Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
426
iqtisadi səviyyəyə isə yalnız 2005-ci ildə çatmaq mümkün olmuşdu. Müstəqilliyimizin ilk illərində
Azərbaycanın xarici ticarətində olan problemlər əsasən Rusiyaya satılan neft maşınqayırması avadanlıqlarının,
şərab, pambıq, tütün, tərəvəz və meyvə kimi kənd təsərrüfatı məhsullarının satılmamasına, əvəzində ölkənin
aldığı taxıl, şəkər kimi ərzaq məhsullarının isə kəskin çatışmamasına səbəb olmuşdur. Əslində bu məhsulların
alınmaması başqa respublikaların iqtisadiyyatını özünün xammal mənbəyinə çevirən Rusiyanın da
iqtisadiyyatına ziyan vursa da, bu respublika müttəfiq respublikaları belə şantaj edərək onları yeni formada
İttifaqda birləşməyə vadar etmək istəyirdi. Həmin dövrdə müttəfiq respublikalar özləri öz aralarında və xarici
ölkələrlə ticarət əlaqələri yaratmaq təcrübəsinə malik olmadıqlarından onların başqa ölkələrlə, eyni zamanda
keçmiş sovet respublikaları ilə əlaqələr yaratmasına müəyyən vaxt lazım gəlmişdi. Eyni zamanda müttəfiq
respublikalar arasında birbaşa ticarət əlaqələrinin yaradılmasına bu əlaqələrin bərpa olunması ilə yenidən
müstəqilliyimizin itiriləcəyi qorxusu maneə olurdu. Lakin Rusiyanın gözlədiyinin əksinə olaraq əvvəlcə yaxın
qonşular olan İran və Türkiyə ilə ilə, sonralar isə tədiricən dünyanın daha uzaq ölkələri ilə Azərbaycanın
əlaqələrinin genişlənməsi həm Rusiyadan asılığı azaldır, həm də artıq müstəqilliklərini möhkəmləndirmiş
müttəfiq respublikaların öz arasında birbaşa əlaqələrinə şərait yaratmışdı ki, bu da xarici ticarətin həm hazırkı
tərkibini, həm də coğrafiyasını formalaşdırmışdır.
Adətən hansısa bir ölkənin ticarət dövriyyəsini xarakterizə edərkən onun həcminin böyüklüyü ilə yanaşı,
ixracın idxalı üstələməsi, yəni müsbət saldonun olmasına mühüm diqqət yetirilir. Bu cəhətdən Azərbaycanın
ticarət dövriyyəsi ildən ilə artmaqla yanaşı, 2004-cü ildən bu tərəfə daima müsbət saldoya malik olmuşdur.
Lakin mütəxəssislər belə kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişiklikləri ilə də müşayət olunmasına mühüm
əhəmiyyət verirlər. Belə ki, hər hansı bir ölkənin ixracının tərkibinin həm müxtəlif məhsullardan ibarət olması,
həm də ucuz xammal əvəzinə emal olunmuş məhsullarla ticarət əsas keyfiyyət göstəriciləri hesab olunur. Bu
iki əsas keyfiyyət göstəricilərinin hələ də Azərbaycanın ixracında olmaması isə 2014-cü ildən başlayaraq
özünün mənfi nəticələrini aydın göstərməkdədir. Neftin qiymətinin kəskin düşməsi əsasən neft gəlirlərindən
ibarət olan ixracın tərkibinin və coğrafiyasının ciddi dəyişilməsinin zəruri olduğunu bir daha sübut etdi
(Diaqram). Diaqramdan göründüyü kimi 2000-ci ildən bu tərəfə ixracda neft məhsulları 2005-ci il istisna
olmaqla 80%-dən
Diaqram Mineral yanacaq, neft və neft emalı məhsullarının ixracda payı
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi *1+
yüksək olmuş, hətta 2008-ci ildə 97,1%-ə çatmışdır. Başqa bir tərəfdən ixrac olunan neft məhsullarının
əsas hissəsi xam neft olmuşdur ki, bu da qeyd etdiyimiz kimi ixracın tərkibini müsbət tərəfdən xarakterizə
etmir. Eyni zamanda neftin qiymətinin aşağı düşməsi 2014-cü ildən başlayaraq ixrac gəlirlərinin kəskin
azalmasına səbəb olmuşdur ki (Cədvəl 1), bu da ölkənin həm ticarət əlaqələrində, həm də bütövlüklə iqtisadi
siyasətdə ciddi dəyişikliklər edilməsini labüd edir. Bu cəhətdən məqalədə
58,4
66,4 61,4 68,9
78,6 85,1
91,4 88,9 86 82,2
76,8
84,6 81,4
97,1 92,8 94,1 94,5 93,1 92,7 92,4
86,5
0
20
40
60
80
100
120
19
95
19
96
19
97
19
98
19
99
20
00
20
01
20
02
20
03
20
04
20
05
20
06
20
07
20
08
20
09
20
10
20
11
20
12
20
13
20
14
20
15
Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
427
Cədvəl 1. Azərbaycanın ticarət dövriyyəsi, mln. ABŞ dolları ilə
İllər
Ticarət dövriyyəsi
İdxal
İxrac
Saldo
1991
4 002,2
1 881,2
2 121,0
239,8
1995
1 304,9
667,7
637,2
-30,5
2000
2 917,3
1 172,1
1 745,2
573,1
2005
8 558,4
4 211,2
4 347,2
136,0
2010
27 960,8
6 600,6
21 360,2
14 759,6
2014
31 016,3
9 187,7
21 828,6
12 640,9
2015
21 945,8
9 216,7
12 729,1
3 512,4
2016
17 675,7
8 532,4
9 143,3
610,9
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi *2+
Azərbaycanın mühüm iqtisadi tərəfdaşlarından olan Türkiyə ilə də olan ticarət əlaqələrinin təhlili
edilməsi qarşıya məqsəd qoyulmuşdur.
Azərbaycan müstəqillik qazananda xarici ticarət əlaqələrini ilk növbədə İran və Türkiyə ilə qurmuşdur.
Əgər 1992-ci ildə Azərbaycanın idxalında Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri 62,7%, ixracda isə 45,1 %
tutrdusa, 1995-ci ildən başlayaraq bu ölkələrin payı idxalda, 1999-cu ildən başlayaraq isə ixracda azalmışdır.
Paralel olaraq 1995-ci ildən başlayaraq Türkiyənin idxalda payı yüksəlmişdir. Müstəqilliyimizdən keçən dövrə
ümumi nəzər salsaq Türkiyədən Azərbaycana olan idxalın ən yüksək payı 1995-1998-ci illər arasında olduğu
məlum olur ki, bu da MDB ölkələrindən Azərbaycanın ən çox məhsul idxal etdiyi Rusiyanın ticarət
münasibətlərini təzyiq vasitəsinə çevirdiyi dövrlə üst-üstə düşür. Sonralar belə siyasətin həmin
respublikaların dünyanın başqa ölkələri ilə əlaqələrinə səbəb olduğunu görən Rusiya tamamilə əks ticarət
siyasəti yeridərək keçmiş sovet respublikalarını özünün ixrac dairəsində saxlamağa çalışsa da, artıq dünya
ölkələri ilə əlaqələrini genişləndirmiş Azərbaycanla əlaqələri əvvəlki həcmə qaytarmaq mümkün olmamışdır.
Nəticədə MDB ölkələrindən Azərbaycana idxalın həcmi mütləq rəqəmlə artsa və hazırda sabit qalsa da,
həmin ölkələrdən olan idxalın xüsusi çəkisi 2010-cu ilədək təxminən sabit qalmış, 2010-cu ildən sonra isə
azalaraq 2015-ci ildə 21,3%-ə qədər düşmüşdür. Əgər MDB ölkələrindən idxal 1992-ci il ilə müqayisədə 3,3
dəfə artmışdırsa həmin dövrdə Türkiyədən idxal 13,4 dəfə artmışdır ki, bunu da Cədvəl 2-də bu ölkənin
ölkəmizə olan idxalda yerinin 1 və 2-ci olması aydın göstərir.
Cədvəl 2 Azərbaycanın ticarət dövriyyəsində Türkiyənin xüsusi çəkisi və yeri
Ticarət
Ticarət dövriyyəsində payı, %-lə
Ticarət dövriyyəsində yeri
2011
2013
2015
2016
2011
2013
2015
2016
Cəmi
4,8
5,7
12,1
13,1
5
5
4
1
İdxal
13,3
13,7
12,7
13,8
2
2
2
2
İxrac
1,7
2,2
11,6
12,4
12
11
13
2
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi *2+
Əgər idxalın həcminin və coğrafiyasının dəyişməsinə Azərbaycanın bazarının məhsullarala təmin
olunması və manatın məzənnəsi təsir etmişdirsə, ixracda ölkənin ixrac məhsullarının tərkibi əsas amil kimi
çıxış edir. Azərbaycanın müstəqillik qazanandan bu tərəfə olan dövrdə ixracında neft və neft məhsulları (
xüsusən də xam halda) ilə təbii qazın üstün olması ixracın həcmi və coğrafiyasında əsas rol oynayır. Türkiyə
isə neft və qaz istehsalçısı olmayan ölkə kimi bu məhsulların idxalçısı olduğundan Azərbaycananın bu ölkəyə
ixracı bu məhsulların satılmasından asılı olaraq həm mütləq rəqəmlə, həm də xüsusi çəkidə dəyişərək
müxtəlif səviyyələrdə olmuşdur. Məsələn Azərbaycanın Türkiyəyə ixracında ən yüksək xüsusi çəki 1998-ci
(22,4%) və 2007-ci illərdə (17,4%) olmuşdur. Lakin əslində təhlil etdiyimiz dövrdə Türkiyəyə ixrac mütləq
rəqəmlə ən yüksək həddinə 2015-ci ildə çataraq 1,5 mlrd. doll. və ya ümumi ixracın 11,6%-i qədər olmuşdur.
Eyni zamanda Cədvəl 2-dən göründüyü kimi 2016-cı ilədək Türkiyə Azərbaycanın ixracında heç ilk onluqda
olan ölkələrdən də olmamışdır. MDB ölkələrindən isə Azərbaycanın əsas ixrac tərəfdaşı olan Rusiyanın
özünün neft və təbii qaz istehsalçısı olması bu ölkənin Azərbaycandan yalnız kənd təsərrüfatı məhsulları
idxalında bazara çevirir. Azərbaycanın kənd təsərrüfatının isə hasilat sənayesi ilə müqayisədə çox zəif inkişafı
təbii ki, bu ölkəyə ixracın həcminin kiçik olmasına səbəb olmalıdır. Lakin statistik məlumtların təhlili 2007-
2014-cü illər arasındakı dövrdə Rusiyanın Azərbaycandan təbii qaz da idxal etdiyini (dünyanın əsas qaz
ixracçısı olan bu ölkə reeksport məqsədilə və ya müəyyən siyasi səbəblərlə əlaqədar olaraq MDB ölkələri ilə