Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə65/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   59   60   61   62   63   64   65   66   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
201 
çəkilir,  bütün  qabaqcıl  dünyagörüşlü  tədqiqatçılar  bu  ada 
böyük ehtiramla münasibət bəsləyirdilər. 
Bu  qabaqcıl  dünyagörüşə  mənsub  olan  filosoflardan 
biri, tarix fəlsəfəsinin yaradıcısı İbn Xəldun Tusinin kəlam 
filosofu  Fəxrəddin  Razi  ilə  olan  ideya  mübarizəsini  təhlil 
etmişdir.  Digər  tədqiqatçılardan  fərqli  olaraq,  İbn  Xəldun 
orjinallığı  ilə  fərqlənən  Tusi  fəlsəfəsinin  dəqiq  və  dərin 
izahını  vermişdir.  Dünya  şöhrətli  İbn  Xəldunun  ilk  elmi 
əsərinin  Tusiyə  həsr  olunması  bir  təsadüf  deyildir.  «Dinin 
əsalarına  dair  hasil  edilmiş  məğzi»  deyə  adlandırdığı  bu 
əsərdə  apardığı  məntiqi  mühakimələrdən  sonra  Tusinin 
ideya baxışlarına haqq qazandırır.  
İbn Xəldun ilk dəfə  olaraq  klassik aristotelçi ənənələri 
davam  etdirən  peripatetizim  ilə  ilahiyyatçı  aristotelçilər 
arasında fərq qoyur. İbn Xəldun Fəxrəddin Razinin «Hasil 
edilmişin xülasəsi» adlı əsərini müzakirə obyektinə çevirir. 
İbn  Sina  fəlsəfəsini  tənqid  edərkən  ilahiyyata  arxalanan 
Razi  dünyagörüşünü  rədd  edərək,  Tusi  fəlsəfəsinin 
doğruluğuna inanırdı. 
Bunlardan  başqa  Nəsirəddin  Tusi  fəlsəfəsinə  müsbət 
şərh  yazanlardan    Şəmsəddin  İsfəhani,  Əlaəddin  Quşçu, 
Seyid  Şərif  Curcani,  Mövla  Əhməd  Taşkörpüzadə  kimi 
filosof  və  mütəfəkkirləri  göstərmək  olar.  Əsasən,  Tusinin 
ən  çox  tanınan  fəlsəfi  əsəri  olan  «Kəlamın  təcridi»nə  aid 
yazılan şərhlər çoxluq təşkil edir. 
Tusi yaradıcılığında «Əxaqi Nasiri» əsəri Şərq xalqları 
üçün  böyük  əhəmiyyət  kəsb  edir.  Uzun  müddət  ərzində 
Şərq xalqlarının əxlaq dərsliyinə çevrilən bu əsərə də başqa 
əsərlər  kimi  orta  əsrlər  dövründə  çoxlu  şərhlər  yazılmış, 
özünün müsbət qiymətini tapmışdır. Nəsirəddin Tusinin bu 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
202        
əsərinin  bənzərini  bir  çoxları  yaratsa  da,  hamısı  məna 
dərinliyi «Əxaqi Nasiri»dən geridə qalmışdır. 
Tusi  dühasının  məhsulu  olan  mənəvi  sərvətlər  toplusu 
təkcə  xalqlarının  deyil,  bütün  insan  toplularının,  bütün 
bəşəriyyətin faydalana biləcəyi bir əhəmiyyətə malikdir. Bu 
mənəvi  mirası  əldə  etmək,  mənimsəmək,  onu  dərindən 
tədqiq  etmək  üçün  Tusi  əsərləri  ilə  yaxından  tanış  olmaq 
gərəkdir.  Lakin,  çox  təəsüflər  olsun  ki,  sovet  hakimiyyəti 
illərində  zənginliyi  və  rəngarəngliyi  ilə  fərqlənən  Tusi 
yaradıcılığının  bəhrəsi  olan  yüzdən  çox  əsərin  içərisində 
yalnız «Əxaqi  Nasiri» əsəri doğma dilimizə tərcümə olun-
muşdur.  Heç  şübhəsiz  ki,  bu  əsərlərin  kütləvi  tərcüməsinə 
də  diqqət  yetirmək  və  bu  məsələyə  ciddi  münasibət 
göstərəmək lazımdır. 
İnsanın  bir  fərd  olraq  mənəvi-intelektual  inkişafı  ilə 
ictimai  tərəqqi  arasında  ciddi  qarşılıqlı  əlaqə  məqamları 
vardır.  Belə  ki,  ayri-ayri  adamların,  insanların  ümumi 
inkişaf  səviyyəsi  aşağı  olduqda  cəmiyyətin  təkmilləşdiril-
məsi çox çətin olur. Digər tərəfdən ictimai təşkilatlanmanın 
səviyyəsi dövlət idarəçiliyinin optimallığı da öz növbəsində 
fərdlərin  öz  şəxsi  həyatlarını  düzgün  qurmaları  və  mənəvi 
intellektual  inkişafının  təmin  olunması  üçün  mühüm 
şərtdir.  Təsadüfi  deyildir  ki,  ümummilli  lider  Heydər 
Əliyev  bütün  dəyərlər  içərisində  ən  böyük  üstünlüyü 
mənəvi  aləmə  vermişdir.  Dahi  liderin  dediyi  kimi: 
«Mənəviyyətı qoruyan, yaşadan insan əbədi olacaqdır».  
Azərbaycanda  yeni  iqtisadi  münasibətlərə  keçid 
prosesinin  yekunları göstərir  ki, iqtisadi islahatlarla  yanaşı 
cəmiyyətin  mədəni-mənəvi  həyatının  strukturunda  da 
adekvat dəyişikliklər aparılmasına böyük ehtiyac vardır. Bu 
şərt  ilk  növbədə  ayrı-  ayrılıqda  elm,  təhsil  və  incəsənət 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
203 
sahələrinə  aid  olsa  da,  ictimai  həyatın  bütün  sahələrində 
əsas  amillərdən  biri  kimi  çıxış  edir.  Müasir  dövrdə 
hadisələrin  sürətlə  əvəzlənməsi  sosial  iqtisadi  islahatların 
miqyasının genişlənməsi insan amilinin də rolunu artırır və 
mənəvi  keyfiyyətlər  siyasi  və  iqtisadi  proseslərin 
strukturuna daxil olur.  
Bu  yeni  tendensiyanın  öyrənilməsi  isə  ancaq  fəlsəfi 
biliklər  kontekstində  mümkündür.  Mədəni  insan  həyatının 
əsas  tələbatı  və  daxili  motivasiyalardan  biri  şəxsiyyətin 
özünütəkmilləşdirməsidir.  Bu  motivasiyadan  çıxış  edərək, 
hər  bir  mədəni  insan  bu  gün  dünənkindən,  sabah  isə  bu 
günkündən  daha  yaxşı  olmağa  can  atmalıdır.  Bu  zaman 
insanın  mədəni  inkişafı  intellektual,  mənəvi  və  fiziki 
mədəniyyətdən ibarət üç səviyyədə həyata keçirilməlidir.  
Qeyd  edək  ki,  bütöv  cəmiyyətin  sosial-mədəni  inkişaf 
prososi  məhz  bu  üç  səviyyədə  baş  verir.  O  özündə  intel-
lektual  və  mənəvi  yaradıcı  fəaliyyəti  eləcə  də  sosial  mə-
dəniyyətin  «tikinti  materialı»,  cəmiyyətin  sosial  kapitalı 
olan fiziki mədəniyyəti əks etdirir. Bizə elə gəlir ki, əgər bu 
fəlsəfi-kulturoloji  yanaşma  milli  və  dini  sərhədlərdən  asılı 
olmadan planetin hər bir adamının fəlsəfi həyat norması və 
etik  qlobal  idarəetmənin  başlanğıc  prinsipi  olarsa, 
bəşəriyyət  III  minillikdə  humanizmə  istiqamətlənən 
sivilizasiya quruculuğunda real uğurlar qazana bilər. 
Əgər  biz  Azərbaycan  fəlsəfə  tarixinə  nəzər  yetirmiş 
olsaq  və  diqqətlə  mühakimə  aparsaq,  Tusinin  ilk  və  bəlkə 
də  tək  ensiklopedik  fəaliyyətə  malik  olduğunu  görərik. 
Ziddiyyətli bir ideya mübarizəsi dövründə Tusinin yaratdı-
ğı ideyalar toplusu öz əhəmiyyətini bu gün də itirməmişdir. 
Gerçəkiliyin  sirrlərinə  həsr  etdiyi  elmi-fəlsəfi  əsərlər, 
kainatın dərkinə doğru yönəldilmiş problemlərin həlli Tusi 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə