Namiq Abbasov, Rəhim Həsənov
~ ~
168
edilmiş və özü tərəfindən də, yeri gəldikcə, istifadə
edilmişdir.
Tusi istər təlim, istərsə də tərbiyə prosesində uşağın
gördüyü işləri qiymətləndirməyi tövsiyə edərək yazırdı:
«Yaxşı işlərə görə tərifləmək, pis işlərə görə pisləmək
hökmən lazımdır», lakin pedaqoq nəyə görə tərifləməyi və
necə pisləməyin yerini və şəraitini də nəzərdən qaçır-
mamağa çağırırdı.
Tusi təlim barəsində fikirlərini davam etdirərək
«müəllim bu və ya digər üsuli-tərbiyəni tətbiq edərkən, heç
bir rütbə, vəzifə və silk nəzərə almamalı və cəsarətli
olmalıdır. Ayrı seçkilik yalnız yüksək rütbə sahiblərinə
xasdır» deyirdi.
Pedaqoqun irəli sürdüyü bu fikrindən aydın olur ki,
hər hansı bir uşaq olursa-olsun müəllim üçün fərqli olma-
malı, yeri gəldikcə rəğbətləndirmədə və cəzalandırmada
dəqiqlik gözlənilməlidir.
Tusi göstərir ki, bir sıra müəllim, müdərris və
mütəkəllimlər bu və ya digər şirnikdirmə və cəzanı tətbiq
edərkən ayrı-seçkiliyə yol verirlər ki, bu da öz növbəsində
tərbiyə və tədrisə olmazın xətər yetirməkdən başqa bir
şey deyildir.
Pedaqoq istər ağır və istərsə də yüngül cəza verərkən
«əql və kamal, hədd və etiqadla hərəkət etməyi, rəğbət-
ləndirmə və cəzada» hədd gözləməyi də dönə-dönə təklif
edirdi.
Şagirdləri, mütəllimləri döymək, incitmək və onların
heysiyyatına toxunmağı müəllim üçün ən böyük biabırçılıq
və bədnamlıqdan kənar olmayan xüsusiyyət hesab edən
Tusi «mütəəllimlərə tərifləmədən və pisləmədən maədə
cəza tətbiq etməyi» lazım bilmirdi. O yazır ki, uşağın hər