Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə91/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   85   86   87   88   89   90   91   92   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
272 
İmam  Әli  (ə)  buyurur:  “Bizim  Qaim  (ə)  qiyam  edən  vaxt 
qəlblərdən kin çıxar.”
1
 
İmam Baqir (ə) buyurur: “Bizim Qaim (ə) zühur edən vaxt əlini 
xalqın başına çəkər və onların əxlaqını kamilləşdirər.”
2
 
 
Sual: 490. Həzrət Mehdi (ə) mal-mülkü necə bölüşdürəcək? 
Cavab: Həzrət Mehdinin (ə) proqramlarından biri də bərabərliyin 
qorunmasıdır. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Sizə Mehdi (ə) ilə 
müjdə  verirəm.  O  mənim  ümmətim  arasından  məbus  olar...  Göy  və 
yer sakinləri onun gəlişinə sevinər. O mal-mülkü düzgün bölər – hamı 
arasında bərabər!”
3
 
 
Sual: 491. Hüzur əsrində xalqın iqtisadi durumu necə olar? 
Cavab:  Bütün  yer  üzündə  iqtisadi  baxımdan  rifah  yaratmaq 
həzrət  Mehdinin  (ə)  proqramlarındandır.  Geriliyin  və  qıtlığın  bir-biri 
ilə  əlaqəli  iki  səbəbi  var:  dünyaya  hakim  olan  istismarçı  nizam; 
millətlərin zərərinə yönəlmiş hakim siyasət.  
İmam Sadiq (ə) buyurur: “Bizim Qaim (ə) gələn zaman yer ilahi 
nurla  işıqlanar...  Siz  zəkat  verməyə  adam  axtararsınız.  Onu  sizdən 
qəbul  edən  tapılmaz.  Bütün  insanlar  ilahi  fəzl  sаyəsində  ehtiyacsız 
olar.”
4
 
Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mənim ümmətim Mehdinin 
(ə) dövründə heç bir vaxt görmədiyi nemətə çatar. Həmin vaxt göydən 
bol yağış yağar, torpaq bəhrəsini gizləməz.”
5
 
 
Sual: 492. Zühur dövründə bolluq hansı yolla yaranar?  
Cavab: Bu məsələ ilə bağlı iki ehtimal var: 
1. Yer üzünün var-dövləti möcüzə yolu ilə artar. Bu ehtimal bir o 
qədər də əsaslı deyil.  
2.  Әkinçilik  artdığından,  ticarət  genişləndiyindən  nemət  bolluğu 
yaranar.  
3.  Böyük  kapitallar  işə  salınar,  bu  məbləğlər  insanlar  arasında 
bərabər bölünər.  
 
                                                 
1
 “Muntəxəbul-əsər”, s. 474. 
2
 “Bihar”, c. 52, s. 336. 
3
 “Bihar”, c. 51, s. 81. 
4
 “Bihar”, c. 52, s. 337. 
5
 Həmin mənbə, c. 51, s. 82. 


 
273 
Sual: 493. Zühur dövründə məscidlərin vəziyyəti necə olacaq? 
Cavab: Zühur dövründə din və məzhəb əsl hədəfə doğru yönələr 
və  bu  hərəkət  bəşəriyyəti  xoşbəxtliyə  aparar.  İmam  bütün  imkanları 
həqiqi  məzhəbin  hədəfləri  yolunda  sərf  edər.  Әdalət  bərpa  olar, 
ümumi  rifah  yaranar,  insanlar  əhrimənlərin  əlindən  xilas  edilər.  Bu 
məqsədlə məscid və məbədlərin israfçılıqla bəzənməsinə yol verilməz, 
mövcud zinətlər aradan götürülər, ibadətgahlar sadə və bəzəksiz olar.  
Ömər  ibn  Cəmi  imam  Baqirdən  (ə)  soruşur:  «Bəzəkli  məsciddə 
namaz  qılmaq  olarmı?”  İmam  buyurur:  “Bunu  xoşlamıram.  İndiki 
dövrdə  bunun  sizə  zərəri  yoxdur.  Amma  ədalət  hakim  olacağı 
zamanda bununla necə rəftar ediləcəyini görəcəksiniz.»
1
 
 
Sual:  494.  Həzrət  Mehdi  (ə)  zühur  etdikdən  sonra  Məscidul-
həram və Məscidun-nəbini dəyişəcəkmi? 
Cavab:  Kuleyni  və  Müfid  Әbu-Bəsirdən,  Әbu-Bəsir  isə  imam 
Sadiqdən (ə) belə nəql edir: “Qaim qiyam edən vaxt Məscidül-həramı 
əvvəlki  şəklinə  salacaq,  Məscidun-nəbiyə  əvvəlki  görkəmini 
qaytaracaq...”
2
 
Әvvəla,  bu  rəvayət  Şeyx  Müfid,  Kuleyni,  Şeyx  Tusi  tərəfindən 
nəql  olunsa  da,  mötəbər  sənədə  malik  deyil  və  ona  istinad  etmək 
olmaz.  
İkincisi,  həzrət  Mehdi  (ə)  şiə  və  sünnilərin  etimad  göstərdiyi 
şəxsdir.  Şiələr  onu  həm  də  məsum  sayır.  Belə  bir  şəxsin  edəcəyi  iş 
kimsədə şəkk-şübhə yaratmamalıdır.  
Üçüncüsü,  rəvayəti  düzgün  saysaq,  onu  belə  izah  edə  bilərik  ki, 
zalım  hakimlərin  dövründə  bu  iki  məscid  haram  pullarla 
zinətləndirilmişdir.  Zülmün  əsərlərini  aradan  götürmək  üçün  bu 
zinətlər ləğv edilə bilər.  
Dördüncüsü,  “Səhihi-Müslimdə”  nəql  olunmuş  rəvayətə  əsasən 
həzrət  Peyğəmbər  (s)  Kəbə  evini  yenidən  bina  etmək  istəmişdir. 
Amma  insanlar  İslamı  təzəcə  qəbul  etdiyindən  bu  fikrindən 
daşınmışdır.  
 
Sual:  495.  İmam  Mehdi  (ə)  zühur  etdikdən  sonra  Әbu-Bəkr  və 
Ömərdən intiqam alacaqmı? 
                                                 
1
 “Kafi”, c. 3, s. 368. 
2
 “Kafi”, c. 4, s. 543. 


 
274 
Cavab:  Məclisi  nəql  edir  ki,  imam  Sadiq  (ə)  buyurmuşdur: 
“Həzrətin görəcəyi ilk iş o iki nəfəri oda çəkməkdir...”
1
 
Sualın cavabında bir neçə nöqtəni qeyd etmək lazım gəlir:  
1.  Məclisinin  istinad  etdiyi  Bəşir  Nəbbal  rical  kitablarında 
mötəbər sayılmamışdır.  
2. Hədisi düzgün saysaq, yenə təəccübə əsas olmur. Çünki həzrət 
Mehdinin (ə) ən mühüm işi haqq-ədaləti bərpa etməkdir.  
3. Rəvayətdə bildirilmir ki, həmin iki şəxs kimdir.  
4.  İmam  Mehdi  (ə)  məsum  olduğundan  və  haqq-ədalətə 
əsaslandığından  sünnə  əhli  bu  iki  xəlifəyə  münasibətinə  yenidən 
baxmalıdır.  
5.  Bu  iki  şəxsin  dəfn  olunduğu  yer  peyğəmbər  hücrəsi  sayılır. 
Həmin  iki  şəxsi  bu  hücrədə  dəfn  etmək  olmazdı.  Həzrət  haqqı  bərpa 
etmək üçün onları hücrədən çıxarasıdır.  
 
Sual:  496.  İmam  Mehdi  (ə)  zühur  etdikdən  sonra  nə  üçün 
Davudun hökmünə əməl edir? 
Cavab:  Kuleyni  nəql  edir  ki,  imam  Baqir  (ə)  Xəttab  ibn  Әba-
Übeydəyə  buyurmuşdur:  “Еy  bа-Übеydə!  Ali-Məhəmməd  Qaimi 
qiyam  edəndə  Davud  və  Süleymanın  hökmü  ilə  hərəkət  edəcək.  Bu 
səbəbdən də dəlil və şahid istəməyəcək.”
2
 
Yuxarıdakı rəvayətə münasibətimizi bildirək:  
1.  Rəvayətdən  belə  görünür  ki,  imam  Mehdi  (ə)  zühur  etdikdən 
sonra  dəlillər  yox,  öz  elmi  əsasında  rəftar  edəcək.  Şeyx  Müfid  deyir: 
“İmam  şəhadətlər  əsasında  hökm  verdiyi  kimi,  öz  elmi  əsasında  da 
hökm  çıxara  bilər.  O  şəhadətləri  batil  gördükdə  öz  elminə  əsaslana 
bilər...”
3
 
2.  Zühurdan  sonra  imamın  vəzifəsi  yer  üzündə  ədaləti  bərpa 
etmək  olduğundan  təbiidir  ki,  tapdanmış  haqları  qaytarmaq  üçün 
hökmlər  çıxarasıdır.  Әdaləti  bərpa  etmək  üçün  isə  Allahın  verdiyi 
elmə əsaslanmalıdır. Bu, həmin Davud hökmüdür.  
3.  İmamın  öz  elmi  əsasında  hökm  çıxarmasını  təkcə  şiə  alimləri 
yox, bəzi sünni alimləri də caiz sayır.  
İbn-Qüdamə  deyir:  “Peyğəmbərdən  (ə)  eşidilmişdir  ki,  hakim 
elmi əsasında hökm verə bilər...”  
                                                 
1
 “Bihar”, c. 52, s. 386. 
2
 “Kafi”, c. 1, s. 397. 
3
 “Bihar”, c. 26. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə