Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə21/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   17   18   19   20   21   22   23   24   ...   100

 
62 
 
◘Dünya  və  axirət  qərb  və  şərq  kimidir.  Hansına  tərəf  getsən  o 
birisindən uzaqlaşacaqsan. 
 
◘Çalışqan  hərislə  qənaətli  (qane)  pəhrizkar  öz  ruzilərini  artırıb-
əskilmədən yeyərlər. Bəs elə isə pərvanə kimi özünü atəşə atmaq nəyə 
lazım? 
 
◘Nəql  edirlər  ki,  bir  gün  Peyğəmbər  (s)  Bəqi  qəbristanlığından 
keçirdi. Bir qəbrin baş tərəfində dayandı və buyurdu: “Elə indicə bunu 
oturdub  ondan  bəzi  suallar  soruşdular.  And  olsun  məni  haqq  olaraq 
peyğəmbərliyə seçən Allaha, yuxarıdan ona atəşdən olan bir gürzlə elə 
vurdular ki, odun şölələri qəlbindən zəbanə çəkdi.” 
Sonra başqa bir qəbrin baş tərəfində dayandı və həmin dediklərini bir 
də  təkrarladı  və  buyurdu:  “Əgər  ürəkləriniz  partlamasaydı,  Allahdan 
istəyərdim  ki,  bu  əzabların  səsini  mənim  eşitdiyim  kimi  sizin  də 
qulaqlarınıza çatdırsın.” 
Soruşdular:  “Ey  Allahın  rəsulu,  bunlar  nə  günahın  sahibi  idilər?” 
Buyurdu: “Biri sözgəzdirən idi, digəri isə sidikdən sonra istibra etmirdi. 
(Yəni, natəmiz idi.) 
 
◘Ruzi ələ gətirməkdə orta həddə riayət edin. Sizin qismətiniz sizdən 
də sürətlə arxanızca gəlir. Sizin qismətiniz olmayacaq bir şey üçün nə 
qədər çalışsanız da onu əldə edə bilməyəcəksiniz. 
 
◘Dünyada  mənim  Əhli-beytimə  (ə)  bir  karat  kömək  göstərənlərə 
axirətdə  bunun  əvəzində  bir  qəntar  (bir  inək  dərisi  dolu  qızıl)  kömək 
edəcəyəm. 
 
◘İki qardaş iki əl kimidir. Biri o birisini yuyar. 
 
◘Allah  bir  kəsə  xeyir  vermək  istəsə  ona  ləyaqətli  bir  dost  yetirər, 
həmin dost da ona Allahı unudarsa Allahı xatırladar,  yad edən  zaman 
isə daha da kömək edər. 
 
◘Əməl tərəzisinə qoyulacaq ilk şey xoş xasiyyət və səxavətdir. Allah 
imanı yaradan zaman o, Allahdan onu qüvvətləndirməsini istədi. Allah 
da  xoş  xasiyyət  və  səxavət  vasitəsilə  onu  daha  da  gücləndirdi.  Allah 
küfrü  yaradan  zaman  o  da  Allahdan  onu  qüvvətləndirməsini  istədi. 
Allah da onu pis xasiyyət və simicliklə qüvvətləndirdi. (İman və küfrün 


 
63 
istəməsi  bir  növ  misaldır.  Yəni,  yuxarıda  qeyd  olunan  xüsusiyyətlər 
iman və küfrün zərurətlərindəndir.) 
 
◘Günəş buzu suya döndərdiyi kimi, xoş xasiyyət də günahı əridər. 
 
◘Xoş  xasiyyət  dəvənin  burnuna  taxılan  dəmir  halqa  kimi  sahibinin 
burnuna taxılıb. Bir mələk də həmin halqadan tutub onu səadət yolu ilə 
aparır. Səadət yolu da behiştə tərəf gedir. Pis xasiyyət də həmin halqa 
kimidir. Lakin bu halqa şeytanın əlindədir və şeytan da onu bədbəxtlik 
yolu ilə aparır. Həmin bədbəxtlik yolu isə cəhənnəm oduna tərəf gedir. 
 
◘Sübh  çağı  hər  kimin  ata-anası  ondan  razıdırsa  cənnətin  iki  qapısı 
onun  üzünə  açıq  olar.  Bu,  axşam çağı  da  belədir.  Əgər  valideynlərdən 
təkcə biri ondan razı olsa cənnətin də bir qapısı onun üzünə açıq olar. 
Lakin, hər kimin ata-anası sübh çağı ondan narazı olsa cəhənnəmin də 
iki  qapısı  onun  üzünə  açıq  olar.  Əgər  onlardan  biri  ondan  narazı  olsa 
cəhənnəmin də bir qapısı onun üzünə açıq olar. 
 
◘Behiştin xoş ətri beş  yüz illik  yoldan hiss olunur.  Lakin bu  iy ata-
anaya  əziyyət  edənlərin  və  qohum-əqrəbalardan  əlaqəni  tamamilə 
kəsənlərin burnuna dəyməz. 
 
◘Hər  kim  bilmək  istəyirsə  Allah  yanında  olan  məqamı  nə 
dərəcədədir,  qoy  baxıb  görsün  Allahın  məqamı  onun  yanında  nə 
dərəcədədir. Dünya və axirət işinin hər ikisi birdən qarşıya çıxa, axirət 
işini  seçərsə  bilsin  ki,  Allahını  sevir.  Yox  əgər,  dünya  işini  seçərsə 
bilsin ki, Allaha qarşı etinasızlıq etmişdir. 
 
◘Ləzzətləri  məhv  edib  aradan  aparanı  (yəni  ölümü)  çox  yad  edin. 
Əgər  həyatın  sıxıntı  anlarını  yaşayırsınızsa  sizi  rahatladıb  qəlbinizə 
aramlıq  verər.  Əgər  sərvətli  və  rifah  halında  olsanız  var-dövlətə  qarşı 
nifrət  hissi  oyadaraq  sizi  infaq  (sədəqə)  verməyə  məcbur  edib  savaba 
çatdırar.  Çünki  ölüm  arzuların  kökünü  qırıb  atar,  ömrün  gecələri  isə 
əcəli yaxınlaşdırar. 
 
◘İnsan  iki  günün  arasındadır;  əvvəldəki  günün  əməlləri  yazılıb  və 
möhürlənib, qarşıdakı günə də ki, bəlkə çatmadı. 
 
◘İnsan canını əldən verib torpaq altına qoyulan zaman başa düşür ki, 
özündən qabaq göndərdiyi işlərin əvəzi hazırdır və qoyub gəldiklərinin 


 
64 
isə  heç  bir  faydası  yoxdur.  Xüsusi  ilə  də  ki,  qeyri-şəri  yolla  ələ 
gətirdiklərinin və haqlarını ödəmədiklərinin. 
 
ÜÇÜNCÜ FƏSİL 
Peyğəmbərdən (s) olan digər şiə hədisləri 
◘Əgər bir alim və yaxud bir tələbə hər hansı bir müsəlmanlar yaşayan 
kənddən,  yaxud  da  şəhərdən  keçərsə  və  hətta  dayanmadan  bir 
tərəfindən  daxil  olub  digər  tərəfindən  xaric  olarsa  və  yaxud  da  orada 
dayanaraq  heç  bir  su  və  azuqədən  istifadə  etməzsə  də  Allah  qırx  gün 
onlardan qəbir əzabını götürər. 
 
◘Bu  ümmətin  alimləri  iki  təbəqədən  ibarətdir:  Biri  Allahın  onlara 
verdiyi  elmi  heç  bir  tamahları  olmadan  yeyir,  öz  biliklərini  çörəyə  və 
suya satmırlar. Dəryadakı balıqlar, qurudakı heyvanlar havadakı quşlar 
bu  cür  alimlərdən    ötrü  istiğfar  edirlər.  Onlar  Allah  dərgahına  böyük 
hörmət  və  şərafətlə  gedər,  peğəmbərlərlə  bir  yerdə  oturub  durarlar. 
Digəri isə elmlə möhtəkircəsinə davranar (yəni, onu cəm edib saxlayar, 
münasib fürsət  ələ keçdikdə onu baha qiymətə satır). Onu (elmi) pula, 
dövlətə  dəyişər.  Qiyamət  günü  bu  cür  alimlərin  ağızlarına  atəşdən 
yüyən vurular. Bir nəfər fəryad edib car çəkər: “Bunlar Allahın onlara 
elm  əta  etdiyi  kəslərdir.  Onlar  isə  həmin  elmi  yaymaqda  simiclik  edir 
və  onu  dünya  malına  satırdılar!”  Bu  səda  insanlardan  hesab  çəkilib 
qurtarana  qədər  davam  edir.  (Bu  alimlərdən  məqsəd  qəzavət  işlərinə 
rüşvətxor  alimlərdir  ki,  qəzavət  etməkdən  ötrü  müəyyən  məbləğ  pul 
tələb  edirlər.  Yaxud  da  məqsəd  dinin  zəruri  məsələlərini  pulsuz 
öyrətməyənlərdir.  Lakin  moizə  edib  rövzə  oxumaqdan  ötrü  muzd 
almağın eybi yoxdur, xüsusilə də, həmin şəxsin ehtiyacı varsa.) 
 
◘Elm iki növdür: Biri odur ki, qəlbdə özünə  yer alıb. Bu elm fayda 
verən elmdir. Digəri isə təkcə dildədir. Bu elm də sahibi üçün höccətin 
tamam olması deməkdir. 
 
◘Mən  öz  ümmətimdən  ötrü  möminin  və  müşrikin  şərindən 
qorxmuram. Ona görə ki, möminin imanı onun fəsadının qarşısını alır. 
Müşriki  də  öz  şirki  məhv  edəcək.  Təkcə  qorxduğum  şey  münafiq 
alimlərdir ki, danışıqları gözəl, rəftarları isə pisdir. 
 
◘Şər  insanların  ən  şəri  şər  alim,  xeyir  insanların  ən  xeyirlisi  gözəl 
alimdir. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə