Better Research, Better Policy, Better Reform
Xalid Mikay
ılov
Şərqi Tərəfdaslıq Ölkələri Yeni Mərhələdə:
Đqtisadi Təhlil
© Center for Economic and Social Development (CESD)
Shirin Mirzeyev 76 "a"/33,
Baku, Az1002,
AZERBAIJAN
Phone; (99412) 5970691
(99412) 4975684
Fax (99412) 4975684
Email;
cesd.az
@
gmail.com
info@cesd.az
URL;
www.cesd.az
Oktyabr, 2011
Şərqi Tərəfdaslıq Ölkələri Yeni Mərhələdə: Đqtisadi Təhlil
Giriş
Şərq Tərəfdaşlığı ideyası Fransanın 2008-ci ildə Aralıq dənizi ölkələrinə Avropa
Birliyi ilə daha sıx əməkdaşlıq etməyə imkan verəcək birlik yaradılması haqqında
təşəbbüsündən sonra meydana gəlmişdir. Həmin vaxt Đsveç və Polşa oxşar AB
qonşuluq siyasətinin onun Şərq qonşularına da tətbiq edilməsi təklifini irəli
sürdülər. Nəticədə 2009-cu ilin May ayında Şərq Tərəfdaşlığı platforması yarandı.
Platforma 6 ölkəni – Azərbaycan, Belarus, Ukrayna, Ermənistan, Gürcüstan və
Moldovanı əhatə edir. Platforma viza, azad ticarət və enerji təhlüksəizliyi
məslələrinin müzakirəsi və həlli üçün çərçivə yaratmaq məqsədilə yaradılmışdır.
Bura həmçinin islahatların sürətləndirilməsi, hüquqi yaxınlaşma və daha geniş
iqtisadi inteqrasiya da daxildir.
Avropa Şurasının Şərq Tərəfdaşlığı ilə bağlı qəbul etdiyi deklarasiyada
platformanın məqsədinin “onun qonşularında sabitliyin yüksəldilməsi, yaxşı
idarəetmə və iqtisadi inkişaf” oluduğu göstərilmişdir.
Şərq tərəfdaşlığının məqsədi 6 ölkədə siyasi və sosial-iqtisadi islahatları
dəstəkləmək, onları Avropa Birliyi standartlarına yaxınlaşdırmaq və ölkələrin öz
arasında etimada nail olmaqla, əlaqələri yaxşılaşdırmaqdan ibarətdir.
Şərq Tərəfdaşlığı ölkələri istər mədəniyyət, istərsədə iqtisadi baxımdan bir-
birindən fərqlənirlər. Belə ki, iqtisadi baxımdan Şərq Tərəfdaşlığına bir böyük ölkə
Ukrayna, 2 orta ölçülü ölkə olan Azərbaycan və Belarus, həmçinin üç kiçik ölkə
Ermənistan, Gürcüstan və Moldova daxildir. Ukrayna 46 milyonluq əhalisi ilə Şərq
Tərəfdaşlığının əhatə etdiyi ölkələrin əhalisnin 60%-dən çoxuna malikdir.
Bu ölkələr eyni əməkdaşlıq platformasında birləşsələr də onların bəzilərinin
arasında ərazi mübahisələri mövcuddur. Azərbaycan-Ermənistan arasında Dağlıq
Qarabağ münaqişəsi, Gürcüstan ərazisində Abxaziya və Cənubi Osetiya
münaqişələri, Moldova ərazisində isə Dnestiryanı münaqişələr mövcuddur.
Gələcəkdə Şərq Tərəfdaşlığının uğuru bu münaqişələrin həllindən çox asılıdır.
Lakin bütün bu çətinliklərə baxmayaraq Şərq Tərəfdaşlığı bu ölkələr arasında
problemlərin müzakirəsi üçün yaxşı bir forum rolunu oynaya bilər.
Bu baxımdan AB Şərq Tərəfdaşlığına daxil olan ölkələr arasında həm də iqtisadi
və siyasi inteqrasiyaya nail olmaqla bu ölkələri bir-birinə yaxınlaşdırmaq
niyyətindədir.
Bu ölkələrlə işləmək üçün Avropa Komissiyası tərəfindən 2013-cü ilə kimi 600
milyon avro maliyyə vəsaiti ayrılmışdır.
Şərq Tərəfdaşlığı ölkələri 75 milyon nəfər əhali ilə 501 milyonluq Avropa Birliyi
əhalisi ilə müqayisədə onun 15%-ni təşkil edir.
Bu fəsildə Şərq Tərəfdaşlığı ölkələrində ÜDM-un və adambaşına düşən ÜDM-in
müqayisəli təhlili, ÜDM-un sahələr üzrə strukturu və onun təhlili,Tərəfdaş
ölkələrin dövlət büdcələrinin həcmi və büdcə kəsirlərinin müqayisəsi, həmçinin bu
ölkələrdə mövcud olan məşğulluq problemləri, ölkələrin sənayelərinin strukturu və
onların inkişaf problemləri, bu ölkələrin əsas ticarət, ixrac və idxal partnyorları və
onların hər birinin Avropa Birliyi ilə ticarət əlaqələri və Birliyin ümumi ticarət
dövriyyəsindəki payı və s kimi məsələlərə aydınlıq gətirməyə çalışmışıq.
1. Şərq Tərəfdaşlığı ölkələrində makroiqtisadi göstəricilər və iqtisadi
vəziyyət
1.1 Şərq Tərəfdaşlığı ölkələrinin ÜDM-in həcmi və müqayisəsi
Şərq Tərəfdaşlığı ölkələrinin ÜDM-nun həcmi və müqayisəsinə keçməzdən əvvəl
gəlin bu ölkələrin demoqrafik göstəriciləri ilə yaxından tanış olaq. Demoqrafik
baxımdan Şərq Tərəfdaşlığı ölkələri arasında ən yüksək göstəriciyə Ukrayna
malikdir. Belə ki, bu ölkənin əhalisinin sayı təqribən 45 milyon təşkil edir ki, bu da
qalan Tərəfdaş ölkələrin əhalisinin ümumi sayından 1,4 dəfə və ya 14,8 milyon
nəfər çoxdur. Azərbaycan və Belarus demoqrafik baxımdan təqribən eyni
göstəricilərə malikdirlər. Bu ölkələrin əhalisinin sayı müvafiq olaraq 9,1 milyon və
9, 5 milyon nəfər təşkil edir. Demoqrafik baxımdan Tərəfdaş ölkələr arasında ən
kiçik ölkə Ermənistandır. Belə ki, bu ölkənin əhalisinin sayı təqribən 3 milyon
təşkil edir. Gürcüstan və Moldova da demoqrafik göstəricilər baxımından təqribən
oxşardırlar. Müvafiq demoqrafik göstəricilərlə aşağıdakı diaqramdan ətraflı tanış
ola bilərsiniz.