Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
443
heyrodermit) xəstəlikləri ilə yanaşı qaraciyər, radukilit, revmatizma kimi dayaq-hərəkət sistemi xəstəliklərinin
müalicəsində böyük əhəmiyyət kəsb edir. Xüsusən ötən əsrin ikinci yarısının əvvəllərindən dünya təbabət
elminə bronxial astmalı xəstələrin karst mağaralarında, duz şaxtalarında müalicəsinin yüksək effekt verdiyi
məlum olub. Uzun axtarışlardan, tədqiqatlardan sonra təbiblər bu qənaətə gəliblər ki, duz mədənlərində
natrium və xlor ionları üstünlük təşkil etdiyindən o, bronx xəstəliklərinin müalicəsində olduqca faydalıdır. Bu
baxımdan ölkəmizin heç şübhəsiz ən dəyərli sərvəti məhz Duzdağdır. Naxçıvan MR ərazisində yerləşən bu
unikal mağara şəraitində duz vasitəsilə bronxial astma və ağciyər xəstəliklərinin müalicəsi həyata keçirilir və
nəticədə xüsusilə azyaşlılarda 80-85% yaxşılaşma müşahidə edilir *3;1-10].
Ölkəmizin təbii müalicə sərvətləri neft, duz və ya termal-mineral sularla məhdudlaşmır, xüsusilə yerli
əhali arasında dərman bitkiləri, təbii palçıqlarla müalicə də istifadə edilir. Müasir dövrdə “altertaniv tibb”
deyə bilinən xalq təbabəti adlandırdığımız müalicə üsulunun özəyini bitkilər təşkil edir ki, bu bitkilərin
müalicəvi xassəsi tərkibində fizioloji fəal maddələrin olması ilə əlaqədardır. İtburnu, dəfnə, çobanyastığı,
zəfəran, səhləb, zəncəfil, kəklikotu, dəvətikanı, qarğıdalı saçağı, nanə, yarpız, solmazçiçək, əməköməçi,
böyürtkən, yemişan, çaytikanı, gicitkən, üzərlik və b. bitkilər ümumi bədən zəifliyi, təngnəfəs, qızdırma,
revmatizma, mədə nasazıqları, mədə bulantıları, böyrək daşı müalicəsi, öd-qaraciyər müalicəsi, qəbizlik, ürək-
damar, infeskion xəstəliklərin müalicəsi, ödqovucu, iltihablı yaraların müalicəsi, qan dövranının
yaxşılaşdırılması, aritmiya və taxikardiyanın azaldılması, yuxunun normallaşdırılması, baş ağrılarının
azaldılması və s. kimi müalicələrdə yüksək müsbət təsirə malikdirlər *5;107+. Kimyəvi, istilik və mexaniki təsiri
özündə birləşdirən, bir qədər mürəkkəb prosedurdan ibarət olan peloidoterapiya yəni, palçıqla müalicə də
Azərbaycanın malik olduğu təbii müalicə üsullarından biridir. Vulkan palçığı daha çox Xəzərin qərb
sahillərində geniş yayılsa da, ümumilikdə ölkə ərazisində Bakı-Abşeronda Ələt vulkanları silsiləsinə aid olan
Ayrantökən, Daşgil Solaxay, Mirzalı, Şamaxı-Qobustanda Məlikçobanlı, Nabur, Mərəzə, Kürdəmiç, Qaynarca,
Siyəzəndə Xıdırzındı, Qaradağda Axtarma-Qaradağ, Pilpilə və s. ən çox bilinən palçıq vulkanlarıdır.
Ümumilikdə vulkan palçığı yüksək balneoloji xüsusiyyətlərinə görə müxtəlif tipli xəstəliklərin müalicəsi üçün
yararlıdır. Bu xəstəliklərə dayaq-hərəkət sistemi, onurğa, oynaq, mədə-bağırsaq, ətraf əsəb-sinir sistemi,
ginokoloji, uroloji, kosmetoloji xəstəliklər, boyun osteoxondrozu, ateroskeleroz, şəkər xəstəliyi kimi xəstəliklər
nümunə kimi çəkilə bilər *2; 22-26].
Nəticə
Bir daha qeyd etməliyik ki, müalicə-sağlamlıq turizmi son illərdə dünya turizm bazarında rəğbətlə
qarşılanan turizm növlərindən birinə çevrilir. Haqlı olaraq dünya ölkələri bu turizm bazarından faydalanmaq
məqsədilə rəqabətə girirlər ki, Türkiyənin sağlıq sistemində peşəkar personalın çoxluq təşkil etməsi, bu
sahədə texnoloji avadanlıqları, infrastrukturları onu rəqabətçi ölkələr arasında sala bilir. Bu nöqteyi-
nəzərindən Türkiyə infrastruktur və təbii ethiyatlarının mövcudluğu səbəbindən müalicə-sağlamlıq turizminin
istər klinik istərsə də, kurort turizmini inkişaf etdirir və bu sahədə artıq öz sözünü deyir. Türkiyəylə
müqayisədə Azərbaycanda sağlamlıq turizminin kurort növünün inkişafı daha məqsədəuyğun olar. Bu sahədə
kadrlarının sayının çoxaldılması, infrastrukturların formalaşdırılması və ya mövcud olanlarının inkişaf
etdirilməsi, müalicə yerlərində texniki avadanlıqların sayının artırılması, ən əsası yuxarıda qeyd etdiyimiz təbii
sərvətlərin, bu müalicə imkanlarının tanıdılması, güclü reklam işinin həyata keçirilməsi, gəlmə turizmin
genişləndirilməsi istiqamətində addımların artırılması işin xeyrinə olar. Digər tərəfdən Türkiyədə sağlamlıq
turizmində gəlmə bütün ölkələrdən yəni, inkişat etmiş, inkişafda olan və inkişaf etməmiş ölkələrdən qəbul
edilir. Hər bir xəstəyə - turistə eyni müalicə metodunun tətbiqi istər maddi, istər mənəvi məmnunluq
baxımından onlarda eyni təəssüratı formalaşdırmayacaqdır. Bu baxımdan turistlərin qruplaşdırılaraq xidmət
göstərilməsi daha yararlı ola bilər. İstənilən halda zəngin təbii ehtiyatlara malik ölkəmizin oxşar yollardan
keçərək yaxın keçmişdə turizmdə əsaslı irəliləyişlər əldə etmiş Türkiyə təcrübəsindən istifadəsində fayda
vardır. Əslində Azərbaycanla Türkiyə arasında Sağlıq və tibb sahələrində əməkdaşlığa dair 9 fevral 1994-cü il
tarixli və müddətsiz müqavilə vardır. Lakin təəssüf ki, müalicə-sağlamlıq turizminə dair hər hansı bir maddə
yoxdur. Bu müqavilə sağlamlıq turizmi ilə bağlı əlavələr edilməsi və ya yeni anlaşmaların imzalanması hər iki
ölkə üçün işin xeyrinə olar.
Ədəbiyyat
1.
Ə.Əsgərov. “Azərbaycanın mineral suları”, Bakı, 1966
Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
444
2.
Fəridə Əfəndiyeva, “Şəfalı palçıqlar”, Bakı, 1984
3.
“Naxçıvan Muxtar Respublikası Duzdağ fizioterapiya xəstəxanası”, Naxçıvan, Əcəmi, 2006
4.
Бабкин А. В. Специальные виды туризма, Ростов-на-Дону: Феникс, 2008
5.
И.А.Дамиров, Л.И.Прилипко, Д.З.Шукюров, Ю.Б.Керимов, Лекарственные растения
Азербайджана, Баку, 1983
6.
Тагиев И.И., Ибрагимова И.М., Бабаев А.М. Ресурсы минеральных и термальных вод
Азербайджана. Баку: Чашыоглу, 2001
7.
http://www.saturk.gov.tr/images/pdf/stur/azerbaycan.pdf