Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə16/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   12   13   14   15   16   17   18   19   ...   100

 
48 
“Ey  oğul,  çətinliklər  zamanı  özünü  ələ  al.  Xoşagəlməz  hadisələr 
zamanı  səbirli  ol.  Rifah  zamanı  isə  şükür  et.  Namazlarını  xüsusi  ilə 
yerinə  yetir  və  onları  təxirə  salma.  Haqqa  itaət  edəni  təhqir  etmə, 
günahkarlara isə ehtiram etmə. Sənin olmayan bir şey üçün iddia etmə. 
Sənin  üzərində  olan  haqları  inkar  etmə.  Batilə  öz  etirazını  bildir. 
Haqdan  utanma.  Bilmədiyin  şeyi  demə.  Bacarmayacağın  işi  öhdənə 
götürmə. 
Ey  oğul!  Elm  öyrən!  Baxmayaraq  ki,  ondan  o  qədər  də 
bəhrələnməyəcəksən.  Ruzigarı  (fürsət  verməməkdə)  pisləsələr  də,  bu, 
sənin öz dövründə xəcalətli olmandan daha üstündür. 
 
◘İmam  Sadiqdən  (ə)  nəql  olunur  ki,  Loğmanın  öz  oğluna  etdiyi 
moizələrdən  biri  də  budur:  “Səndən  qabaq  yaşayan  kişilər  övladları 
üçün  mal-dövlət  ələ  gətirdilər,  lakin  bunlar  həmişəlik  qalmadı.  Sən 
muzdla  işləyən  bəndəsən.  Sənə  iş  sifariş  veriblər  və  bu  işə  görə  də 
haqqını alacaqsan. İşi tamam yerinə yetir, haqqını da kamil al. Dünyanı 
körpü  hesab  et  ki,  keçirsən  keçirsən  və  əbədi  olaraq  bir  daha 
qayıtmırsan.” 
 
◘İmam  Sadiqdan  (ə)  Loğmanın  hikməti  barəsində  belə  nəql  olunur: 
“And olsun Allaha, Loğmanın hikməti cah-cəlal, var-dövlət, əhl-əyal və 
ya gözəl surət və boy-buxuna görə deyildi. Onun hikmət sahibi olması 
buna  görə  idi  ki,  o,  Allaha  aid  olan  işlərdə  qüvvətli,  dində  pərhizkar, 
aram və vüqarlı, dərin fikirli, nəzər sahibi, dəqiq görüşlü idi. Heç vaxt 
gündüzlər yatmazdı, dostların cəm olduğu yerdə yuxuya getməzdi. Çox 
danışmazdı. Bir kəsin eyblərini axtarmazdı. Heç kəs onu təxəlli (tualet) 
və qüsl zamanı  görməzdi. Həyalı, dərin düşüncəli, işlərində dəqiq idi. 
Heç  vaxt  gülməz  və  qəzəblənməzdi.  Günah  iş  görməkdən  çox 
qorxurdu.  Heç  kəslə  zarafat  etməzdi.  Nə  dünyanın  əvvəlinə  görə 
narahat  olurdu,  nə  də  axırına  görə  qüssələnirdi.  Bir  kəsdən  bir  söz 
eşidəndə  əgər  bəyənsəydi  izah  və  açıqlanmasını  istəyərdi.  Çox  zaman 
hikmət  sahiblərinin  cəm  olduğu  yerdə  olar,  onlar  qarşısında 
təvazökarlıq  edərdi.  Sultanlar  və  qazilərlə  oturub-durardı,  lakin 
qazilərin (qəzavət edənlərin, hakimlərin) halına ağlayardı ki, öhdələrinə 
təhlükəli  vəzifə  götürüblər.  Sultanlara  Allahın  onlar  üçün  qoyduğu 
möhlətə  görə  qürurlanıb  dünyaya  arxayın  və  meyilli  olduqlarına, 
dünyaya  aldandıqlarına  görə  onlara  ürəyi  yanar,  özü  isə  bu  barədə 
fikirləşər və bunlardan ibrət götürərdi. 
Bu  təcrübələr  ona  öz  nəfsi  ilə  mübarizə  və  şeytanla  müxalifət 
etməkdə qüvvət verərdi. Faydalı sözdən başqa heç nəyə qulaq asmazdı. 
Lazım olduğu qədər danışardı. Bu səbəbdən hikmət məqamına və ismət 


 
49 
feyzinə  sahib  oldu.  Gecə  yarısı  gözlər  yuxuya  gedən  zaman  Allah-
təalanın  göstərişi  ilə  bir  dəstə  məlaikə  onu  çağırıb  dedilər:  (Loğman 
onların səsini eşidir, lakin özlərini görmürdü) “Ey Loğman istəyirsənmi 
ki, Allah səni öz canişini etsin və sən də camaata hakim olasan (onlara 
hökumət  edəsən)?”  Dedi:  “Əgər  Allahın  fərmanıdırsa  və  əgər  O  özü 
kömək olub fəryada yetişəcəksə, işin tərzini öyrədəcəksə və xatalardan 
qoruyacaqsa  sözsüz  itaət  edirəm.  Yox  əgər  ixtiyar  mənimlədirsə,  mən 
asayiş  və  salamatlığı  seçirəm.”  Dedilər:  “Niyə?”  Dedi:  “Ona  görə  ki, 
camaat arasında hökumət etmək dinə görə ən aşağı məqamdır, fitnə və 
çətinliyi  çoxdur.  Hakimin  dostu,  yavəri  yoxdur.  Zülm  onun  ətrafını 
əhatə  edər,  o,  isə  iki  yol  ayrıcında  qalar;  əgər  haqla  hökm  etsə 
mümkündür salamat qalsın, yox, əgər xata etsə behişt yolundan çıxmış 
olar.  Dünyada  insanlar  arasında  xar  və  dəyərsiz  olan  şəxs  axirətdə 
bundan da aşağı olar. Hər kəs dünyanı axirətdən üstün tutsa hər ikisini 
uduzar. Biri əlindən çıxar, ikincisinə də çatmaz.” 
Məlaikələr  Loğmanın  hikmətindən  heyrətə  gəldilər.  Allah  da  onun 
məntiqini bəyəndi. Gecənin bir aləmi  yatağında uzandığı zaman Allah 
ona  hikmət  nazil  etdi.  Belə  ki,  bu  onun  bütün  vücudunu  bürüdü. 
Yuxudan  ayılan  zaman  yer  üzündə  olan  insanların  ən  həkimi 
(hikmətlisi) oldu.” 
◘İmam Məhəmməd Baqirdən (ə) nəql olunur ki, Loğman oğluna belə 
nəsihət  edib:  “Mən  dünyaya  ayaq  qoyan  vaxtdan  arxası  dünyaya,  üzü 
axirətə  olmuşam;  üzü  ona  tərəf  getdiyin  ev  sənə,  arxada  qalıb  səndən 
uzaqlaşan evdən daha yaxındır.” 
“Ey  oğul!  Əlindən  çıxan  işin  arxasınca  düşmə  və  sənə  tərəf  gələn 
işdən  də  üz  döndərmə!  Əgər  belə  etsən  bu  rəyi  xarab,  əqli  nöqsanlı 
edər.  
“Ey  oğul!  Düşmənə  qalib  gəlməkdən  ötrü  bu  göstərişlərdən  istifadə 
et; günahdan uzaq ol və öz alicənablığını qoru. Öz pak ruhunun qədrini 
bil  və  onu  Allahın  itaətindən  çıxmaqla,  pis  əxlaqla  və  pis  rəftarla 
çirkinləşdirmə.  Öz  başını  bağla.  Öz  daxilini  və  rəftarını  gözəlləşdir. 
Əgər  belə  etsən  Allahın  amanında  olarsan.  Düşmənin  sənin  sərhədinə 
yaxınlaşıb  səni  çaşdırmaq  qüdrəti  yoxdur.  Amma  eyni  zamanda  onun 
məkr  və  hiyləsindən  də  arxayın  olma.  Çox  mənfəəti  az  hesab  et,  az 
zərəri isə çox.” 
“Ey  oğul!  Camaatla  onların  təfəkkür  tərzlərinin  ziddinə  rəftar  etmə. 
Onlara bacarmayacaqları şeyi  yükləmə. Bu iş sənin ən yaxın dostlarını 
da  səndən  uzaqlaşdırar  və  camaat  arasında  tənha  qalarsan;  nə  sənə 
həmdəm  olacaq  dostun  olar  və  nə  də  sənə  kömət  edəcək  qardaşın. 
Tənha  qalsan  sığınacaqsız  və  zəlil  olarsan.  Üzrünü  qəbul  etməyəcək 
kəsdən  üzürxahlıq  istəmə.  Öz  işlərində  dostu  olmayan  və  muzd  alan 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə