Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə57/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   53   54   55   56   57   58   59   60   ...   132

 

228


Ölm

zlik


məşğul  oldum. Artıq  televiziyadan,  mətbuatdan  bilirsiniz  ki,  Şahbuz  rayonunda  yeni  bir  hərbi 

hissə yaranıbdır, fəaliyyət göstərməsi üçün hərbi şəhərcik tikilibdir. Mənə Vasif Talıbov bu barədə 

məlumatlar verirdi. Mən də bunu dəstəkləyirdim. Ancaq dünən oraya getdim və gördüklərim məni 

çox sevindirdi. Bu məsələni indi geniş izah etmək istəmirəm. Naxçıvan Muxtar Respublikasının 

etibarlı  müdaiəsi  təkcə  naxçıvanlıların  işi  deyil,  təkcə  Naxçıvanda  yaşayanların,  Naxçıvanda 

yerləşdirdiyimiz hərbi hissələrin işi deyildir. Bu bizim ümumi işimizdir. Millətimizin, Azərbaycan 

dövlətinin ən böyük işlərindən biridir.

Ümumiyyətlə, müstəqil ölkənin hərbi qüdrətini inkişaf etdirmək və hər bir hadisənin vaxtında 

qarşısını almaq üçün təminat yaratmaq dövlətin əsas vəzifələrindən biridir. Təəssülər olsun ki, 

bizim müstəqil dövlətimiz yaranmamış Azərbaycanı yaraladılar, ermənilər torpaq iddiası ilə çıxış 

etdilər. Onların qarşısı alınmadı. Sonra bu, müharibəyə çevrildi və Azərbaycan xalqı böyük itkilər 

verdi. Torpaqlarımızın bir qismi işğal olundu. İşğal olunmuş torpaqlardan zorla çıxarılmış bir milyon 

adam neçə illərdir ki, ağır vəziyyətdə çadırlarda yaşayırlar. Belə bir vəziyyətdə olan respublika 

Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün bütün imkanlardan 

istifadə edərək, eyni zamanda, ölkənin ümumən müdaiəsini, müdaiə potensialını yüksəltməlidir. 

Dövlət başçısı kimi, mən daim bu işlə məşğul oluram və indi yaxşı nəticələrini görürəm.

Dünən  Şahbuz  rayonunda  yeni  hərbi  şəhərcikdə  hərbçilərlə  görüşdüm,  onların  nümayiş 

etdirdikləri  bəzi  silah  növləri,  əsgərlərin  həqiqi  Azərbaycan  əsgəri  kimi  yeriməsi,  durması, 

Azərbaycanın himnini öz səsləri ilə oxumaları – bunlar hamısı məndə o qədər böyük hissiyyatlar 

yaratdı ki, düşündüm – bəli, bizim gördüyümüz işlər nəticə verir.

Mən oradan dönəndən sonra Naxçıvan Muxtar Respublikasında olan bütün hərbi hissələrin 

komandirləri ilə üç saat müşavirə keçirdim. Müdaiə nazirini dinlədim, Naxçıvan qarnizonunun 

komandanı general-leytenant Mustafayevi dinlədim, digər zabitləri dinlədim. Yəni mənə lazım idi 

ki, buradakı vəziyyətin nə cür olduğunu özüm biləm. Mən müşavirədən, onun nəticələrindən çox 

razı qaldım. Hiss etdim ki, bəli, bizim buradakı hərbi hissələrimiz öz vəzifələrini bilirlər, Naxçıvan 

Muxtar Respublikasını hər an qorumağa qadirdirlər Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan 

ərazimizin parçalanması nəticəsində ağır vəziyyətdə olduğu halda, bizim buradakı ordu hissələrimiz 

yaxşı səviyyədədirlər. Ancaq mən onların qarşılarında vəzifələr də qoydum. O vəzifələri yerinə 

yetirmək  üçün  onlara  yardım  lazımdır.  Mən  bunu  da  edəcəyəm.  O  vəzifələri,  o  işləri  ki,  mən 

etməliyəm, edəcəyəm və edirəm.

Yadımdadır, 1996-cı ildə burada hərbi hissə yaradılması haqqında mən göstərişlər verəndə, 

Bakıda bəziləri etiraz edə bilmirdilər, amma öz fıkirlərini deyirdilər ki, nəyə lazımdır, nə üçün? 

Mənə  dünən  lazım  idi  görüm  ki,  buradakı  əsgər  nə  vəziyyətdədir,  zabit  necədir,  onların  döyüş 

qabiliyyəti necədir və buradakı komanda heyəti nə səviyyədədir, nə edirlər və Naxçıvanı etibarlı 

qoruya bilərlərmi?

Mənim  yadıma  1992-ci  il  düşür.  Sədərək  istiqamətindən  Naxçıvana  hücum  etmişdilər. 

Silahımız, sursatımız yox, oradan-buradan nə isə tapırdıq, biz orada 40 gün döyüşdük. Onda bəzi 

insanlar həlak oldu. Ancaq bu, lokal bir şey idi. O vaxt bunun qarşısını mən döyüşlə yox, siyasi 

danışıqlarla aldım. Həm Ermənistan tərəi ilə, həm də Türkiyənin rəhbərləri ilə daim danışıqlar 

aparırdım. Bunların nəticəsində mən bunun qarşısını aldım. Amma indi o vaxt deyil, Azərbaycan 




229

   


        

Ölm


zlik

müstəqil dövlətdir. Onun indi gərək Naxçıvanda etibarlı qoşun hissəsi olsun və bu da var. Mən 

bilirdim ki, bu var. Amma dünənki günümü buna həsr etdim ki, özüm gözlərimlə bir daha görüm, 

qulağımla eşidim, özüm anlayım – bu həqiqətən varmı? İndi sizə deyə bilərəm ki, var. Arxayın 

olun.

Mən söhbətimi ondan başladım ki, buraya gələndə özüm-özümə o qədər planlar cızıram ki, bir 



də görürsən, gün keçir, vaxt keçir, onların müəyyən hissəsini yerinə yetirə bilmirsən. Vasif Talıbov 

mənə məlumat vermişdi ki, Bəhruz Kəngərlinin muzeyi hazırlanıbdır. Mən bu məsələ ilə də məşğul 

olmuşdum. Bizim Mədəniyyət Nazirliyi, yaxud Dövlət İncəsənət Muzeyi, hətta Bəhruz Kəngərlinin 

bəzi  fondlarda  saxlanan  əsərlərini  Naxçıvan  nümayəndələrinə  göstərmək  istəmirdilər  ki,  bunlar 

bizim fonddadır, biz bunu qoruyuruq, saxlayırıq. Qoruyursunuz, saxlayırsınız – bu yaxşıdır. Amma 

mən fıkirləşdim ki, onlar daha da yaxşı qorunmalıdır. Yaxşı qoruyub saxlaya bilmirlər.

Sən onu zirzəmidə, yaxud ayrı yerdə qoruyub saxlayırsan. Bəs bizim vətəndaşlarımız, xalqımız 

Bəhruz Kəngərlinin yaradıcılığı ilə nə cür tanış olsun?! Hər halda, mən lazımi göstərişlər verdim. 

İndi çox şadam ki, burada muzey yaradılıb, sizinlə baxacağıq. Təbiidir ki, onun əsərləri çoxdur, 

hamısını  buradakı  muzeyə  vermək  olmaz.  Mən  bu  fıkirlə  də  razıyam.  Çünki  onlar Azərbaycan 

dövlətinin  milli  sərvətidir,  bunlardan  istifadə  etmək  lazımdır.  Amma  dövlət  bunları  qoruyub 

saxlamalıdır.

Bəhruz  Kəngərli  haqqında  yazıblar,  yəqin  siz  eşitmisiniz,  bilirsiniz.  Onun  əsərlərinin 

çoxunu yəqin görməmisiniz. İndi burada nümayiş etdirilən əsərləri hələ çoxları görməyibdir. Bu 

onun əsərlərinin az bir hissəsidir. Nadir istedada malik olan bir insan idi. O, Azərbaycan xalqının 

professional rəssamlıq sənətində ilk rəssamdır, bunu açıq deməliyik. Bilirsiniz, Əzim Əzimzadəni 

böyük şəxsiyyət kimi həmişə təbliğ edirik və bundan sonra da təbliğ edəcəyik. Amma onun əsərləri, 

əsasən, qrafıka əsərləridir və daha çox “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlığı, orada yaratdığı 

karikaturaları  və  bir  çox  başqa  əsərləri  ilə  tanınır. Amma  Bəhruz  Kəngərli,  birincisi,  Tbilisidə 

professional rəssamlıq təhsili alıbdır. İkincisi də, iş təhsil almaqda deyil, bu, Bəhruz Kəngərlinin 

özünün fıtri istedadı idi. Orada o qədər adam təhsil alıb ki, onların heç də hamısı görkəmli rəssam 

olmayıbdır.

Yadımdadır,  mən  həmin  bu  binada  orta  məktəbdə  oxuyarkən  Bəhruz  Kəngərli  haqqında 

oradan-buradan eşidirdik. Amma Bəhruz Kəngərlini üzə çıxaran, təbliğ edən yox idi. İndi mən deyə 

bilmərəm nə üçün. Bəlkə o vaxt hesab edirdilər ki, o, devrilmiş sinin, yəni bolşeviklər tərəindən 

devrilmiş sinin nümayəndəsidir. Ona görəmi, ya nəyə görəmi, mən buna cavab verə bilmərəm. 

Ancaq onu bilirəm ki, Bəhruz Kəngərli haqqında gənc vaxtımda eşitmişdim. Çünki mən özüm də 

rəssamlıqla maraqlanırdım, məşğul olurdum və rəsm əsərləri çəkirdim. Ona görə də marağım daha 

çox idi. Ancaq onun haqqında heç bir məlumat yox idi.

Sonralar  mən Azərbaycanda  sizə  məlum  olan  vəzifələrdə  işləyəndə, Azərbaycana  başçılıq 

edən  zaman  bir  neçə  dəfə  göstərişlər  vermişdim  ki,  araşdırın,  Bəhruz  Kəngərlinin  əsərlərini 

gətirin. Amma nədənsə, hər dəfə – deyə bilmərəm ki, buna müqavimət göstərmişdilər, səhlənkarlıq 

etmişdilər – belə qalırdı. İndi nəhayət, biz Bəhruz Kəngərlini üzə çıxardıq. Yəni üzə çıxardıq sözü 

dəqiq deyil, o onsuz da yaratdığı əsərlərə görə bizim mədəniyyətimizdə, incəsənətimizdə öz yerini 

tutmuşdur. Amma onun əsərlərini elə “dərin quyuya” salmışdılar ki, insanlar onu o qədər də yaxşı 

tanımırdılar.




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə