Bu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdaram. Əsasən də mənə daim dəstək olan dostlarıma



Yüklə 391,56 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix14.06.2018
ölçüsü391,56 Kb.
#48859
1   ...   8   9   10   11   12   13   14   15   16

- 49 - 

 

                            



*** 

  

 



      Röyaları gerçəkləşdirməyin ən gözəl yolu 

                                       oyanmaqdı! 

  Toğrul  Günayla  görüşməyə  başlamışdı,  o  dam  söhbətindən  sonra.  Hər  ikisi 

xoşbəxtliyin  üst  qatlarında  belə  özlərinə  yer  tapmayıb,  buludlara  qanad  açıb, 

uçmaq istəyirdilər.Hər şey Toğrula doğma gəlirdi.Hər cür dəyişən hava, ətrafdakı 

insanlar,  yer,  göy,  həyat,  yaşam,  küçə,  blok,  mərtəbə,  Günayın  qardaşı,  dükançı 

qadın, mindikləri avtobuslar, karusellər, görüşdükləri park, binalarının damı, hər 

şey,  hər  şey  doğmalıq  çalarında  işlənən  naxışlara  bənzəyirdi.  Bəzən  Günayı 

qardaşı  yanında  olduğu  üçün,  dərsə  baxışlarıyla  yola  salsın  deyə  işə  gecikirdi. 

Tahirin  dığ-dığı,  deyinməsi,  bağırması  belə  Toğrulu  əsəbdən  çıxarmağa  qadir 

olmurdu. "Bu Tahir də qəribə tipdi e...Az qala başında qoz sındırıram, amma bu 

elə anqırmağı bilir. Niyə çıxartmır məni işdən? Dalıma bir təpik vurmaq bu qədər 

çətindir  məgər?"-deyə  düşünər,  öz  düşüncəsinə  gülər,  Tahiri  hər  gün  daha  bərk 

bağırtmaq üçün planlar cızardı Günayla bağlı.  

 Hər gün dərsdən sonra görüşürdülər. Günayın qardaşı o vaxtlar işdə olurdu. Tahir 

"müəllim" isə idarədə. Bu da hər ikisinə sərf edirdi. 

-Toşka məni necə sevirsən? 

-Hmm...Dayan fikirləşim... 

-Eee, nə pis oğlansan e. Bilmir necə sevdiyini... 

-Yum gözünü. 

-Aha,yumdum. 

-Nə görürsən? 



- 50 - 

 

-Qaranlıqdan başqa heç nə. 



-Səni necə sevdiyimi o qaranlıqda gizlətmişəm... 

-Bəs mən axı qaranlıqdan qorxuram. 

-Aç gözünü.Nə görürsən? 

-Səni! 


-Bu da sənin işığın olsun qorxmamaq üçün...İndi sus.Gəl bura... 

  Romantik  anlarda  duyğulara  qapanardılar.  Bəzən  susub  dəqiqələrlə  bir-birinə 

baxar,  sanki  cizgilərini  yadda  saxlamağa  çalışardılar.  Ailələri  barədə  heç  vaxt 

söhbət etməzdilər. Onlara maraqlı olan elə özləri idilər. 

-Gözümə bax. 

-Niyə? 


-Üzmək istəyirəm onlarda. 

-Mən isə üzə bilmirəm deyənə, artıq batmışam gözlərində. 

-Yox  Toşka,  sənin  gözlərin  daha  gözəldi.  İnsaf  naminə  deməliyəm.  (Hər  ikisi 

gülür) 


-Bəxtəvər başıma. 

-Əlbətdə  bəxtəvər  başına.Ən  gözəl  qız  yanında,  ən  gözəl  gözlər  səndə...Toğrul, 

görəsən gözəl göz daha gözəl görür? 

-Hə, mənim gözlərim gözəl görür... 

-Çoxbilmiş pissən sən. 

-Başına gələn ən pis şeyəm həmdə... 

  Bərabər  paylaşmaqları  üçün  çox  məqamlar  var  idi.  Mahnıları,  filmləri, 

rəqəmləri, günləri... 




- 51 - 

 

- Qulaq as Günay, eşidirsən? 



- Hə... 

 

Sevəcəyəm səni ölənə kimi. 



Könlümün atəşi sönənə kimi. 

Ömrüm arzularda üzən bir gəmi. 

Ruhumun bir ayrı ölkəsi yoxdu... 

Bizim mahnımızdı Toğrul, ancaq bizim. 

  Toğrul  artıq  adsız  yolunda  öz  kəşfini  etmişdi.  Qayıtmaq  istəyirdi.  Elçilərini 

göndərmək,  anasını,  atasını  sevindirmək  istəyirdi  bu  xəbərlə.  Sevinərlərmi 

görəsən? Axı  Günay onların planında olmayan ailə qızı idi. Bunların əhəmiyyəti 

yox  idi  Toğrul  üçün.  Onu  öz  xöşbəxtliyindən  heç  kim  ayıra  bilməzdi.  Ən  azı  o 

belə düşünürdü... 

 

                             

 *** 

 

Gələcək gəlməyəcək. 

Saxta dodaqlarda axtarma təbəssüm,gülməyəcək. 

Bilməyəcək nə dediyini axmaq,lal olub dinməyəcək. 

Demişdim axı ay ürək,o vəfasızdı,aldadacaq,sevməyəcək. 

Çırp qapını üzümə,titrəsin divarlar. 

Dağılsın gözümdəki hasarlar. 

Məni proloqa qaytarın hörmətli yazarlar... 



- 52 - 

 

Çəkim həyatımı fərqli kətanda. 



Fərqli rənglərlə işləyim naxışları. 

Gizlət utanmaz baxışları. 

Buludları ağlat,gətir mənə yağışları. 

Pıçılda şeytanın ilahi sevgisini. 

Hiçqırıqlarda boğaq ölümün zümzüməsini. 

 

  Eyvazla  Banu  uşaq  evindən  Əfqanı  qaçırmışdılar.  Qanunlar  heç  vaxt  Banuya 



Əfqanı əmanət etməzdi himayəçi olaraq. 

  Hər  ikisi  bir  kafedə  işə  düzəlmişdilər.  Eyvaz  ofisiant,  Banu  xadimə  olaraq. 

Uşaqlara qonşuluqdakı Şəfəq xanım baxırdı. Həm Basat, həm Əfqan ağıllı uşaqlar 

idilər.  Şəfəq  xanım  tək  qadın  olduğundan  məmnuniyyətlə  bu  iki  gül  balaya 

baxırdı. 

  Aqildən  xəbər  çıxdı.  Kafenin  müştərilərindən  biri  Aqili  tanıdığını  dedi...Banu 

sevinməyə  macal  tapmamış,  eşitdiyi  xəbər  onu  pərişan  etdi.  Aqil  evlənmişdi. 

Banunun həyatı boyu gözləməyə hazır olduğu halda, türmələri gəzdiyi halda, hər 

çətinliyə  rəğmən  Basatı  atasına  qovuşdurmaq  üçün  hər  cür  fədakarlığa  hazır 

olduğu halda, evdən qaçdığı halda Aqil...Aqil əclaflıq etmişdi. Bunu nə Banu, nə 

Eyvaz bağışlaya bilməzdilər. 

  Banunun qisas alacağını Eyvaz gözəl anlayırdı. Qarşısını almaq istəsə də, onu da 

gözəl  anlayırdı ki,  bu  mümkünsüzdü.  Banunun  içindəki nifrət  o  qədər  böyük idi 

ki,  Aqilin  qanını  içsə,  yenə  doymazdı.  Boz  rəng  almış  gözəl  simasından  əsər-

əlamət  qalmamışdı.  Gözünə  heç  kim,  heç  nə  görünmürdü.  Tək  düşüncəsi  qisas 

idi. Aqil nəyin bahasına olursa olsun, cavab verəcəkdi... 

  Aqilin  yaşadığı  ünvanı  yazdığı  kağız  parçasına  xeyli  baxdıqdan  sonra  döşünün 

arasında gizlətdi. 




Yüklə 391,56 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə