Bizim Dijital Matbaa 160x244 Şablon


Əliyev Fikrət Əhmədəli oğlu



Yüklə 3,2 Mb.
səhifə30/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   26   27   28   29   30   31   32   33   ...   97
Alimler EN SON tamversiya GUNEL

Əliyev Fikrət Əhmədəli oğlu

(1949)

Əliyev Fikrət Əhmədəli oğlu 1949-cu il avqustun 13-də Qərbi Azərbaycanın Zəngəzur mahalının Nüvədi kəndində ana-dan olmuşdur.

1956-1966-cı illərdə anadan olduğu Nüvədi kəndində orta təhsil almışdır. 1975-ci ildəaspiranturanı bitirmiş və Ukrayna-nın EA-nın Riyaziyyat namizədlik dissertasiyası, 1990-cı ildə isə Moskvada Sistemli Ümumiİttifaq Elmi Tətqiqatlar İnstitun-da doktorluq dsssertasiyasını müdafiə etmişdir.

F.Ə.Əliyev  müxtəlif tipli optimallaşdırma və idarəetmə məsələlərinin nəzəri və ədədi həlləri üçün yeni və səmərəli üsullar işləyib hazırlamış, mühüm tətbiqi əhəmiyyətli silsilə nə-ticələr əldə etmişdir: diskret halda stabilləşdirici tənzimləyi-cilərin parametrləşdirilməsi verilmiş, "frequency" və "state-spase" üsulları arasında əlaqə yaradılmış və qeyri-xətti Rikkafi tənliyinin dayanıqlı həlli üçün analitik spektral üsul verilmiş, polinom və kəsr rasional matrislərin faktorlaşdırılması üçün səmərəli alqoritmlər təklif olunmuş, çıxışa nəzərən optimal və etibarlı stabilləşdirici tənzimləyicilərin qurulması yolları işlənib hazırlanmışdır.

Neftçıxarma sənayesində geniş istifadə olunan qaz lift prosesinin riyazi modeli yaradılmış, uyğun proqram trayekto-riya-idarəedicinin qurulması üçün effektiv həll alqoritmi işlənib hazırlanmışdır.

Burada geniş istifadə olunan hidravlik müqavimət əmsalının tapılması üçün tərs məsələlər qoyulmuş, yeni effektiv ədədi alqoritmlər verilmişdir.

Həmçinin ştanqlı nasos qurğularında plunjerin hərəkətinin riyazi modeli qurulmuş, minimum enerji sərfi üçün yeni idarə-etmə alqoritmləri verilmiş, dinamoqramların tapılması üçün ye-ni riyazi üsul təklif olunmuşdur. 

1975-1992-ci illərdə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, baş elmi işçi işləmiş, 1992-93-cü illərdə İstanbul Texniki Universitetinin (Türkiyə) professoru olmuşdur.

1993-cü ildən BDU-nun Tətbiqi Riyaziyyat ETİ- nin direktoru vəzifəsində, həmçinin İnstitun İnformasiyaların emalı və sifətlərin tanınması şöbəsinin müdiri vəzifəsində işləyir.

F.Əliyev 1993-cü ildən Türk Dünyası Riyaziyyat Cəmiy-yətinin, 1996-cı ildən Dünya Komputer Asossasiyasının və 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür.  2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. F.Ə.Əliyev 180-dən artıq elmi məqalə və 15 monoqrafiyanın müəllifidir.

Məqalənin 128-i xarici ölkələrin nüfuzlu elmi jurnal-larında çap olunmuşdur. Onun rəhbərliyi altında 15 fəlsəfə dok-torluğu, 4 elmlər doktorluğu dissertasiyası mü­dafiə edilmişdir.

F.Əliyevin rəhbərlik etdiyi kollektivin müxtəlif beynəlxalq və yerli təşkilat­lardan aldığı elmi qrantların dəstəyi ilə əldə etdi-yi nəzəri və praktiki nəticələr Azərbaycan sənayesinə, xüsusən neft sənayesinin aktual problemlərinin həll olunmasına yönəl-dilmiş, ARDNŞ ilə birgə layihələr yerinə yetirilmişdir.

Hal-hazırda 6 elmlər doktoru, 7 fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların elmi rəhbəri və məsləhətçisi-dir.

F.Ə.Əliyev bir sıra beynəlxalq seminarlarda, simpozium və konfranslarda iştirak etmiş və orada elmi məruzələrlə çıxış etmişdir. F.Ə.Əliyevin elmin inkişafındakı nailiyyətləri dövlə-timiz tərəfindən yüksək qiymətləndirilmişdir:

1. F.Ə. Əliyev Azərbaycan elminin təbliğindəki xidmət-lərinə görə Rabitə və İnformasiya Nazirliyinin təqdimatı və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi “ medalı ilə təltif olunub;

2. Rumuniya Respublikasının Riyaziyyat Cəmiyyətinin 100 illiyinə həsr olunmuş xatirə medalı ilə təltif olunub;

3. Kazaxstan Respublikasının Əl-Fərabi adına Milli Uni-versitetin Yubiley medalı;

4. 2015-cü ilin nəticələrinə əsasən ETİ, ETM, ETL-lər üzrə yüksək elmi uğurlar əldə etdiyinə görə Tətbiqi Riyaziyyat İnstitutunun direktoru, akademik Fikrət Əliyev Fəxri fərmanla təltif edilib.




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə