132
İmam
Əbu Hənifə
adları bilinərdi. Belə olmadığına görə, o dövrlərdə yaşayan
Əlqamə ibn Qays, Əbu Müslim əl-Həvlənt, Məsruq əl-Əcda,
Cübeyr ibn Nufeyr və Kəbul-Əxbarın müəllimləri kimlərdir
görəsən? O cümlədən onlardan sonra gələn və tabeundan
olan Həsən Bəsri, Əbuş-Şəsa, Zeynalabdin, İbrahim ət-
Teymi, Nəxai, Səid ibn Cübeyr, Tavus, Ata, Mücahid, Şabi
və başqalarının müəllimləri kimlərdir görəsən? O halda
nə üçün yalnız Əbu Hənifənin Ərəbcə təhsil alması tələb
olunur? Görəsən o vaxtlar hansı kitablar oxunurdu?
Tənqidçinin Əbu Hənifənin (hərfi cərsiz) “Bi əbə Qubeys”
dediyini dəlil gətirməsinə gəlincə, buna belə cavab verə
bilərəm:
a) Bu rəvayətin səhih bir sənədə ehtiyacı var. Əbu Həni-
fəyə qarşı gələn Seyid Cəmaləddin Əli, hədis mövzusunda
dəqiq və ehtiyatlı davrandığı halda, bu rəvayəti niyə qəbul
edir?
b) Bu rəvayət səhih bir sənədlə sabit olsa belə, məşhur
deyil. O cümlədən, İmam Əbu Hənifənin fitva əhli və
müctəhid olduğu iddiası qədər səhih də deyil. Halbuki, Əbu
Hənifənin elmi vəziyyəti, fəziləti təvatür dərəcəsindədir və
bu barədə hər kəs həmfikirdir. Bu səbəblə məlum olan bir
həqiqətə zənlə zərər vermək olmaz.
c) Rəvayətin Əbu Hənifədən sağlam yollarla gəldiyini və
səhih olduğunu fərz etsək belə bu, Əbu Hənifənin nüfuzuna
bir zərər verməz. Çünki, bu səhv deyil. Əksinə doğru bir
ləhcədir. Belə ki, Fərra bəzi ərəblərdən eşitdiyi bu şeri nəql
edir:
“İnnə əbəhə və əbə əbəhə
208
qad bələğa fil-məcdi ğayətəhə
Xanımın atası ilə atasının atası,
Son dərəcə ulu insanlar idi hər ikisi”.
208. İsmi söz birləşməsi səbəbilə «əbəhə» sözünün əbi (hə) olması lazımdır.
ancaq, bu şerdən aydın olduğuna görə, əbə (hə) şəklində də gəlir. Bu səbəblə
başına artikl gəlsə söz “əbə” olaraq qalır. (Mütərcimin qeydi).
133
İslam alimlərinin gözü ilə hədis elmində
d) Bunun heç bir şəkildə izah edilməz bir xəta olduğunu
qəbul etsək belə bu, Əbu Hənifənin Ərəb dilini bilmədiyi
mə nasına gəlmir. Ona görə ki, bu gün belə bir çox filoloq
danışıq dilində müxtəlif ləhcələrə aid sözlərdən və
söz birləşmələrindən istifadə edir. Müxtəlif ləhcələrə
aid cümlələrin deyilməsi ərəblərin dilində də normal
qarşılanırdı.
Xülasə, bu məsələ necə ortaya atılmış olur-olsun İmam
Əbu Hənifənin bilgisizliyinə və elmsizliyinə dəlalət etmir.
Əksinə, ona qarşı bu tənqidi yönəldənin qəflətini və böyük
alimi ləkələmək üçün əlindən gələni elədiyini göstərir.
Tənqidçinin, “Əbu Hənifə zəif ravilərdən də hədis rəvayət
edirdi. Onun hədis biliyi zəif idi”, − deməyinə gəlincə, bu
açıq-aşkar xətadır. İnsaflı bir insan bunu deməz. Buna belə
cavab vermək olar:
Əvvəla, Əbu Hənifə məchul şəxlərin rəvayətlərini qəbul
etməzdi. Daha əvvəl qeyd etdiyim kimi, bir çox alim bu
xüsusda həmrəydir.
209
Yəni, onlar ədaləti məlum olan
siqa ravinin rəvayətinə müxalif olmayan məchul şəxsin
rəvayətini qəbul edirdilər. O dövrdəki hədis ravilərinin
böyük əksəriyyəti ədalətli şəxslər idi. Məşhur səhih hədis də
bunu təsdiq edir:
“Ən xeyirli dövr – mənim dövrümdür. Sonra
isə onlardan sonra gələnlər, sonra isə onlardan sonra gələnlər”.
210
Həzrət Əli də bəzi raviləri əvvəlcə yoxlayar, daha sonra
and içdirərək nəql etdiklərini qəbul edərdi. Bu, tanınmayan
və ya oxşar vəziyyəti olan ravilər üçün də keçərli idi. Belə
ki, Miqdad məzinin hökmünü ona bildirəndə ona and
içdirməmişdir.
Hafiz İbn Kəsir heyvan yarışdırmaqla bağlı hədisləri yaz -
dığı əsərində Əhməd ibn Hənbəlin hər hansı məsələ ilə bağlı
səhih hədis olmadığı təqdirdə zəif hədislə əməl etdiyini nəql
209. İbnul-Vəzir, “ər-ravdul-bəsim”, ı, 20-6.
210. Müslim, Fədailus-səhabə, 216.