37
6
astroloqlar, spiritlər, hər cür elmlər doktorları, bütün hüquqşünaslar (hər cür ekspertlər), bütün
növ klassifikatorlar, mühasiblər, tərcüməçilər, ibtidai məktəb müəllimləri (bütün bəstəkarlar),
qətl işləri üzrə əməliyyat müvəkkii olanl kişilər, konduktorlar və ya bələdçilər, bağbanlar,
bərbərlər və s.)
– İndi özün fikirləş! – Treveler qədəhi başına çəkərək dedi. – Lap dahiyanədir!
– Ölkə deyil e, bərbərlər üçün cənnətdir, – Talita yataqda gərnəşib gözlərini yumaraq
dedi. – Necə olub ki, onları ictimai nərdivanla bu qədər yuxarı dırmaşdırıb? Ancaq bir şeyi başa
düşmürəm: niyə qətl işləri üzrə əməliyyat müvəkkilləri mütləq kişilər olmalıdır?
– Heç vaxt qadının ölüm işi araşdırdığını eşitməmişəm, – Treveler dedi. – Görünür,
Seferino da bunu inandırıcı saymır. Sən, yəqin ki, fikir verdin, seks məsələsində o, əsl puritandır
– bu hər addımbaşı bəlli olur.
– Dəhşətli isti var, – Talita dedi. – Fikir verdinsə, o klassifikatorlardan necə böyük
məmnuniyyətlə söz edir, hətta onları iki dəfə xatırladır. Gəl mistikaya baş vuraq, sən mənə nəsə
oxumaq istəyirdin?
– Dinlə, – Treveler dedi.
32) XAÇ İŞARƏSİ İLƏ SEHRBAZLIQ EDƏN RAHİBLƏR VƏ ONLARIN ELMİ
MÜƏSSİSƏLƏRİNİN MİLLİ KORPORASİYASI (bütün monastır icmaları və bütün rahiblər).
(Rahiblər və şəfaverən kişilər, yalnız və istisna olaraq söz dünyasına və şəfa möcüzələrinə və
«qurtuluşa» aid olan qəribə ayinlərə inananlar.) (Rahiblər daim şər ruhlara, əşyalara və
bədənlərə göndərilmiş bütün pisliklərə qarşı mübarizə aparmalıdırlar və s.) (Peşman olmuş
rahib və tərki-dünyalar dua etməli və xaç işarəsilə həm insanları, həm də əşyaları, həmçinin
ayrı-ayrı yerlərin müxtəlif hissələrini, əkinləri, xoşbəxt rəqib səbəbindən əzab çəkən adaxlıları
qorumalıdırlar və s.)
33) KOLLEKSİYA QORUYAN DİNDARLARIN VƏ ONLARIN SAXLAMA YERLƏRİNİN
MİLLİ KORPORASİYASI (bütün kolleksiya saxlama yerləri və idem, bazalar, arxivlər, muzeylər,
qəbiristanlıqlar, həbsxanalar, yetimxanalar və əlillər evi, korlar evi və s., o cümlədən bu kimi
müəssisələrin bütün qulluqçuları). (Kolleksiyalar; məsələn: arxivlərdə iş kolleksiyaları
saxlanılır; qəbiristanlıqda meyit kolleksiyaları; həbsxanalarda məhkumlar kolleksiyası və s.)
– Qəbiristanlıq məsələsi heç Espronsedanın da ağlına gəlməzdi, – Treveler dedi. – Belə
şey olar – Fındıqburunla arxivi eyniləşdirəsən… Seferino əlaqələri və nisbəti duyur, əslində, elə
əsl ağıl da budur, necə düşünürsən? Bu cür girişdən sonra onun final təsnifatı qətiyyən qəribə
görünmür, əksinə. Kaş ki, belə bir dünya layihələşdirməyi sınaya biləydik.
37
7
Talita heç nə demədi, yalnız yuxarı dodağını qabardıb nəfəsini buraxdı, necə deyərlər, ilk
yuxunun ilk nəfəsi. Treveler isə növbəti qədəhi içib, sonuncu və həlledici Korporasiyalara
girişdi:
40) BÜTÜN KÜRƏN VƏ QIRMIZILARIN İŞİ ÜZRƏ MÜVƏKKİLLƏRİN VƏ BÜTÜN
KÜRƏN VƏ QIRMIZILARLA BAĞLI FƏAL İŞ APARAN MÜƏSSİSƏLƏRİN MİLLİ
KORPORASİYASI (bütün kürən və qırmızıların işi üzrə bütün birliklər və bu cür müvəkkillərin
əsas kontorları, həmçinin bu cür müvəkkillərin özləri). (Kürən və qırmızı görünən hər şey: kürən
yunlu heyvanlar, qırmızı güllü bitkilər, qırmızı rəngli minerallar).
41) BÜTÜN QARALARIN İŞİ ÜZRƏ MÜVƏKKİLLƏRİN VƏ BÜTÜN QARALARLA
BAĞLI FƏAL İŞ APARAN MÜƏSSİSƏLƏRİN MİLLİ KORPORASİYASI (bütün qaraların işi
üzrə bütün birliklər və bu cür müvəkkillərin əsas kontorları, həmçinin bu cür müvəkkillərin
özləri). (Qara, yaxud sadəcə, qara görünən hər şey: qara yunlu heyvanlar, qara güllü bitkilər,
qara rəngli minerallar).
42) BÜTÜN QƏHVƏYİLƏRİN İŞİ ÜZRƏ MÜVƏKKİLLƏRİN VƏ BÜTÜN
QƏHVƏYİLƏRLƏ BAĞLI FƏAL İŞ APARAN MÜƏSSİSƏLƏRİN MİLLİ KORPORASİYASI
(bütün qəhvəyilərin işi üzrə bütün birliklər və bu cür müvəkkillərin əsas kontorları, həmçinin bu
cür müvəkkillərin özləri). (Qəhvəyi, yaxud sadəcə, qəhvəyi görünən hər şey: qəhvəyi yunlu
heyvanlar, qəhvəyi güllü bitkilər, qəhvəyi rəngli minerallar).
43) BÜTÜN SARILARIN İŞİ ÜZRƏ MÜVƏKKİLLƏRİN VƏ BÜTÜN SARILARLA BAĞLI
FƏAL İŞ APARAN MÜƏSSİSƏLƏRİN MİLLİ KORPORASİYASI (bütün sarıların işi üzrə bütün
birliklər və bu cür müvəkkillərin əsas kontorları, həmçinin bu cür müvəkkillərin özləri). (Sarı,
yaxud sadəcə, sarı görünən hər şey: sarı yunlu heyvanlar, sarı güllü bitkilər, sarı rəngli
minerallar).
44) BÜTÜN AĞLARIN İŞİ ÜZRƏ MÜVƏKKİLLƏRİN VƏ BÜTÜN AĞLARLA BAĞLI
FƏAL İŞ APARAN MÜƏSSİSƏLƏRİN MİLLİ KORPORASİYASI (bütün ağların işi üzrə bütün
birliklər və bu cür müvəkkillərin əsas kontorları, həmçinin bu cür müvəkkillərin özləri). (Ağ,
yaxud sadəcə, ağ görünən hər şey: ağ yunlu heyvanlar, ağ güllü bitkilər, ağ rəngli minerallar).
45) BÜTÜN PAMPALARIN İŞİ ÜZRƏ MÜVƏKKİLLƏRİN VƏ BÜTÜN PAMPALARLA
BAĞLI FƏAL İŞ APARAN MÜƏSSİSƏLƏRİN MİLLİ KORPORASİYASI (bütün pampaların işi
üzrə bütün birliklər və bu cür müvəkkillərin əsas kontorları, həmçinin bu cür müvəkkillərin
özləri). (Pampa, yaxud sadəcə, pampa rəngində görünən hər şey: pampa rəngində yunu olan
heyvanlar, pampa rəngində gülü olan bitkilər, pampa rəngində minerallar).