrində fərqliliklər müşahidə edilməkdədir.
Mərkəzi və Şərqi Avropanın Keçid qtisadiyyatı Ölkələri
Mərkəzi və Şərqi Avropa ölkələrində sosializm II Dünya müharibəsindən sonra
qurulduğundan bu ölkələrdə sosialist ənənələri elə də dərin kök salmamış və torpaq
üzərində mülkiyyət və təsərrüfatçılıq dövlət və kollektiv olmaqla yanaşı xüsusi(fərdi)
formalarda da həyata keçirilirdi. Bu ölkələrdə islahatlar nəticəsində qiymətlər və ticarət
tam liberallaşdırılmış, özəlləşdirmə və torpaq islahatı həyata keçirilmiş və aqrar
təsərrüfatlar restrukturizasiya olunmuşdur
58
. Bu ölkələrin qanunvericiliyində bütün
torpaqlar potensial xüsusi mülkiyyətli torpaqlar kimi qəbul olunmuş, torpaq üzərində
alqı-satqı, icarə kimi bütün hüquqların transfert edilə bilməsinə sərbəstlik verilmiş,
onların bölgüsündə isə fiziki bölgü(physical plots) strategiyası seçilmişdir. Həmin
ölkələrdə torpaqların özəlləşdirilməsində isə fərqliliklər müşahidə edilməkdədir. Belə
ki, onların əksəriyyəti özəlləşdirməni kollektivləşdirmə nəticəsində öz torpağından
məhrum olmuş şəxslər və onların varislərinə təzminat şəklində, Rumuniya və
Macarıstan həm təzminat(restitution), həm də aqrar işçilər və kənd əhalisi arasında
58
Daha ətraflı bax: William Liefert and John Swinnen, “Changes in Agricultural Markets in Transition Economies”,
Economic Research Service United State Department of Agriulture (ERS), Agricultural Economic Report No. AER806,
March 2002;
Dostları ilə paylaş: |