Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə41/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   37   38   39   40   41   42   43   44   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
122 
İnsanların  ilkin  olaraq  sözləri  hisslərlə  bağlı  mənada  bəyan 
etməsini nəzərə alaraq belə demək olar:  
“Vilayət”  sözü  əvvəllər  hissi  yaxınlıq  mənasında  işlədilmişdir. 
Həmin  vaxt  bu sözə  “mənəvi  yaxınlıq” mənası  verilmişdir. “Vilayət” 
sözü mənəvi yöndə işlədildikdə elə bir yaxınlığı bildirir ki, bu yaxınlıq 
müstəsna  ixtiyar haqqı  verir. Məsələn, meyyitin  vəlisi  onun  mülkünü 
sərf  edə  bilər.  Bu  vilayət  varislik  haqqından  doğur.  Sağır  üzərində 
vilayəti  olan  kəs  onun  işlərini  idarə  edə  bilər.  Allah-təala  öz 
bəndələrinin  işinin  vəlisidir.  Yəni  onların  dünyəvi  və  axirət  işlərini 
idarə  edir.  Allah  möminlərin  vəlisidir.  Yəni  onların  üzərində  xüsusi 
vilayəti var.  
Demək, bütün variantlarda “vilayət” sözü yaxınlıq bildirir.
1
  
Başqa  sözlə,  vilayət  elə  bir  yaxınlıqdır  ki,  aradakı  pərdələr 
götürülür.
2
  
Beləcə,  insan  nəfsini  ram  etməklə,  əldə  etdiyi  qabiliyyətlərlə, 
digər  bir  tərəfdən,  Allahın  lütfünə  və  ona  yaxın  məqama  çatmaqla 
xalq  üzərində  vilayət  məqamına  yüksəlir.  Vilayət  məqamına 
yüksəlmiş şəxs ixtiyar qazanır və kimsə onun icazəsi olmadan nəzərdə 
tutulmuş  işlərə  qatıla  bilmir.  Bütün  bunlar  Allahın  izn  və  iradəsi  ilə 
baş tutur.  
 
Sual: 186. İmamın təkvini vilayəti dedikdə nə nəzərdə tutulur? 
Cavab:  “Təkvini  vilayət”  dedikdə  fərdin  elə  bir  yaxınlıq  və 
kamillik  məqamına  çatması  nəzərdə  tutulur  ki,  o  Allahın  izni  ilə 
dünyanın,  təbiətin  işlərinə  müdaxilə  edə  bilir.  Təkvini  vilayət  ruhi və 
mənəvi bir kamillikdir. İnsan ilahi vəzifələrinə və şəri qanunlara əməl 
etməklə  bu  səviyyəyə  qalxıb  qeyri-adi  işlər  görə  bilər.  Təşrii 
vilayətdən  fərqli  olaraq  təkvini  vilayət  insanın  zəhmətləri  sayəsində 
əldə  olunur  və  onun  bəzi  mərtəbələrinə  hamı  çata  bilər.  İmam  isə 
təkvini vilayətin ən uca mərtəbələrinə qalxır.  
Təşrii  vilayət  isə  sırf  Allah  tərəfindən  əta  olunan  məqamdır.  Bu 
məqam yalnız Allahın istəyi ilə verilə bilər.  
 
 
 
 
                                                 
1
 “Әl-Mizan”, c. 6, s. 12. 
2
 Әl-Mizan”, c. 5, s. 368. 


 
123 
 
Sual: 187. Təkvini vilayətin hansı nəticələri var? 
Cavab: “Misbahul-Şəriət” kitabında deyilir: “Bəndəlik və Allaha 
yaxınlıq məqamı bir gövhərdir. Bunun nəticəsində insan böyük qüdrət 
və bacarıq əldə edir.”
1
 
İlahi yaxınlıq məqamının bir sıra təsirləri var. Onlardan bəzilərini 
nəzərdən keçirək: 
1. Nəfsə hakimlik – Allah-təala buyurur: “Namaz insanı çirkin və 
pis işlərdən uzaqlaşdırır.”
2
  
2.  Xüsusi  baxış  –  İlahi  yaxınlıq  məqamının  səciyyələrindən  biri 
budur  ki,  insan  qəlb  səfası  sayəsində  xüsusi  baxış  əldə  edir.  O  bu 
baxışla haqqı batildən seçir və heç vaxt azmır.  
Quran buyurur: “Ey iman gətirənlər, əgər pəhrizkar olsanız, Allah 
sizə bir güc verər ki, bu güclə haqqı batildən seçərsiniz.”
3
  
3.  Xülyalardan  uzaqlıq  –  Bəndəlik  yolunu  gedənlər  qazandıqları 
təkamül  və  qüdrət  vasitəsi  ilə  bütün  yayındırıcı  fikirlərə,  xülyalara 
qalib gəlir, ibadət vaxtı Allahdan qeyrisi haqqında düşünmürlər.  
Әbu-Әli  Sina  deyir:  “İbadət  düşüncə  qüvvələrinin  tərbiyə 
növüdür.  Allah  qarşısında  təkrarlanan  ibadət  insanın  fikrini  maddi 
aləmdən  çəkib  ərş  aləminə  yönəldir.  İbadət  nəticəsində  düşüncə 
qüvvəsi ilahi fitrətə təslim olur və mütiləşir.”
4
 
4. Nəfsə qələbə - Təbiət aləmində ruh və bədən arasında qarşılıqlı 
ehtiyac  mövcuddur.  Amma  bəzən  ruh  kamillik  sayəsində  ilahi 
yaxınlıqdan faydalanaraq bədəndən ehtiyacsız olur.  
5.  Təbiət  aləminə  müdaxilə  -  İbadət  və  ilahi  yaxınlıq  sayəsində 
nəinki  insan  bədənin  hakimiyyətindən  çıxır,  hətta  təbiət  aləmi  onun 
qarşısında  mütiləşir.  Allahın  izni  ilə  belə  bir  insan  təbiətin  işlərinə 
qarışır, ondan bir sıra möcüzələr və kəramətlər görünür.  
 
Sual: 188. İmamın təkvini vilayəti ola bilərmi? 
Cavab:  Məsum  imamların,  o  cümlədən,  həzrət  Mehdinin  (ə) 
təkvini vilayətini bir neçə müqəddimə ilə sübut etmək olar.  
a) Quran Asəf ibn Bərxiya haqqında deyir: “Kitabdan biliyi olan 
kəs  dedi:  “Bir  göz  qırpımında  onu  sənin  yanına  gətirəcəyəm. 
                                                 
1
 “Misbahul-şəriət”. 
2
 “Әnkəbut”, 45» 
3
 “Әnkəbut”, 29. 
4
 “İşarat”, c. 3, s. 370. 


 
124 
(Süleyman)  Onu  (taxtı)  öz  yanında  dayanmış  görüb  dedi:  “Bu 
Rəbbimin fəzlindəndir.”
1
  
b)  Digər  ayələrdən  məlum  olur  ki,  Allah  və  kitabdan  tam 
xəbərdar  bir  qrup  peyğəmbərlə  xalq  arasında  şahiddir.  Allah-təala 
buyurur:  “Allahın  və  kitabdan  elmi  olanın  Mənimlə  sizin  aranızda 
şahid olması kifayətdir.”
2
  
v) Quranda bu da bildirilir ki, Quran maarifinin mahiyyətini bilən 
yalnız pak insanlardır: “Paklardan qeyriləri onu əldə edə bilməzlər.”
3
 
q)  Quran  “mutəhhərun”  (“paklar”)  təbirini  özü  açıqlayıb 
peyğəmbərlə  birlikdə  onun  əhli-beytini  nümunə  göstərir.  Buyurulur: 
“Həqiqətən,  Allah  siz  peyğəmbər  ailəsindən  bütün  çirkinliyi 
uzaqlaşdırmaq istəyir...”
4
  
d)  Ayədəki  “əhli-beyt”  ünvanını  tanımaq  üçün  rəvayətlərə 
müraciət etmək lazımdır. Quranda buyurulur: “Sənə Quran göndərdik 
ki, göndəriləni ümmətə bəyan edəsən.”
5
  
j) Şiə və sünni rəvayətlərinə müraciət etdikdə görürük ki, “Təthir” 
ayəsində “əhli-beyt” dedikdə həzrət Peyğəmbər (s), Әli (ə), Fatimə (ə), 
Həsən (ə) və Hüseyn (ə) nəzərdə tutulmuşdur.
6
  
Belə  bir  nəticə  əldə  edirik  ki,  təkvini  vilayət  paklara  əta 
edildiyindən  və  peyğəmbər  əhli-beyti  ən  üstün  paklıq  nümunəsi 
olduğundan təkvini vilayətdən bəhrələnmişdir.  
Bürəydə ibn Müaviyə deyir: “İmam Baqirdən (ə) “Rəd” surəsinin 
43-cü  ayəsi  haqqında  soruşdum.  İmam  buyurdu:  “Ayədə  yalnız  biz 
nəzərdə  tutulmuşuq.  Peyğəmbərdən  sonra  ən  fəzilətlimiz  və 
üstünümüz Әlidir (ə).”
7
 
 
Sual: 189. “Təkvini vilayət” “təfviz” (işin tapşırılması) deyilmi? 
Cavab: Bəziləri elə güman edir ki, imamın təkvini vilayəti dünya 
işlərinin  bütövlükdə  imama  tapşırılmasıdır.  Belə  bir  əqidə  tövhid 
əqidəsinə  uyğun  deyil.  Quran  yəhudiləri  məhz  bu  sayaq  əqidələrinə 
görə məzəmmət edir.
8
  
                                                 
1
 “Nəml”, 40. 
2
 “Rəd”, 43. 
3
 “Vaqe”, 79. 
4
 “Әhzab”, 33» 
5
 “Nəhl”, 44» 
6
 “Səhihe-Müslim”, c. 7, s. 130; “Səhihe-Tirmizi”, c. 5, s. 656. 
7
 “Kafi”, c. 1, s. 299. 
8
 “Maidə”, 64. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə