Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə31/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   27   28   29   30   31   32   33   34   ...   100

 
92 
məscidlərdə namaz qılarlar. Bunlar bəla qarşısında sipərdirlər. Bunların 
bərəkəti  sayəsində  Allah  düşməni  dəf  edib  göydən  yağış  nazil  edər. 
And olsun Allaha! Bu tayfa Quran qariləri arasında qırmızı yaqutdan da 
az tapılandır. 
 
◘İnsan  öz  ailəsinə,  var-dövlətinə  (yaxud,  malına)  və  əməlinə 
münasibətdə  üç  qardaşı  olan  insana  bənzəyir.  Ölüm  vaxtı  o,  bir 
qardaşına  deyər:  “Bu  çarəsiz  vəziyyətimdə  sən  mənə  nə  fayda  verə 
bilərsən?”  Deyər:  “Mən  yalnız  sən  həyatda  olduğun  müddətdə  sənə 
mənfəət  verə  bilərəm.  Hələlik  hər  nə  bəhrə  istəsən  məndən  götür  ki, 
tezliklə  mən  başqasına  bağlanacağam  və  sənin  xoşlamadığın  bir  kəs 
məni  özünə  aid  edəcək.”  Həmin  vaxt  Həzrət  (s)  üzünü  öz  əshabına 
tutub dedi: “Bu necə qardaşdır?” Dedilər: “Faydasız qardaş.” Buyurdu: 
«Bu  mal-dövlətdir.»  Sonra  o,  digər  qardaşına  deyər:  “Bəs  sən  mənim 
bu çətin və şiddətli anımda mənə nə köməklik göstərə bilərsən?” Cavab 
verər:  “Mən  indi  sənə  şəfqət  göstərərəm.  Ölümündən  sonra  isə 
bədəninə  qüsül  verib  kəfənə  bükərəm  və  camaatla  birgə  qəbrə  yola 
salaram.” Həzrət (s) yenə də soruşdu: “Bəs bu necə qardaşdır?” Cavab 
verdilər:  “Səmərəsi  olmayan  qardaş.”  Buyurdu:  «Bu  ailə  kimidir.» 
Nəhayət,  o,  üçüncü  qardaşdan  soruşar:  “Bəs  sən  mənə  necə  mənfəət 
verə bilərsən və ya hansı bəlanı dəf edə bilərsən?” Deyər: “Mən sənin 
tənha  vaxtlarında  yaxın  dostun,  qorxulu  anlarında  sənin  yoldaşınam. 
Qəlbindəki  qəm-qüssəni  aradan  apararam,  qəbirdə  səni  müdafiə 
edərəm. Öz son qüdrətimi də sənin üçün sərf edərəm.” Yenə, Həzrət (s) 
üzünü  əshabına  tutub  soruşdu:  “Bəs  bu  necə  qardaşdır?”  Dedilər:  “Bu 
ən yaxşı qardaşdır.” Buyurdu: “Bu da əməldir.” 
 
◘Bilin  ki,  zülm  üç  cürdür.  Birincisinin  bağışlanmaq  qabiliyyəti 
yoxdur.  İkincisinə  göz  yummaq  mümkün  deyil.  Üçüncüsünün  isə 
bağışlanma qabiliyyəti var və sorğu-sual olunmayacaq. Birincisi Allaha 
şərik  qoşmaqdır.  Çünki  Quran  buyurur:  “Allah  ona  şərik  qoşanları 
bağışlamaz.    (yəni,  əgər  tövbəsiz  dünyadan  getsə).  Bundan  başqa 
günahları  isə  istədiyi  şəxsdən  ötrü  bağışlayar.”  İkincisi  Allah 
bəndələrinə olunan zülmdür. Bu işin aqibəti çox çətindir. Bunun cəzası 
bıçaqlamaq,  şallaq  vurmaq  deyil.  Bıçaq  vurmaq  və  şallaq  vurmaq  bu 
işin cəzasının yanında heç nədir. Üçüncüsü isə özünə olunan zülmdür. 
Bu sair günahlardır ki, onların zərəri insanın özünə qayıdır. 
 
◘Əbuzərə  buyurdu:  “Hər  kəs  üç  xüsusiyyətlə  məhşərə  daxil  olmasa 
ömrünü  bada  verib.”  Əbuzər  soruşdu:  “O,  hansı  xüsusiyyətlərdir?” 


 
93 
Buyurdu:  “İnsanı  haramdan  çəkindirən  təqva,  axmaqların  nadanlığını 
rədd edə bilən əql, camaatla keçinə bilən xasiyyət. 
Ey  Əbuzər!  Əgər  hamıdan  qüvvətli  olmaq  istəyirsənsə  Allaha 
təvəkkül  et.  Əgər  hamıdan  hörmətli  olmaq  istəyirsənsə,  pəhrizkar  ol. 
Əgər hamıdan daha artıq ehtiyacsız olmaq istəyirsənsə Allahın evlərinə 
öz qazanıb yığdıqlarından daha çox etibar et. 
 
◘Sədaqətli  aşiqin  əlaməti  üç  şeydir:  Məhbubla  danışmağı  camaatla 
danışmaqdan  daha  önəm  verir.  Onunla  yoldaş  olmağı  başqaları  ilə 
yoldaşlıq  etməkdən  üstün  tutur.  Onun  üçün  məhbubun  razılığı 
başqalarının razılığından daha mühümdür. 
 
◘Adəm  övladı  var-dövləti  bəsləyib  “sənin  malın”,  “mənim  malım” 
deyir. Məgər dövlətdən sənə bunlardan başqa bir şey qalırmı?!; Sədəqə 
verirsən sənə qalır, yeyirsən aradan gedir və ya geyirsən cırılır. 
 
◘Üqbə  ibn  Amir  deyir:  “Peyğəmbər  (s)  üç  vaxtda  müstəhəb  namaz 
qılmağı  və  ölünü  dəfn  etməyi  qadağan  edib;  gün  çıxan  vaxtdan  
günortaya  qədər,  günortanın  əvvəlində,  qüruba  yaxın  vaxtdan  qüruba 
qədər. (Bu üç vaxtda həm namaz qılmaq məkruhdur, həm də dəfn işi.) 
 
◘Yenə  də  buyurub:  “Üç  kəsə  Allah  Qiyamət  günü  nəzər  salmaz, 
onlarla  danışmaz  və  onları  dərdli  əzab  gözləyir.  Biri  zinakar  qoca, 
digəri  yalançı  rəhbər,  üçüncüsü  isə  təkəbbürlü  fəqir  (ki,  öz  dini 
vəzifələrini  yerinə  yetirməkdən  imtina  edir).  Bəzi  hədislərdə  yalançı 
rəhbər yerinə yalançı padşah qeyd olunub. 
ÜÇÜNCÜ FƏSİL 
Peyğəmbərdən (s) olan sünni hədisləri 
◘Üç şey qəlbi daşa döndərər: “Şən mahnılara qulaq asmaq, ov etmək 
və padşahların yanına gedib-gəlmək. 
 
◘Merac gecəsi gördüm behiştin qapısı üzərinə üç sətir yazılıb. Birinci 
sətirdə  “Bismillahir-rəhmanir-rəhim,  Məndən  başqa  Allah  yoxdur, 
rəhmətim  qəzəbimi  üstələyib.”,  ikinci  sətirdə  “Bismillahir-rəhmanir-
rəhim.  Sədəqənin  savabı  on  qat,  borcun  savabı  on  səkkiz  qat,  sileyi-
rəhmin  savabı  isə  otuz  qatdır.”,  üçüncü  sətirdə  isə  “Hər  kəs  Mənim 
qədir  və  məqamımı  tanısa  və  Mənim  Allahlığım  barəsində  mərifətə 
sahib  olsa  heç  vaxt  Məni  ruzi  barəsində  müttəhim  etməz.  (Yəni,  heç 
vaxt Mənə qarşı bədgüman olmaz.) 


 
94 
 
◘Həzrət  Əliyə  (ə)  buyurub:  “Ey  Əli!  Sənin  Mənə  olan  nisbətin 
Harunun Musaya olan nisbəti kimidir. Fərq yalnız bundadır ki, məndən 
sonra peyğəmbər yoxdur. Mən sənə bir tövsiyyə edirəm. Əgər ona əməl 
etsən gözəl həyat sürərsən, şəhid olub dünyadan gedərsən və Qiyamət 
günü fəqih və alim kimi məhşur olarsan. 
 
Bil ki, möminin üç əlaməti var; oruc, namaz və sədəqə. Münafiqin də 
üç  əlaməti  var;  danışığında  yalan  sözlər işlədər, vədinə əməl  etməz  və 
əmanətə  xəyanət  edər  və  moizə  ona  təsir  qoymaz.  Riyakarın  da  üç 
əlaməti var; xəlvətdə namazın ruku və səcdələrini kamil şəkildə yerinə 
yetirməz,  camaat  arasında  Allaha  zikr  deyər,  tənha  olanda  Allahı 
unudar. 
 
Ey  Əli!  Zalımın  üç  əlaməti  var;  öz  əlaltıları  ilə  sərt  və  qəzəblə 
davranar, bacardığı qədər insanların payından və malından oğurlayar və 
onu qorxmadan harda olsa yeyər. 
 
Paxılın  da  üç  əlaməti  var;  üzdə  (üzbəüzdə)  yaltaqlıq  edər,  arxadan 
dalca danışar və yersiz şəhadət verər (şahidlik edər). 
 
Tənbəlin  də  üç  əlaməti  var;  Haqqa  itaət  etməkdə  süstlük  göstərər, 
ibadətə  yüngül  yanaşar  ki,  əldən  çıxsın,  namazın  da  vaxtını  o  qədər 
təxirə salar ki, vaxtı keçsin. 
 
Tövbəkarın da üç əlaməti var; günahdan uzaq gəzər, elm əldə etmək 
üçün  çalışar  və  süd  bir  daha  döşə  qayıtmadığı  kimi  o  da  keçmiş 
günahlarına qayıtmaz. 
 
Ağıllı insanın da üç əlaməti var; dünyaya qarşı etinasız olar, cövr və 
cəfaya qarşı dözümlü, çətinliklərə səbirli olar. 
 
Hövsələli  adamın  üç  əlaməti  var;  onunla  əlaqə  kəsən  adamla  əlaqə 
yaradar,  (küsənlə  barışar)  onu  məhrum  edənə  kərəm  göstərər  və 
zülmdən şikayət etməz. 
 
Axmağın üç əlaməti var; dinin vacibatlarında süstlük göstərər, Allah 
bəndələrini  məsxərə  edər,  çoxdanışan  olar  amma,  heç,  Allaha  zikr 
deməz. 
 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə