A dıgözəlov Azadxan
Səfərxan oğlu
(1940)
20 dekabr 1940-cı ildə Mərəzə (indiki Qobustan) rayonu-nun Bəklə kəndində anadan olub. 1948-ci ildə Bəklə kənd ibti-dai məktəbinin birinci sinfinə getmiş, 1952-ci ildə Nabur kənd yeddiillik məktəbində təhsilini davam etdirib, 1959-cu ildə Nə-rimankənd orta məktəbinin 10-cu sinfini bitirib. 1960-cı ildə V.İ.Lenin adina ADPİ-nun (indiki ADPU-nun) Fizika-riyaziy-yat fakultəsinə daxil olub. 1965-ci ildə institutun “Riyaziyyat-Rəsmxətt” ixtisasını bitirib. 1979-cu ildə “Həndəsənin rəsm-xətlə qarşılıqlı əlaqəli təlimi” mövzusunda dissertasiya müdafiə edərək riyaziyyatın tədrisi metodikası üzrə pedaqoji elmlər na-mizədi elmi dərcəsini alıb.
Azərbaycanda Riyaziyyatın tədrisi metodikası üzrə ilk dəfə pedaqoji elmlər doktoru mərhum Bəylər Ağayevdən sonra, 1992-ci ildə “Fasiləsiz təhsil şəraitində məktəb riyaziyyat kur-sunun tətbiqi funksiyasının fənlər arası əlaqə əsasında reallaş-dırılması” mövzusunda doktorluq dissertasiyasını müdafiə edə-rək pedaqoji elmlər doktoru alimlik dərəcəsini alıb.
A.S.Adıgözəlovun əsas tədqiqat sahəsi müasir şəraitdə məktəb riyaziyyatının digər tədris fənləri (informatika, coğrafi-ya, rəsmxətt, fizika və s.) ilə qarşılıqlı əlaqəli tədrisinin təkmil-ləşdirilməsi problemləridir.
Moskvada, Leninqradda və Düşənbədə keçirilən Ümumit-tifaq Elmi Konfranslarda məruzələr edib və tezislər çap etdirib.
A.S.Adıgözəlovun seçilmiş əsərləri müxtəlif jurnallarda nəşr edilmiş, 5 kitabı müxtəlif nəşriyatlarda çap olunmuşdur:
1.Sterometriya kursunda müstəvi kəsiklərin qurulması. Bakı, APİ, 1981;
2.Həndəsədən məsələ həlli praktikumu. (Planimetriya). Bakı, APİ, 1983;
3.Orta məktəbdə həndəsənin rəsmxətlə əlaqəli öyrə-nilməsi. Bakı, APİ, 1989;
4.Həndəsədən qurma məsələlərinin həlli metodları. Bakı, APİ, 1993;
5.Riyaziyyatın tədrisi prosesində fənlərarası əlaqələrin tətbiqi. Bakı, Maarif, 1993.
A.S.Adıgözəlov əmək fəaliyyətinə 1965-ci ildə Şamaxı rayonunda V.İ.Lenin adına (hazırda Şəhriyar adına) üzümçülük savxozunda axşam fəhlə-gənclər orta məktəbində fizika-riya-ziyyat müəllimi kimi başlayıb. O, 1965-1968-ci illərdə şəhər orta məktəblərində riyaziyyat müəllimi, RXMŞ-də filmoteka müdiri vəzifələrində işlədikdən sonra, 1968-ildə APİ-nin "Ele-mentar riyaziyyat və riyaziyyatın tədrisi metodikası" kafedra-sına müsabiqə yolu ilə müəllim seçilib. 2003-cü ildən ADPU-nun “Riyaziyyat və onun tədrisi metodikası” kafedrasının müdi-ri vəzifəsində işləyir. Pedaqogika üzrə elmlər doktoru, profes-sordur. Universitetdə tələbələrə "Riyaziyyatın tədrisi metodika-sı" və “Riyaziyyatın tədrisinin psixoloji və bəzi müasir prob-lemləri” fənlərini tədris edir.
Universitetdə fəaliyyət göstərən 13.00.01 və 13.00.02 ixti-sasları üzrə ixtisaslaşdırılmış namizədlik və birdəfəlik doktorluq müdafiə şuralarının üzvüdür. Təhsil Problemləri İnstitutunda "Məktəbəqədər tərbiyə və ibtidai təhsil" bölməsi Elmi-Metodik Şuranın üzvüdür.
Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin “Təhsil, Mədəniyyət, İncəsənət” bilgi jurnallarının redaksiya şurasına üzv seçilib.
2013-cü ildə Almaniyanın Honnover şəhərində beynəlxalq Təbiət Elmləri Akademiyasının üzvü seçilmiş və həmin Akade-miyanın ordeni ilə təltif olunmuşdur.
Ağayev Bəylər
Dostları ilə paylaş: |