Biologiya aze metodik


İnteqrasiya imkanlarının müəyyən edilməsi



Yüklə 16,56 Mb.
Pdf görüntüsü
səhifə26/161
tarix11.04.2022
ölçüsü16,56 Mb.
#85312
növüDərslik
1   ...   22   23   24   25   26   27   28   29   ...   161
bio-8-ci-sinif-ucun-metodik-vasait

İnteqrasiya imkanlarının müəyyən edilməsi
  planlaşdırma  aparmaq  üçün 
müəllimə lazım olan bacarıqlardan biridir. Biologiyanın bir çox fənlərlə (Fi zika, 
Kimya, Həyat bilgisi, Coğrafiya və s.) inteqrasiyası mümkündür. MV­də siz lərə 
təqdim  olunmuş  “Fənn  üzrə  məzmun  standartlarının  reallaşma  cəd vəli”ndə 
Biologiya  məzmun  standartlarının  digər  fənlərlə  inteqrasiya  imkan ları 
göstərilmişdir. Bu inteqrasiya imkanları biz müəlliflərin məzmun stan dart larını 
reallaşdırmamıza  imkan  yaradır.  Lakin  vəsaitdə  verilmiş  illik  plan laş dırma 
cədvəlində hər bir mövzu üzrə inteqrasiya verilməsinə bax ma ya raq, sinfi niz­
dəki  şagirdlərin  səviyyəsini,  maraqlarını,  resurslarınızı  nəzərə  alaraq  özü nüz 
inteqrasiya imkanları müəyyənləşdirə bilərsiniz. Bunun üçün: 
1.  Reallaşdıracağınız  məzmun  standartını  həyata  keçirmək  üçün  hansı  fənnin 
köməyinə ehtiyac olduğunu özünüz üçün müəyyənləşdirin;
2.  Seçdiyiniz fənnin məzmun standartlarını nəzərdən keçirin. Siz yalnız 8­ci sinif 
məzmun standartları ilə inteqrasiya yarada bilərsiniz
3.  İnteqrasiya üçün Biologiya fənni üzrə seçdiyiniz standarta müvafiq standartı 
müəyyənləşdirərək  illik  dərs  planında  qeyd  etməniz  vacibdir.  Bundan  sonra 
müəyyənləşdirdiyiniz inteqrasiya imkanına müvafiq olaraq istifadə edə cə yi niz 
resurslarda,  şagirdlərə  təqdim  edəcəyiniz  tapşırıqlarınızda  bunu  nəzərə  al­
malısınız.
Məsələn,  Biologiya  fənni  üzrə  “4.2.2.  Ətraf  aləm  və  onun  mühafizəsinə  dair 
təqdimat hazırlayır” standartının inteqrasiya imkanlarını nəzərdən keçirək. 
Verilmiş  məzmun  standartından  da  görünür  ki,  bu  bacarığı  formalaşdırmaq 
üçün həm Həyat bilgisi, həm də Coğrafiya fənninə istinad etmək olar. 
C.: 3.2.5. Ekoloji problemlərin insan həyatına təsirini izah edir.
H.b.: 1.2.1. Ekoloji tarazlığın qorunmasına və bərpasına dair layihələr hazırlayır.

Yüklə 16,56 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə