Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə12/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

 
 
54 
xarakterində fərqlilik biz müsəlmanlarda daha tez 
duyulur.  Elə  bil  oğul  ataları  qız  atalarından  daha 
inamlı, arxayın olurlar. 
Rəssam:  Maraqlıdı.  Əsas  o  deyil  fikir  hansı 
nəticəyə  çatır.  Əsas  odu  ki,  nə  cür  fikirləşirsən, 
düşüncə vektorun düzdümü! Fikrin nəticəsi təhlil 
tərzinə bağlıdı. Səndə bu alınır. 
Qadın:  Bu,  mənim  işimdir  –  insanları  sözsüz 
təhlil etmək... 
Rəssam: Sən bacarıqlı işçisən! Gərək belə işçi 
öz  dəyərini  ala…  Mən  səninlə  səhərəcən  söh-
bətdən  doymaram.  Amma  səni  yuxuda  da  olsa 
görmək umuduyla ayrılacam. Çıxmalıyam! 
Qadın: Özünə yaxşı bax. Allah amanında! 
Rəssam:  Qalaaltı  səmasında  ruhumuzun 
görüşməsi umuduyla. 
 
 
Burda dostların doğum günü göstərilir, amma 
Səninki  yoxdu.  Niyə?  Özün  yazmamısan?  Nə 
vaxtdı? Düzdü, bunu öyrənmək elə də çətin deyil 
internet  əsrində.  ...Yaşını  gizlədənləri  başa 
düşmürəm.  Yəqin  bu  da  bir  başqa  qadın 
kompleksidi.  Guya  kişilərin  qadına  münasibətini 
onların 
yaşının 
çoxluğu, 
ya 
azlığı 
müəyyənləşdirir?  Qətiyyən  belə  deyil!  Yaş 
kişinin qadında önəm verdiyi heç də ilk şərtlərdən 
deyil. 
 


 
 
55 
 
Nə  fərq  edər  ki…  Doğum  tarixi,  yaş,  bunlar 
sadəcə  statistikadı.  Ürəkdən  gələn  arzuları  ilin 
istənilən  günündə  söyləmək  olar.  Bunun  üçün 
həmin  günü  gözləməyə  bir  məna  vermirəm.  Bu, 
qapalılıq  deyil,  sadəcə  hisslərin  yalnız  müəyyən 
günlərdə,  konkret  hadisələrlə  bağlı  dilə  gətiril-
məsində təbiiliyin olmadığı qənaətindəyəm. Hələ 
mənə  qalsa,  duyğuların  ömrünü  uzatmaq  üçün 
onları  ilin  günləri  arasında  bərabər  bölərdim. 
Zəncirin  möhkəmliyi  halqaların  bərabər  bərkli-
yindən  asılıdır.  Sevginin  də  gücü  onun  daimi-
liyində,  davamlılığındadır.  Zəncir  zəif  halqasın-
dan  qırılır,  sevgi  fasilədə.  Hisslər  mirvari 
düzümünə  bənzər.  Kənardan  çox  zərif,  gözəl, 
cəlbedicidi,  nizamlı  sırası  pozulmaz  görünür, 
amma  ehtiyatsız  davranışda,  toxunuşda  qopub 
dağıla  bilir.  Bax  onda  inciyir  hiss  yiyəsi,  üzülür 
ona dəyən.  
 
 
Rəssam:  Mənim  yanaşmam  isə  başqadı.  Sən 
“Bərabər  olmaq  şərtilə,  az  olsun,  həmişə  olsun!” 
prinsipini qəbul edirsən. Mən isə “Bir dəfə olsun, 
amma  tam  olsun”  deyirəm.  Sənin  dediyin  bəzən 
faydasız  olur.  Təsəvvür  elə,  yalnız  bir  lampanı 
yandırası,  lakin  bir  ilə  yetəsi  enerjin  var; 
qaranlıqda  qalmırsan,  amma  başqa  heç  nə  edə 
bilmirsən.  Biri  də  var,  bu  enerjiylə  bir  ay  çay 
dəmləyib  qoyursan  yanına,  kompüteri  internetə 


 
 
56 
qoşursan və gözəl bir qızla məktublaşıb apofeoz
3
 
sevginin  özülünü  qoyursan.  Hələ  üşüsən,  otağı 
qızdıra da bilərsən. Düzdü, daha səmərəli istifadə 
eləmək də olar...  
Qadın: Dünyanı heyran qoyan rəssamlıq incisi 
yaratmaq da olar, eləmi?  
Rəssam:  Nə  yaxşı  tuta  bildim  səni  burda... 
Yumoru  dəyərləndirənlərdən  xoşum  gəlir.  “Dün-
yanı  heyran  qoyan  rəssamlıq  inciləri”  “İliç 
lampası” olmadan belə yaranıb. 
Qadın:  Ay  “tam”ı  bir  dəfəyə  istəyən  dostum, 
bəs atomla neyləyərdin? Xirosimaya atılan birdə-
fəlik  atomla  neçə  evi,  neçə  şəhəri  işıqlandırmaq 
olardı  günlərlə,  aylarla?  Gör  nə  qədər  sənin 
dediyin sevgilər öldü bu “bir dəfə”də!  
Rəssam:  Milyon  illərdi  dünya  işıqlanır  o 
“birdəfəlik  atom”suz.  Amma  buna  heç  kim 
heyrətlənmir.  Xirosimaya  isə  Yerdə  bəşəriyyətin 
gözü  bərələ,  ağzı  açıla  qaldı,  yəqin  göydə  də 
Tanrının…  Aşxana  dibində  keçən  80  illik  musi-
qiçi  ömrü  də  var,  21  illik  Asəf  Zeynallı,  31  illik 
Şubert, 35 illik Motsart ömrü də.  
Qadın:  Deyirsən,  aşxanadakı  musiqiçinin 
ömrünü 30 yaşadək sıxsan, dahi musiqiçi olar? 
Rəssam: Ömrü enerji hesab eləsək, olar yəqin. 
 
 
                                                
3
 
İlahidən olan
 


 
 
57 
 
Neçə  gündü  görünmürsən.  Nəsə  olub? 
Problem  yoxdu?  Bəlkə  məndən  incimisən?  Yeni 
şəklinə  lap  valeh  olmuşam.  Səninlə  danışmaq 
istəyirəm. 
Gündüzlər 
səni 
tapmaq 
olmur. 
Axşamlar isə uçan ulduzlar kimi bir anda sayrışıb 
yox  olursan.  Görünən  hər  şeyin  o  üzündə 
görmədiklərimiz  də  var  –  gündüz  günəşin  göyün 
o  üzündə  gizlətdiyi  milyardlarla  ulduz  kimi.  Sən 
də beləcə, gördüyümün o üzündəki görünməzliyə 
keçirsən. Axı nə olub? İşinin çoxluğunu demisən. 
Başqa  problem  də  var?  Deyəsən,  həddən  artıq 
maraq  göstərirəm.  İncimə!  Səni  düşünməsəm, 
yazmazdım. 
 
 
Yazdığın  bütün  gözəl  sözlərə  görə  təşəkkür 
edirəm.  Sağ  ol  ki,  mənim  üçün  narahat  olursan. 
Qadınlar  bundan  kişilərin  təsəvvür  belə  edə 
bilməyəcəyi  qədər  zövq  alırlar.  Qadın  öz  hissini 
kişidən  daha  məharətlə  gizlədə  bilir.  Amma  eyni 
zamanda kişinin öz hisslərini bildirməsini istəyir, 
bunu ondan gözləyir. Mən də səninlə ünsiyyətdən 
zövq  alıram.  İnşallah,  vaxt  tapıb  bolluca 
danışarıq.  Özünə  yaxşı  bax.  Salamat  qal!  Görü-
şərik sağlıq olsa. 
 
 
Rəssam:  Sənin  ovqatını  müəyyənləşdirmək 
istədim.  Hətta  analiz  elədim.  Variantlar  çoxdu. 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə