Biologiya aze metodik


Kinestetik(edərək)öyrənmətərzinə



Yüklə 16,56 Mb.
Pdf görüntüsü
səhifə38/161
tarix11.04.2022
ölçüsü16,56 Mb.
#85312
növüDərslik
1   ...   34   35   36   37   38   39   40   41   ...   161
bio-8-ci-sinif-ucun-metodik-vasait

Kinestetik(edərək)öyrənmətərzinə
malik olanlar təcrübəyə üstünlük verirlər – 
toxunmaq, hiss etmək, təcrübədən keçirmək və s. Kinestetik öyrənənlər tap­
şırığı sınaqdan keçirərək və bunu edərək öyrənə bilirlər. 
Tədris prosesində fəal təlim üsullarından istifadə şagirdlərin təhsilə, elmə ma rağını 
artırmaqla  yanaşı,  onlarda  əməkdaşlıq,  yaradıcılıq,  tədqiqatçılıq  qabiliy yət lərinin 
for ma laşmasına imkan yaradır, dərsin strukturu qarşısında müəyyən tə ləb lər qoyur.
Gündəlik  dərs  planını  hazırlayarkən  ilk  olaraq  öz  işinizi  mövzunun,  standartın, 
məqsədin, iş forması və iş üsulunun, inteqrasiya imkanlarının, resursların müəy­
yən ləşdirilməsi ilə başlayın. Yuxarıda sadalananların hər birinin düzgün müəyyən 
edilməsində alt standartlar mühüm rol oynayır. Eyni zamanda müasir dərsin hər 
bir  mərhələsi  alt  standartın  reallaşmasına  yönəlməlidir.  Standartları  reallaşdı­
rarkən  təlimin  diferensiallaşdırılması  nəzərə  alınmalıdır.  Diferensial  təlimin  alt 
kom po nenti hesab olunan inklüziv təlimin əsasını hər bir şagirdə fərdi yanaşma 
ideyası təş kil edir. Bu yanaşma təlim prosesində şagirdlərin inkişaf səviyyələrinə, 
ehti yac la rına, maraqlarına və s. görə müəyyən edilə bilər. 
Müasir dərsin strukturunu 3 hissəyə bölmək olar. Giriş hissəyə – motivasiya, təd­
qiqat sualı; əsas hissəyə – informasiyanın mübadiləsi, informasiyanın müza ki rə si; 
yekun hissəyə – nəticə və ümumiləşdirmə, yaradıcı tətbiqetmə və qiy mət lən dir­
mə aid edilə bilər. 
Dərslikdə yer alan bir neçə mövzunun gündəlik planlaşdırılmasını sizə təqdim edirik.

Yüklə 16,56 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə