Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə6/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   85

mexanizmləri ilə müqayisəli təhlili, şikayətlərə baxılması və məsləhət rəyləri
verilməsi ilə bağlı yurisdiksiyası, Avropa Məhkəməsində şikayətlərə baxılması
mexanizmi, Məhkəmənin qərarlarının hüquqi qüvvəsi və icrası və bununla bağlı
bir sıra digər məsələlər ətraflı şəkildə təhlil edilmişdir. 
Avropa Məhkəməsinin çıxardığı qərarların Azərbaycanda necə icra olunması,
onlardan hüquq sistemimizdə hansı qaydada istifadə olunması ilə bağlı müəllifin
apardığı araşdırmalar böyük maraq kəsb edir və bu təklif və tövsiyələr müvafiq
dövlət orqanları, o cümlədən məhkəmələr tərəfindən nəzərə alınmalıdır.   
Bu dərs vəsaitinin çap olunması Azərbaycan Respublikası Prezidentinin 27
dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında
insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli
Fəaliyyət Proqramının insan hüquqları ilə bağlı dərs vəsaitlərinin  hazırlanması və
nəşrini  nəzərdə  tutan  4.6-cı  bəndinin  səmərəli  icrası  baxımından  olduqca
önəmlidir.  
Xüsusilə də, onun Avropa İnsan Hüquqları Konvensiyasının  Azərbaycana
münasibətdə qüvvəyə minməsinin 10-cu ildönümünün qeyd olunduğu bir vaxtda
işıq üzü görməsi təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.
Avropa  Məhkəməsi  üzrə  bələdçi  olan  bu  dərs  vəsaiti Azərbaycan  hüquq
ictimaiyyəti üçün dəyərli töhfədir.  
Çingiz Əsgərov
Avropa İnsan Hüquqları Məhkəməsi yanında  
Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi                                                              
Zaur  Əliyev
22


GİRİŞ
Azərbaycan Respublikasının 2001-ci ilin yanvarından Avropa Şurasının
üzvü olması hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürət -
lən məsi, milli qanunverici liyin Avropa Şurasının tələblərinə və Avropa hüquq
stan dartlarına uyğunlaş dırılması, demokratik təsisatların, institusional mexanizm -
lə rin yaran ması, insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsi sisteminin
formalaşması üçün real zəmin yaratmış oldu.
Avropa Şurası əsasən Avropa məkanında insan hüquqlarının müdafiəsini
təmin edən təşkilat kimi tanınır. Şuranın hər bir üzvü hüququn ümumi prin sip lə -
rin dən və beynəlxalq hüququn fundamental prinsiplərindən olan və bir sıra beynəl -
xalq  sənədlərdə,  o  cümlədən  Birləşmiş  Millətlər Təşkilatının  (BMT)  Nizam-
 naməsində, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində öz əksini tapmış əsas
insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipini rəhbər tutmalıdır.
Azərbaycan Respublikası Avropa Şurasının üzvü olmaqla öz üzərinə bir sıra
öhdəliklər götürmüşdür. Bu öhdəliklərdən biri də bir il ərzində İnsan hüquqlarının
və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (Avropa İnsan Hüquqları
Konvensiyasının) və onun 1, 4, 6 və 7 saylı Protokollarının ratifikasiya edilməsi
idi. Azərbaycanın öz üzərinə götürdüyü bu öhdəlik vaxtında yerinə yetirildi. Belə
ki, qeyd olunan Konvensiya və onun 1, 4, 6 və 7 saylı Protokolları 25 dekabr
2001-ci il tarixdə Milli Məclis tərəfindən müvafiq bəyanatlar və qeyd şərtlərlə
ratifikasiya olunmuşdur. Avropa İnsan Hüquqları Konvensiyasına dair Azərbaycan
Respublikasının bəyanatında deyilir: «Azərbaycan Respublikası bəyan edir ki, o,
Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın
müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər
təminat vermək iqtidarında deyildir».
Avropa İnsan Hüquqları Konvensiyasının 59-cu maddəsinə əsasən, Kon -
ven siya onu sonradan ratifikasiya edən dövlətlər üçün, onların öz təsdiqnamələrini
saxlanılmağa verdikləri tarixdən qüvvəyə minir. Avropa İnsan Hüquqları Kon -
vensiyası və onun ratifikasiya edilmiş Protokolları Azərbaycana münasibətdə 15
aprel 2002-ci il tarixdən, yəni ratifikasiya haqqında sənədin depozitariyə verildiyi
gündən qüvvəyə minmişdir. Konvensiyanın dövlətə münasi bətdə qüvvəyə minmə
tarixinin olduqca mühüm hüquqi əhəmiyyəti vardır. Belə ki, məhz bu tarixdən
müvafiq dövlətin yurisdiksiyası altında olan şəxslərin Avropa İnsan Hüquqları
Məhkəməsinə (Avropa Məhkəməsi yaxud Məhkəmə adlandırılacaq) müraciət
etmək hüququ yaranır. Azərbaycanın yurisdiksiyası altında olan şəxslərin (vətən-
daşlar, vətəndaşlığı olmayan şəxslər, əcnəbilər, hüquqi şəxslər və digərləri) Avropa
Avropa İnsan Hüquqları Məhkəməsi
23


Məhkəməsinə müraciət hüququ məhz 15 aprel 2002-ci il tarixdən, yəni Kon -
vensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixdən yaranır. Burada
bir məqama da diqqət yetirmək zəruridir ki, əgər pozulmuş hüquq Konvensiyaya
dair hər hansı Protokolda nəzərdə tutulubsa Məhkəməyə müraciət etmək hüququ
həmin Protokolun, barəsində şikayət verilən dövlətə münasibətdə qüvvəyə min-
məsi tarixindən başlanır.
Avropa İnsan Hüquqları Konvensiyası - təyinatı insan hüquqlarının müda -
fiəsini təmin etməkdən ibarət olan regional beynəlxalq müqavilədir. Bu Kon ven -
siyanı insan hü quq larına dair beynəlxalq sənədlər içərisində ən effektiv sənəd kimi
dəyərləndirmək olar. Buna səbəb onun əsasında yaradılan və fəaliyyət göstərən sə-
mərəli hüquq müdafiə mexanizmidir. Bu, Konvensiyanın 19-cu maddəsi əsasında
təsis edilən və daimi əsasda fəaliyyət göstərən Avropa İnsan Hüquqları Məhkə mə -
sidir. Məhkəmə, iştirakçı-dövlətlərin Konvensiya və əlavə Protokollarla öz üzərlə -
rinə götürdükləri öhdəliklərə riayəti təmin etmək məqsədilə yaradılmışdır. Avropa
Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasında və ona əlavə Protokollarda
təsbit olunmuş əsas insan hüquq və azadlıqlarının pozulması ilə bağlı fərdi və
dövlətlərarası  şikayətlərə  baxan  və  fərdin  bilavasitə  beynəlxalq  məhkəməyə
müraciətini  təmin  edən  ilk  ixtisaslaşdırılmış  beynəlxalq  məhkəmə  orqanıdır.
Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinə əsasən, Avropa Məhkə-
məsinin qərarları məcburi xarakter daşıyır. Müvafiq olaraq Məhkəmənin Azər-
baycana münasibətdə qərarları dövlət orqanları, o cümlədən məhkəmələr üçün də
məcburidir (22, 22). Dövlətlər qərarın icrası ilə bağlı konkret tədbirlərlə yanaşı
gələcəkdə analoji pozuntuların qarşısını almaq üçün ümumi xarakterli tədbirlər
də həyata keçirməlidirlər (61, 166).
Azərbaycan Respublikasının Avropa Şurasının üzvü olması, Avropa İnsan
Hüquqları Konvensiyasını və onun müvafiq Protokollarını ratifikasiya etməsi
Konvensiyada və ya əlavə Protokollarda təsbit olunmuş hüquqların pozulduğu
halda  və  dövlətdaxili  səviyyədə  pozulmuş  hüquqların  bərpasına  nail  oluna
bilinmədiyi hallarda vətəndaşların və dövlətin yurisdiksiyası altında olan digər
şəxslərin Avropa Məhkəməsinə müraciət etməsinə imkan verir. Həmçinin, Er-
mənistandan deportasiya olunmuş və Ermənistan tərəfindən Azərbaycan torpaq -
larının işğalı nəticəsində bir çox hüquqları pozulmuş, əsasən də Konvensiyaya
əlavə 1 saylı Protokolun 1-ci maddəsinin pozulması ilə əlaqədar minlərlə soy da -
şı mız işğalçı Ermənistana qarşı bu dövlətin də Avropa İnsan Hüquqları Konven -
siyasına qoşulmasını nəzərə alaraq Avropa Məhkəməsinə müraciət etmək imkanı
əldə etmişlər. “Çırağov və digərləri Ermənistana qarşı” işi buna misaldır.
Bununla əlaqədar qeyd etmək yerinə düşərdi ki, Azərbaycanın işğal edilmiş
əraziləri üzərində faktiki nəzarəti həyata keçirdiyindən həmin ərazidə insan hüquq
Zaur  Əliyev
24


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə