qaydası haqqında öhdəliklərin birinci fəaliyyət dövrünün başlanmasınadək də qərar qəbul
edir.
M a d d ə 8
1. Əlavə 1-ə daxil edilmiş Tərəflər tərəfindən 7-ci maddəyə uyğun olaraq, təqdim olunan
informasiya Tərəflər Konfransının müvafiq qərarlarının həyata keçirilməsi üzrə ekspertlər
qrupu tərəfindən və aşağıda göstərilən 4-cü bəndə uyğun olaraq bu Protokolun Tərəflər
müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı tərəfindən bu məqsədlə qəbul
edilən rəhbər prinsiplərə uyğun olaraq nəzərdən keçirilir. Əlavə 1-ə daxil edilmiş Tərəflərin
7-ci maddənin 1-ci bəndinə uyğun olaraq təqdim etdiyi informasiya tullantılar və müəyyən
edilmiş miqdarın illik kompilyasiyası və kadastr hesabının bir hissəsi kimi nəzərdən keçirilir.
Buna əlavə olaraq Əlavə 1-ə daxil edilmiş Tərəflər tərəfindən 7-ci maddənin 2-ci bəndinə
uyğun olaraq təqdim edilən informasiya nəzərdən keçirilən məlumatların bir hissəsi kimi
qəbul edilir.
2. Araşdırma üzrə ekspertlər qrupu katiblik tərəfindən koordinasiya olunur və Tərəflər
Konvensiyası tərəfindən nümayəndələr irəli sürülən nümayəndələrdən seçilən ekspertlərdən
ibarət olur və lazım olduqda Tərəflər Konvensiyası tərəfindən bu məqsədlə qəbul edilən
rəhbər göstərişlərə uyğun olaraq hökumətlərarası təşkilatlar tərəfindən nümayəndəliyi irəli
sürülən ekspertlərdən ibarət olur.
3. Araşdırma prosesi ərzində mövcud Protokolun bütün aspektlərinin bu və ya digər
Tərəf tərəfindən dəqiq və hərtərəfli texniki qiymətləndirilməsi aparılır. Tərəflərin
öhdəliklərinin həyata keçirilməsinə təsir göstərən istənilən potensial problem və amilləri
aşkar çıxaran bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər
Konvensiyası üçün araşdırma üzrə ekspertlər qrupu məruzə hazırlayır. Bu cür məruzələr
katiblik Tərəfindən Konvensiyanın bütün Tərəfləri arasında yayılır. Katiblik bu Protokolu
Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konvensiyasının gələcək
araşdırmaları üçün bu cür məruzələrdə meydana çıxan və öhdəliklərin yerinə yetirilməsinə
aid olan məsələlərin siyahısını tutur.
4. Bu Protokolu tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransının
müvafiq qərarlarını nəzərə alaraq araşdırma üzrə ekspertlər qrupunu bu Protokolun yerinə
yetirilməsinin nəzərdən keçirilməsi məqsədi ilə 1-ci sessiyasında rəhbər prinsipləri qəbul
edir və sonralar mütəmadi olaraq onları nəzərdən keçirir.
5. Bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı
(köməkçi orqanın) öhdəliklərin yerinə yetirilməsi üzrə köməkçi orqanın iştirakı ilə və elmi-
texniki aspektlər üzrə məsləhətləşmələrin aparılması üçün köməkçi orqanın imkanlarından
asılı olaraq nəzərdən keçirilir:
a) 7-ci maddəyə uyğun olaraq Tərəflər tərəfindən təqdim edilən informasiya və bu
maddə əsasında aparılan araşdırmalar haqqında ekspertlərin məruzəsi; və
b) yuxarıda göstərilən 3-cü bəndə uyğun olaraq katiblik tərəfindən siyahıya daxil
edilmiş öhdəliklərin yerinə yetirilməsi haqqında məsələlər və o cümlədən Tərəflər tərəfindən
qaldırılan istənilən məsələlər.
6. Yuxarıda göstərilən 5-ci bənddə qeyd olunan informasiya nəzərdən keçirildikdən
sonra bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı bu
Protokolun yerinə yetirilməsi üçün zəruri olan istənilən məsələlər üzrə qərar qəbul edir.
M a d d ə 9
1. Bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı bu
Protokolun mövcud olan ən müasir elmi informasiya və iqlim dəyişmələri və onun
nəticələrinin qiymətləndirilməsi, o cümlədən bu amillərlə bağlı olan texniki, sosial və iqtisadi
informasiyanı mütəmadi olaraq nəzərdən keçirir. Bu cür araşdırmalar Konvensiya
Çərçivəsindən müvafiq müzakirələr və xüsusi ilə Konvensiyanın 4-cü maddəsinin 2 (d)
bəndi və 7-ci maddəsinin 2 (a) bəndində nəzərdə tutulan müzakirələr ilə koordinasiya edilir.
Bu cür müzakirələr əsasında bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən
Tərəflər Konfransı müvafiq qərarlar qəbul edir.
2. İlk müzakirə bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər
Konfransının 2-ci sessiyasında keçirilir. Növbəti müzakirələr mütəmadi olaraq vaxtlı-
vaxtında təşkil olunur.
M a d d ə 1 0
Öz ümumi, lakin fərqli, məsuliyyətli, səciyyəvi, milli və regional üstünlükləri, inkişaf
sahəsində məqsəd və məramları nəzərə alaraq, əlavə 1-ə daxil edilmiş Tərəflər üçün yeni
öhdəlikləri işə salmadan, lakin Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndi üzrə mövcud
öhdəlikləri yenidən təsdiqləyərək və konvensiyanın 4-cü maddəsinin 3, 5, 7-ci bəndlərini
nəzərə alaraq sabit inkişafa nail olmaq üçün bu öhdəliklərin yerinə yetirilməsinə köməklik
məqsədi ilə bütün Tərəflər:
a) Tərəflər Konfransı tərəfindən qəbul edilmiş milli məruzələrin hazırlanması üçün
rəhbər prinsiplərə uyğun olaraq Tərəflər Konfransı bəyəniləcək müqayisəli metodologiyaları
istifadə edərək, Monreal Protokolu ilə nizama salınmayan mənbələrdən çıxan antropogen
tullantıların və parnik qazlarının uducularla absorbsiyasının milli kadastrının mütəmadi
olaraq yeniləşməsi və tərtib olunması məqsədi ilə, hər bir Tərəfin sosial iqtisadi göstəriciləri
əks edilən fəaliyyət növləri və yaxud modelləri lazım gəldikdə və iqtisadi nöqteyi-nəzərdən
mümkün qədər səmərəli, milli və müvafiq hallarda tullantıların yerli göstəricilərin
keyfiyyətinin yüksəldilməsi üzrə regional proqramlar formalaşdırır;
b) İqlim dəyişmələrin nəticələrinin mülayimləşdirilməsi və iqlim dəyişilmələrinə uyğun
adaptasiya üzrə tədbirlərin keçirilməsini nəzərdə tutan milli və regional tərtib edir, həyata
keçirir, nəşr etdirir və mütəmadi olaraq yeniləşdirir;
1. Belə proqramlar əsasən energetika, nəqliyyat və sənaye, o cümlədən kənd təsərrüfatı,
meşə təsərrüfatı və tullantıların ayrılması sahələrinə aid olur. Bununla yanaşı, iqlim
dəyişmələrinə olan adaptasiyanı ərazi, məkan planlaşdırılması təkmilləşdirmə metodları və
adaptasiya texnologiyaları sahəsində təkmilləşdirmək mümkündür.
2. Əlavə 1-ə daxil edilmiş tərəflər 7-ci maddəyə uyğun olaraq milli proqramlar da daxil
olmaqla bu Protokola əsasən fəaliyyət öhdəlikləri haqqında informasiya təqdim edir. Digər
Tərəflər isə müvafiq hallarda parnik qazı tullantılarının artması və uducuların
absorbsiyasının yüksəldilməsi, potensialın möhkəmləndirilməsi və adaptasiya tədbirləri
daxil olmaqla, müvafiq Tərəfin fikrincə, iqlim dəyişmələri və onun xoşagəlməz nəticələrinin
aradan qaldırılması probleminin həllinə şərait yaradan tədbirləri nəzərdə tutan proqramlar
haqqında öz milli məruzələrinə informasiya daxil edirlər.
c) ekoloji cəhətdən təhlükəsiz olan texnologiyaların tətbiq olunması və yayılması, nou-
hau, iqlim dəyişmələrinə aidiyyəti olan proseslərin araşdırılması üçün əlverişli şəraitin
yaradılmasında əməkdaşlıq edir və dövlətin mülkiyyətində olan və yaxud ictimai əmlak
sayılan ekoloji cəhətdən təhlükəsiz texnologiyaların səmərəli şəkildə ötürülməsi, proqram və