21
Çatda canlı söhbətlərini elə dialoq kimi də
verdim. Mesaj və məktublarını isə bir-birindən
ayırmaq üçün qədim qadın və kişi simvolu olan
üçbucaqdan istifadə elədim. Rəssamın yazdıqla-
rını üzüyuxarı , Qadınınkıları isə üzüaşağı
üçbucaqla işarələdim. Eyni adamın ayrı-ayrı saat
və ya günlərdə dalbadal yazdığı mesajları ***
işarəsiylə ayırdım.
Beləcə, bir kitablıq mətn alındı.
Rəssam: “Bir ömür böyük ideallar haqda
düşünmək üçün çox azdı. Bizə elə gəlir ki, yüz il,
min il, milyon il yaşayacağıq. Təəssüf, bunun
belə olmadığını gec anlayırıq, sonuna sayılı
günlərimizdən başqa heç nəyimiz qalmayanda”.
Salam! Bu sözləriniz xoşuma gəldi, məni
tutub saxladı. Dedim, belə düşünən bir xanıma
salam verməsəm günah olar. Həm də bayramdı.
Bəlkə sonra imkan olmadı, odu ki, bayramınızı
indidən təbrik etmək istəyirəm. Az qalıb, tezliklə
Bakıya dönürəm. Yaman darıxmışam... Şəkillərdə
qayğılı, duşüncəlisiniz. Həyatda da beləsiniz?
Qadın: Salam! Təbrikə görə təşəkkür edirəm!
Suala gəlincə, həyat insana bir dəfə verilir. Onu
elə düşünüb yaşamaq lazımdır ki, sonra keçmişə
dönüb baxanda “heç yaşamadım” deməyəsən.
Rəssam: Razıyam. Hər günü sanki sonun-
cuymuş kimi yaşamaqla həyatı maraqlı etmək
22
mümkündü. Amma reallıqda planlaşdırılan ömür
olmur, şans da ciddi şərtdi… Peşənizi bilmək
istərdim, əgər etiraz etmirsinizsə, tanış olardıq.
Şəkillərinizə baxdıqca, düşünürəm, dizayner ola
bilərsiz.
Qadın: İncəsənət İnstitutunu bitirmişəm,
rejissorluğu, amma marketoloq işləyirəm. Sənətə
yer olmayan bazar cəmiyyətinə rejissor lazım
deyil. Sizsə, səhv etmirəm, rəssamsınız. Özü də
tanınmış rəssam.
Rəssam: Elə bir tanınmışlığım olmasa da, düz
tapdınız, rəssamam. Belə demək mümkünsə.
Amma böyük rəssamları tanıdıqca, onların
işlərini öyrəndikcə özümə rəssam deməyə dilim
gəlmir… Rejissor da elə bir növ dizaynerdi. O
baxımdan çox da yanılmamışam… Bəlkə də Bakı
üçün gecdi, amma Nyu-Yorkda səhər indi açılır.
Sizi yuxudan eləmirəm ki? …Bu axşam çıxıram.
Yeni ili yolda qarşılayacam. İmkan olmayacaq,
odu ki, indi təbrik edirəm.
Qadın: Çox sağ olun. Sizə uğurlu yollar!
Rəssam: Buralıq bir işiniz olsa, yazın, nəsə
almaq, ya öyrənmək, imkan daxilində edərəm.
Hələ bir iş günüm var.
Qadın: Mənim üçün ən önəmlisi insandan
aldığım mənəvi qidadır. Sizdən isə canınızın
sağlığından muğayat olmanızı rica edəcəm.
Rəssam: Sözlərimi “hədiyyə”, "rüşvət" kimi
başa düşməyin, sadəcə səmimi görünmək, olmaq
23
istədim. Mənəvi qidaya qalanda, indiki boz
dünyada hər adamın belə qidaya ehtiyacı var.
Təəssüf ki, bu qidanı insanlardan almaq getdikcə
çətinləşir. Qalır kitablar, musiqi, rəsmlər, səyahət,
nə bilim, ta nələr....
Qadın: Əstəğfürullah, nə rüşvət? Mən sizin
səmimiyyətinizə inanıram, bəlkə də bu üzdən
sizinlə yazışıram.
Rəssam: Şəklinizi “Luvr”a necə göndərirsiz?
Burda belə yazmısınız: “Şəkil Luvra göndərilib”.
Mən hələ bu şəbəkədə yazmaqdan başqa bir şey
edə bilmirəm. Amma baxıram, hamı nəsə gön-
dərir, qrup yaradır. Gərək öyrənəm.
Qadın: Mütləq öyrənəcəksiniz! Hamı elə sizin
kimi başlayır… Bakıya uzun müddətə dönür-
sünüz?
Rəssam: Uzun müddətə. Amma hələ Qəraib
hövzəsi ölkələrinə gedirəm, Meksikaya, sonra
Kubaya.
Qadın: Sizə uğurlar arzulayıram. Bakıya
yəqin ailənizlə gələcəksiniz...
Rəssam: Şəhərin bayram ovqatı necədir?
Qadın: Əvvəlki kimi deyil. Nə bilim, bəlkə
yaş artdıqca bayram ovqatları da dəyişir... Ailəniz
də sizinlə belə səyahət edir?
Rəssam: Nə bildiniz ki, ailəliyəm?
Qadın: Bilmədim. Elə-belə soruşdum. Cavab
verməyə bilərsiniz.
24
Rəssam: İşlə bağlı səfərlərə onları aparmıram.
Ümumiyyətlə, tək səyahəti xoşlayıram.
Qadın: Burada yaşamaq Sizin üçün çətin
olmayacaq?
Rəssam: Mən Bakıda yaşayıram, sadəcə
işimlə əlaqədar çox səfər edirəm. Son illər
rəssamlıqla bağlı bir neçə beynəlxalq təşkilatda
təmsil olunduğumdan günüm elə səfərlərdə keçir.
Yaradıcılığa da vaxt qalmır heç. İndi Nyu-
Yorkdayam, bir neçə gün Mayamidə qalacam.
Meksikada, sonra da Kubada olacam. Vətən üçün
darıxıram, illah da axşamlar. Amma mənə orada
da, elə burada da çətindi. Qarabağsız Azərbay-
canın dadı qalmayıb. Bir az pafoslu görünər bəlkə
bu sözüm, elə deyil. ...Bir tərəfdən də neyləyəsən,
yenə vətəndi.
Qadın: “Çox da tərifləmə mənə vətəni...” Elə
bilirdim xaricdə yaşayırsınız.
Rəssam: Tarkovskinin çox sevdiyim “Nostal-
giya” filmində Yankovskinin qəhrəmanı suya
batmış uçuq evin içində ona baxan qızcığaza bir
pritça danışır. Rejissorsunuz, xatırlayarsınız. Biri
üfunətli dərin gölməçədən bir başqasını dartıb
çıxarır. Gölməçədən çıxan ona kömək edənə
deyir: “Sən neyləyirsən?” “Səni xilas edirəm”.
“Axmaq, mən burda yaşayıram”,- deyir xilas
olan. O vaxt bu sətiraltı fikir SSRİ üçün
deyilmişdi. Onun nümunəsi olmasın. Necəliyinə
Dostları ilə paylaş: |