26 yanvar 2018-ci il № 5-8 (9191)
7
yarızarafat,
yarıGerçək
həqiqəti deyəndə başqalarının xoşuna gəl-
mir, deməyəndə isə özümün.
həyatdan bir əsr geridə qalanlar niyə bir
əsr sonra üçün də var-dövlət yığırlar?
anlamaq istəməyəni anlatmaq çətindir.
razıyam, mən zəmanə adamı deyiləm. mən
nə vaxt kiminsə adamı oldum ki?
yaxşı heç nə düşünməyənlərin nə düşün-
dükləri bəziləri üçün niyə maraqlıdır?
çox şeydən boyun qaçıra bilməyənin yaxası
əllərdə qalar.
yaxşılar üçün ən ağır cəza pisləri mükafat-
landırmaqdır.
iş görməyi bacarmayanları buyurmağı
yaxşı bacardıqları üçün qabağa çəkirlər?
məndən sənə dost çıxmaz. heç özümə çıx-
madı.
hətta ayaqlarınız ağrıyanda da öz yerişinizi
yeriyin.
deyəsən uşaqlardan çox, satqınların nazı ilə
oynayırıq axı...
bağışlamağa heç nəyim yoxdur. məni ba-
ğışlayın.
onlarınkı tutar. biri həqiqəti demək, digəri
isə eşitmək istəmir.
bəzi səhvlərimiz başqalarına bizə gülmək
ixtiyarı verir.
vicdanı olana çox qanun lazım deyil.
vicdanla yaşayanlar bir çox qanunlardan
xəbərsiz olanda belə qanun pozuntusuna yol
vermirlər.
uşaqlar valideynlərsiz də axmaq böyüyə
bilərlər. valideynlərin borcu onları ağıllı bö-
yütməkdir.
mən bu dünyaya məni sevməyənlər üçün
göz dağı kimi gəlmişəm.
az anlayanın problemi də az olur.
kimi insan yerinə qoyursan, niyə dərhal
özünü dağ başına qoyur?
sən demə, hörmət xətrinə arxa çevirmədi-
yim adamlar arxadan vurmaq üçün fürsət göz-
ləyirlərmiş.
doğru cavabı olmayan üçün sualın doğru
qoyulub-qoyulmamasının nə fərqi?
enməyin ən pisi kiminsə səviyyəsinə en-
məkdir.
kimlərinsə özlərini dahi saymaları ilə he-
sablaşmayanda, özlərini allah hesab edirlər.
Gücdən ağılla istifadə etməyəndə faciə baş
verir.
yaltaqlar başqa cür yaşamağın mümkünlü-
yünü heç düşünmürlər də.
heç kəslə düşmənçilik etmə. amma hamı ilə
dost olmağa çalışmaq da özünü aldatmaqdır.
bəziləri niyə ağıllarına dua əvəzinə, ağılla-
rına gələni yazırlar?
Görəsən mənə də vəzifə versələr, dərhal
“professor” ola bilərəm?
hava soyuq olmayanda da bəzi adamların
faydalı iş əmsalı sıfırdan aşağı olur.
bir o qalıb ki, axmaqların axmaq hərəkətlə-
rinə görə də biz üzr istəyək.
sizə elə gəlmir ki, ən çox düşmənlərimizi se-
vindiririk.
sualları çox sevirəm. məni axtarışlara məc-
bur edən sualları.
bir az ehtiyatlı olun. ətraf tülkülərlə dolu-
dur.
nə qədər narahat olsa da, bu yolu sonunda
işıq gördüyüm üçün seçdim.
xəttə qalsa, ən gözəl alın yazısı mənim ol-
malıydı.
əvvəllər bəziləri özlərini daha çox kolxoz
sədri kimi aparırdı, indi professor kimi aparır-
lar.
yaltaqların çox olduğu yer yükü çox olan
gəmiyə bənzər. hər an bata bilər.
bəzilərinin imkanı olsa imkansızlara nəfəs
almağa da imkan verməzlər.
adətən iki adamın savaşı araqarışdıranın
xeyrinə bitir.
bəzi yerlərdə az qalıb ki, ikini ikiyə vuran-
da dörd eləməsin.
yaxşı işlərimizdən “bixəbər” olanlar nə
vaxtsa pis iş görəcəyimizə ümid edirlər?
insan yarandığı ilk günlərdən yükdaşıma
mövcuddur:kim isə kiminsə yükünü daşıyır.
heç nə etməyən daha çox səhvə yol verir.
bədbəxtlik heç vaxt qapını döymür. o, içəri
soxulur.
can, ey həqiqət! heç kimə lazım deyilsən?
əsl marafon yarışıdır:harda pul görürlər-
sə, ora qaçırlar.
iş deyəndə gözləri kor olanların mükafat
deyəndə gözləri niyə dörd olur?
Görəsən qulaqlarımı da islam qaydalarına
uyğun kəsirlər?
Rasif TAHİROV
www.seanews.az
Hindistanın qərb sahilləri
yaxınlığında göyərtəsində
7 nəfərin olduğu helikopter
qəzaya uğrayıb.
Hindistan Hərbi Dəniz
Qüvvələrinin Twitter səhifə-
sində insidentin yanvarın 13-
də səhər saatlarında baş ver-
diyi bildirilir. Helikopterdə iki
pilotdan başqa, Ərəb dənizin-
də yerləşən buruqların birinə
yollanan Hindistanın neft və
təbii qaz üzrə komissiyasının 5
əməkdaşı da olub.
Helikopter havaya qalx-
dıqdan bir qədər sonra onun-
la əlaqə kəsilib. Xilasedicilər
hadisədən bir neçə saat sonra
Mumbay şəhərindən 50 kilo-
metr uzaqlıqda helikopterin
qalıqlarını aşkarlayıblar.
Hazırda qəza nəticəsində 4
nəfərin həlak olduğu təsdiqlə-
nib, 3 nəfərin taleyindən isə
hələlik xəbər yoxdur. Qəzanın
səbəbləri məlum deyil.
ərəb dənizində Göyərtəsində
neftçilər olan helikoPter
qəzaya uğrayıb
ABŞ-ın Sietl şəhərində
yaşayan rəssamlardan biri
rəngin xüsusi tərkibini icad
edib.
“billionnews.ru” saytı bil-
dirir ki, həmin rənglə asfalt
üzərinə yazılan yazı yaxud
çəkilən şəkillər yalnız yağış
yağdığı və ya üzərinə maye tö-
küldüyü halda görünür.
Şəkillər ilk iki həftə ər-
zində aydın görünür, 4 aydan
bir ilədək isə asfaltda qalaraq
silinmir.
amerikalı rəssam xüsusi
rənG icad edib
Dövlət İmtahan Mərkəzi (DİM)
tərəfindən yaxın aylar ərzində ke-
çirilməsi nəzərdə tutulan, ali təhsil
müəssisələrinə I-IV ixtisas qrupları
üzrə birinci (yaz) qəbul imtahanla-
rının, magistratura və rezidenturaya
qəbul imtahanlarının birinci mər-
hələsinin, ümumi orta (9 illik) təhsil
bazasında təhsilalanların buraxılış
imtahanlarının birinci mərhələsinin,
sınaq imtahanlarının tarixləri müəy-
yənləşdirilib.
DİM-dən bildiriblər ki, ali təhsil
müəssisələrinə II və III ixtisas qrupları
üzrə birinci (yaz) qəbul imtahanı ma-
yın 13-də, I və IV ixtisas qrupları üzrə
isə mayın 20-də keçiriləcək.
Ali təhsil müəssisələrinin baka-
lavriat səviyyəsinə qəbul olunmaq
istəyənlər üçün sınaq imtahanlarının
aprelin 1-də, 15-də, 29-da və iyunda
(1 dəfə) keçirilməsi nəzərdə tutulur.
Ali təhsil müəssisələrinə, ümumi
və tam orta (9 illik və 11 illik) təhsil
bazasında kolleclərə qəbul olunmaq
istəyən və qəbul imtahanını Azərbay-
can dilindən fərqli dildə verən abituri-
yentlər üçün “Azərbaycan dili” fənni
üzrə birinci imtahan aprelin 22-də,
ikinci imtahan isə iyunun 10-da keçi-
riləcək.
Ali təhsil müəssisələrinin və
AMEA-nın magistraturalarına qəbul
imtahanının I mərhələsi fevralın 25-
də, rezidenturaya qəbulun birinci mər-
hələsi isə aprelin 1-də keçiriləcək.
Yanvarın 19-da və 27-də reziden-
turaya qəbul olunmaq istəyənlər üçün
elektron sınaq imtahanı (baza fənləri
üzrə), fevralın 4-də isə magistraturaya
qəbul olunmaq istəyənlər üçün kağız-
daşıyıcılar vasitəsilə sınaq imtahanı
(I mərhələ üzrə) keçiriləcək.
Bakı şəhəri və bölgələr üzrə ümu-
mi (9 illik) orta təhsil bazasında təhsil
alanlar üçün buraxılış imtahanlarının
birinci mərhələsi martın 4-də, 11-də
və 18-də təşkil olunacaq.
Ümumi (9 illik) orta təhsil baza-
sında orta ixtisas təhsili müəssisələ-
rinə qəbul olunmaq istəyən (həmçinin
eksternat qaydasında buraxılış imta-
hanı verən) əvvəlki illərin məzunla-
rı üçün qəbul imtahanlarının birinci
mərhələsi aprelin 8-də keçiriləcək.
Peşə liseylərinin şagirdləri (11-ci
sinif) üçün buraxılış imtahanı martın
18-də keçiriləcək.
Qeyd edək ki, DİM tərəfindən ke-
çirilən imtahanlar kütləvi xarakter da-
şıdığı üçün tədbirlərin qrafiki bir neçə
dövlət orqanı ilə birgə müzakirə olu-
nur, razılaşdırılır və yekun qərar qəbul
edildikdən sonra ictimaiyyətə elan
olunur. Digər imtahanların da qrafiki
müəyyənləşdirildikdən sonra KİV-lər-
də məlumat veriləcək və Mərkəzin
saytının “Təqvim” bölməsinə əlavə
ediləcək. Vətəndaşlara saytın bu böl-
məsini mütəmadi izləmək tövsiyə olu-
nur.
Böyük Britaniyanın Bat Uni-
versitetinin ekspertləri tərəfindən
içməli suyun istifadəyə yararlılığını
yoxlayan birdəfəlik test hazırla-
nıb. Mütəxəssislər bu testin Afrika
ərazisində yaşayan minlərlə insanın
həyatını xilas edəcəyini vurğulayır-
lar.
Rusiyanın “Aktualnıye novosti”
saytı xəbər verir ki, yeni işləmə qrafit
elektrodlu və elektrikkeçirici bakteri-
ya təbəqəli kağızı xatırladır. Zolaq öz
rəngini zəhərli kimyəvi maddə, ağır
metal, herbisid və digər gözlə gö-
rünməyən əlavələrlə reaksiya zamanı
dəyişir. Lakmus kağızına bənzəyən
testerin rənginin dəyişməsi suyun tər-
kibindəki zərərli qatqıların mövcudlu-
ğundan xəbər verir.
“WaterAid”in apardığı qiymət-
ləndirməyə əsasən indiki dövrdə Yer
kürəsinin 850 milyon sakini təmiz su
çatışmamazlığından əziyyət çəkir. Bu
cür testləri inkişaf etmiş ölkələrin əra-
zisində də tətbiq etmək mümkündür.
Test ucqar yaşayış ərazilərində su-
yun keyfiyyətini müəyyənləşdirməyə
imkan verəcək, həmçinin turist və
xilasedicilərə içməli su ehtiyatlarının
çirklənməsinə səbəb olan fövqəladə
hallar zamanı kömək göstərəcək.
“IndieWire” portalı bütün dövr-
lərin ən yaxşı 100 filminin siyahısını
dərc edib.
Reytinq “Rotten Tomatoes” saytı-
nın istifadəçilərinin rəyi əsasında tər-
tib olunub.
Siyahıya ən azı 40 resenziya yazı-
lan ekran əsərləri daxil edilib.
Reytinqin lideri rejissor Viktor
Fleminqin “Oz Ölkəsinin Sehrbazı”
(1939) musiqili filmidir. Hesabında
iki “Oskar” mükafatı olan bu ekran
əsəri 1998-ci ildə ən yaxşı 10 Ameri-
ka filmi siyahısına daxil olub.
İstifadəçilər ikinci yerə Orson
Uellsin “Vətəndaş Keynə” (1941)
filmini layiq görüblər. Bu əsər mütə-
madi olaraq dünyanın kino tarixində
ən çox diqqət çəkən filmlər siyahı-
sına daxil olur. Britaniyanın “Sight
and Sound” jurnalının reytinqində bu
film ardıcıl olaraq 5 dəfə birinci yeri
tutub.
Siyahıda üçüncü mövqedə Cor-
dan Pilin “Uzaq ol” qorxu filmi qə-
rarlaşıb. Onluğa, həmçinin “Quduz
Maks: qəzəb yolu” (2015, Corc Mil-
ler) və “Inside Out” (Qıfılbənd) ciz-
gi filmi (2015, Pit Doker, Pixar) də
daxildir.
Yaponiya özünümü-
dafiə dəniz qüvvələrinin
komandanlığı ötən ilin
sonundan başlayaraq
ABŞ-ın sorğusuna
əsasən Şimali Koreyaya
tətbiq edilən sanksiyala-
rın icrasına nəzarət üçün
öz gəmilərini Sarı və Ya-
pon dənizlərinə göndərir.
Kyodo agentliyi xə-
bər verir ki, məqsəd açıq
dənizdə əcnəbi tanker-
lərdən Şimali Koreya gə-
milərinə neftin vurulması-
nın qarşısını almaqdır.
Məlumatda qeyd edilir ki, əməliy-
yat özünümüdafiə qüvvələrinin bey-
nəlxalq sularda müşahidə aparması
qaydalarına müvafiq olaraq keçirilir.
Yaponiyanın patrul təyyarələri açıq
dənizdə şübhəli gəmilər aşkar etdikdə
məlumatı gəmilərə ötürür və gəmilər
qeyd edilən əraziyə doğru hərəkət
edir.
Şübhəli gəmiləri yoxlamaq yapon
özünümüdafiə qüvvələrinin
səlahiyyətinə aid olmadığına
görə, əldə edilən məlumatlar,
foto və digər informasiyalar
ABŞ tərəfinə göndərilir. Bun-
dan əlavə, həmin məlumatlar
yanvarın 16-da Vankuverdə
Kanada və ABŞ-ın sədrliyi
ilə keçiriləcək Şimali Koreya
üzrə nazirlər görüşünə təqdim
ediləcək.
Kyodo agentliyi yazır ki,
Yaponiya hökumətinin rə-
yinə əsasən, bu nəzarət tək-
cə Şimali Koreyaya deyil,
eyni zamanda, Tokio və Vaşinqtonun
qənaətinə görə, Pxenyana müəyyən
kömək edən Çin və Rusiyaya da təsir
göstərəcək.
Vüqar Ağayev
buraxılış, qəbul və sınaq imtahanlarının
tarixləri müəyyənləşdirilib
yaPoniya şimali koreyaya tətbiq edilən sanksiyaların icrasına
nəzarət üçün öz Gəmilərini sarı və yaPon dənizlərinə Göndərir
Birləşmiş Ərəb Əmir-
liklərinin (BƏƏ) “Agthia
Group” şirkətlər qrupu dün-
yada ilk dəfə olaraq tərkibin-
də D vitamini olan içməli su
istehsalına başlayıb.
AZƏRTAC Əmirliklərin
KİV-lərinə istinadla xəbər ve-
rir ki, dünyada yeganə olan D
vitaminli bu suyun tərkibində
qatqı, dadverici və boyaq mad-
dələri yoxdur. Tədqiqatlara
görə, BƏƏ əhalisinin 78 faizi
D vitamini azlığından əziyyət
çəkir ki, bu da bəzi xroniki və
infeksion xəstəliklərin inkişaf
riskini artırır.
“Al Ain Vitamin D” adla-
nan suyun bir şüşəsinin həcmi
500 ml, dəyəri isə 2 dirhəmdir.
Vitaminlərlə zəngin olan bu
suya artıq BƏƏ-nin supermar-
ketlərində rast gəlmək müm-
kündür.
d vitaminli su hazırlanıb
içməli suyun istifadəyə yararlılığını
yoxlayan test hazırlanıb
bütün dövrlərin ən yaxşı 100 filmi
Malayziya Tioman ada-
sında yaranan əlverişsiz hava
şəraiti ilə əlaqədar oradakı
turistləri təxliyə etmək üçün
hərbi dəniz qüvvələrinin
gəmisini göndərib.
“The Star” qəzeti xəbər
verir ki, gəmi adadakı 90-dan
çox adamı təxliyə edəcək.
Nəşrin məlumatına görə,
artıq bir neçə gündür ki, Tio-
man adasında nəhəng dalğa-
larla müşayiət olunan pis hava
şəraiti davam edir. Ümumilik-
də 54 turist və 39 malayziyalı
yanvarın 11-dən adadadır.
Qeyd olunur ki, burada
yağışlar fəsli oktyabrda baş-
layaraq martadək davam edir.
Yerli qanunverici orqanın nü-
mayəndəsi bildirib ki, hər il
yerli hakimiyyət orqanları tu-
ristlərə adaya səfərin təhlükəli
olması barədə xəbərdarlıq edir.
Adaya gedən turistlər bərə ilə
qayıtmaq imkanı olacağına
inanırlar. Bu il bərə olmadığı-
na görə, turistlər adanı tərk edə
bilməyiblər.
Vüqar Ağayev
tioman adasındakı
turistlər Gəmi ilə təxliyə
ediləcək